Martın 18-də futbol üzrə UEFA Çempionlar, Avropa və Konfrans liqalarının dörddəbir final mərhələlərinin püşkü atılacaq.İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirlər Bakı vaxtı ilə müvafiq olaraq saat 15:00-da, 16:30-da və 18:00-da başlayacaq.UEFA Çempionlar Liqasının dörddəbir finalına “Atletiko Madrid”, “Real Madrid”, “Vilyarreal”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Bavariya” və “Benfika” klubları vəsiqə qazanıblar. Bu mərhələnin ilk oyunları aprelin 5-6-da, cavab qarşılaşmaları isə 12-13-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 26-27-də, cavab matçları mayın 3-4-də oynanılacaq. Final qarşılaşmasına isə mayın 28-də Parisdəki “Stad de Frans” ev sahibliyi edəcək.UEFA Avropa Liqasının dörddəbir final mərhələsində “Leyptsiq” (Almaniya), “Barselona”, “Atalanta”, “Braqa”, “Qlazqo Reyncers”, “Vest Hem Yunayted”, “Ayntraxt” və “Olimpik Lion” komandaları mübarizə aparacaqlar.UEFA Konfrans Liqasının dörddəbir final mərhələsində isə mübarizə “Marsel”, “Lester Siti”, “PSV Eyndhoven”, “Budyo Qlimt”, PAOK, “Slaviya Praqa”, “Roma” və “Feyenoord” komandaları arasında aparılacaq.Avropa və Konfrans liqalarında dörddəbir final matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də oynanılacaq. UEFA Konfrans liqasının final matçı mayın 18-də Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda keçiriləcək. Konfrans Liqasının qalibi isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı “Kombetare” arenasında müəyyənləşəcək.xeber100.com