05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” “klubu Rasinq”in yarımmüdafiəçisi ilə müqavilə imzalayıb

“Barselona” “klubu Rasinq”in yarımmüdafiəçisi Pablo Torre ilə müqavilə imzalayıb.Kataloniya klubu 18 yaşlı pleymeykerlə anlaşdığını rəsmi saytı vasitəsilə açıqlayıb.Yeni komandası ilə 2026-cı ilin yayınadək müqavilə imzalayan futbolçunun sərbəst qalma məbləği 100 milyon avro kimi müəyyənləşdirilib. Bu transfer “Rasinq”ə 5 milyon avro qazandırıb. Oyunçunun performansına görə məbləğ 20 milyon avroya qədər arta bilər.Cari mövsümü “Rasinq”də tamamlayacaq Pablo Torre yayda “Barselona”nın B komandasına qoşulacaq.xeber100.com

Mart 5, 2022 2:35

İtaliya 2021/2022-ci il mövsümünün turlarına ev sahibliyi etməyə hazırdı

İtaliya futbol üzrə Ukrayna çempionatının 2021/2022-ci il mövsümünün növbəti turlarına ev sahibliyi etməyə hazırdır.Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəhbəri Qabriele Qravina açıqlama yayıb.Bildirib ki, İtaliya Futbol Federasiyası qaçqınların qəbuluna kömək etdiyi kimi Ukrayna çempionatının oyunlarını keçirməyə də hazırdır. Biz digər təşəbbüslər üzərində də işləyirik.xeber100.com

Mart 5, 2022 2:33

Fransa çempionatının Rusiyada yayımlanmasına qadağa qoyulub

Fransa Peşəkar Futbol Liqası (LPF) Liqa 1-in Rusiyada yayımlanmasını qadağan edib.Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.LPF Fransa çempionatının oyunlarının “Matç TV” kanalında yayımlanması ilə bağlı müqaviləni dayandırıb.

Mart 5, 2022 2:30

Futbol üzrə Türkiyə Birinci liqasında 28-ci turun oyunları keçirilib

Futbol üzrə Türkiyə Birinci liqasında 28-ci turun oyunları keçirilib.Azərbaycanlı futbolçu Vüsal İsgəndərli formasını geyindiyi “Keçiörengücü”də növbəti matçına çıxıb.Komanda səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.V.İsgəndərli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.“Keçiörengücü” 28 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.xeber100.com

Mart 5, 2022 2:28

“Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb

Rusiyanın “Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella "Krasnodar"la müqaviləni ləğv edib.Xatırladaq ki, UEFA Rusiyanın klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edirlər.xeber100.com

Mart 4, 2022 2:36

İngiltərə kubokunun dörddədir final mərhələsinin püşkü atılıb

Martın 4-də futbol üzrə İngiltərə kubokunun dörddədir final mərhələsinin püşkü atılıb.Dörddəbir finalda aşağıdakı komandalar üz-üzə gələcəklər: “Southemton” – “Mançester Siti” “Kristal Palas” – “Everton” “Nottihem Forest”/”Xaddersfild” – “Liverpul” “Midlsbro” – “Çelsi”. Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri martın 19-da və 20-də keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:33

Futbol üzrə yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Futbol üzrə Portuqaliya kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov görüşün 79-cu dəqiqəsində meydana daxil olub.Komandalar arasında cavab oyunu aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:30

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi Daniel Abbasov, Murad Rəfiyev, Sabir Ağayev, Ağasəf Rəhimov, Mehriban Salamova və Raziyə Seyidli təmsil edəcəklər.Dünya çempionatı martın 10-dan 13-dək Milli Gimnastika Arenasında keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:27

Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.Azərbaycan Boks Federasiyasının (ABF) qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.İndiyədək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bu günlərdə təlim-məşq toplanışına başlayacaq.xeber100.com

Mart 3, 2022 3:39

Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.UWW bəzi mühüm yarışların təşkilatçılığı ilə bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçılığı isə Xorvatiyaya həvalə olunub.xeber100.com

Mart 3, 2022 3:37
    Page 118 of 830« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az