AFFA kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi elan edir

AFFA kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi elan edir.Qurumun rəsmi saytı xəbər verir ki, müsabiqədə iştirak etmək üçün mayın 15-dək https://qrant.affa.az/formpage.html linki vasitəsilə qeydiyyatdan keçərək müvafiq müraciət formasını doldurmaq lazımdır. Qrant müsabiqəsində “Ən yaxşı kütləvi futbol layihəsi” nominasiyasında kütləvi futbol festivalı, müəyyən yaş qrupu və ya hədəf kütləsinin iştirakı ilə futbol turniri, kütləviliyin artırılması kimi istiqamətlər üzrə layihələr təqdim etmək olar.Qrant müsabiqəsi üçün müraciətlərə AFFA-nın baş katibinin müavini, texniki direktoru, kütləvi futbol, marketinq və sponsorluq departamentlərinin rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qalib səsvermə nəticəsində təyin ediləcək. Qalibin təyin edilməsi üçün münsiflər heyəti tərəfindən layihənin kreativliyi və unikallığı, əsas performans göstəriciləri, davamlılığı, eləcə də gələcəkdə digər şəxslər, qurumlar, təşkilatlar tərəfindən tətbiq edilməsi imkanları əsas götürüləcək. Ən yaxşı layihə üçün 5, ikinci yer üçün 3, üçüncü yer üçün isə 2 min manat məbləğində büdcə ayrılacaq.Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, idmanın bu növü ilə məşğul olan uşaq, yeniyetmə, gənclər və daha böyük yaş qruplarına daxil olan şəxslərdə ona maraq oyatmaq üçün daim müxtəlif layihələr icra olunur. Elan edilən qrant ölkəmizdə ən maraqlı kütləvi futbol layihələrini aşkarlamaq və onlara dəstək olmaq məqsədi daşıyır.Qrant müsabiqəsi üçün müraciət qəbulu aprelin 25-dən mayın 15-dək davam edəcək, qaliblər isə iyunda müəyyənləşəcək. Qalibə layihəni reallaşdırmaq üçün altı ay vaxt veriləcək.xeber100.com

Aprel 26, 2022 10:37

Azərbaycan Həndbol Federasiyasının məlumatı əsasında…

Həndbol üzrə ölkə çempionatında qadınlardan ibarət komandaların yarışına yekun vurulub.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, çempionatın əsas favoriti sayılan “Azəryol” son turda da azarkeşlərini inamlı qələbə ilə sevindirib. “İdman Akademiyası” ilə oyunun ilk hissəsindən təşəbbüsə yiyələnən “Azəryol” görüşü 42:19 hesabı ilə başa vuraraq növbəti çempionluğu rəsmiləşdirib.Son turadək qızıl medallara nəzəri imkanlarını qoruyan “Qarabağ” “Azərsu” ilə oyunda öz üzərinə düşən vəzifənin öhdəsindən gəlsə də, 33:20 hesablı qələbə ilə yalnız ikinci yerlə kifayətlənməli olub. İki xala malik “İdman Akademiyası” ilə “Azərsu” vurulan və buraxılan topların fərqinə əsasən müvafiq olaraq sonrakı yerləri bölüşüblər.Kişilərdən ibarət komandaların yarışında da qızıl medalların sahibi müəyyənləşib. Doqquzuncu turda U-18 komandasına 31:24 hesabı ilə qalib gələn “Bakı” son oyunların nəticəsindən asılı olmayaraq azarkeşlərinə çempionluq sevinci yaşadıb. Bu tura qədər çempionluq imkanlarını qoruyan “Təhsil” U-16 üzərindəki 26:25 hesablı qələbə ilə yalnız gümüş medallarla kifayətlənməli olacaq.“Məhsul” – “Gənclər Birliyi” görüşünü 31:25 hesablı qələbə ilə başa vuran nominal ev sahibi aktivinə 7-ci xalı yazdırıb.Qeyd olunub ki, bürünc mükafatçının adına aydınlıq gətirəcək 10-cu turda “Bakı” “Məhsul” ilə, “Təhsil” U-18 İdman Akademiyası ilə, U-16 “Gənclər Birliyi” ilə qarşılaşacaq.xeber100.com  

Aprel 25, 2022 3:13