03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi Daniel Abbasov, Murad Rəfiyev, Sabir Ağayev, Ağasəf Rəhimov, Mehriban Salamova və Raziyə Seyidli təmsil edəcəklər.Dünya çempionatı martın 10-dan 13-dək Milli Gimnastika Arenasında keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:27

Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.Azərbaycan Boks Federasiyasının (ABF) qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.İndiyədək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bu günlərdə təlim-məşq toplanışına başlayacaq.xeber100.com

Mart 3, 2022 3:39

Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.UWW bəzi mühüm yarışların təşkilatçılığı ilə bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçılığı isə Xorvatiyaya həvalə olunub.xeber100.com

Mart 3, 2022 3:37

Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları davam edir

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları davam edir.12-18 yaş kateqoriyasında temp hərəkətində mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulinin çıxışı hakimlər tərəfindən 27 xalla qiymətləndirilib. Cütlüyümüz hazırda üçüncü pillədə qərarlaşıb.Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.xeber100.com

Mart 3, 2022 3:35

FIDE Qran-Pri seriyasının üçüncü turunda

Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının martın 3-də ikinci mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.D qrupunda çıxış edən təmsilçimiz üçüncü görüşdə rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.Ş.Məmmədyarov ikinci turda Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçə edib. Qrupda hər şahmatçının aktivində 1 xal var.Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.xeber100.com

Mart 3, 2022 3:30

Azərbaycan Super Liqasında səkkizinci turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında səkkizinci turun təxirə salınan oyunları keçirilib. Təşkil olunan 2 matçla üçüncü dövrə başa çatıb.Turun ilk qarşılaşmasında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. “Abşeron” ilk hissəni 25:16 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komanda 3 xalı 3 setlə qazanıb - 3:0 (25:16, 25:21, 25:16).Günün ikinci matçında UNEC “Murov”la görüşüb. Bu matçın qalibi tay-brekdə bəlli olub. Birinci hissədə rəqibinə 21:25 hesabı ilə məğlub olan Vüqar Əliyevin komandası növbəti 2 setdə 25:16, 25:16 qalib gəlib. Dördüncü hissəni UNEC komandası 28:26 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Murov” görüşün hesabını müəyyənləşdirib – 3:2.Üç dövrədən sonra “Abşeron” 27 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 14 xalla ikinci pillədə qərarlaşıb. Səkkiz xala malik “Murov” üçüncü, 5 xal toplayan UNEC dördüncü yerdədir.Qeyd edək ki, Super Liqanın nəticələri 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.xeber100.com

Mart 2, 2022 3:02

Futbol üzrə Ukrayna Premyer Liqasının oyunları Rumıniyada keçirilə bilər

Futbol üzrə Ukrayna Premyer Liqasının qalan oyunları Rumıniyada keçirilə bilər.Bu təkliflə “Dinamo”nun (Kiyev) baş məşqçisi Mirça Luçesku çıxış edib.Ölkədə müharibə şəraitinin yaranması səbəbindən klub rəhbərliyinin müraciətindən sonra Kiyevi tərk etmək məcburiyyətində qalan təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasına bu barədə müraciət edib. O, vəziyyət düzələnədək Ukrayna çempionatının matçlarının vətənində təşkilini istəyib. Rumınlar hələlik konkret cavab verməsələr də, bu varianta müsbət yanaşırlar.Qeyd edək ki, Ukrayna Premyer Liqası XIX turdan sonra dayandırılıb.xeber100.com

Mart 2, 2022 2:59

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Martın 5-6-da Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin məlumatına görə, qadınlardan ibarət komandamız yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında iştirak edəcək. Turnirdə altı cüdoçumuz - Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.Açıq Avropa turnirinə 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı qatılacaq.xeber100.com

Mart 2, 2022 2:57

“FIDE Grand Prix” seriyasının ikinci turunun oyunları keçiriləcək

Bu gün Belqradda “FIDE Grand Prix” seriyasının ikinci mərhələsinin ikinci turunun oyunları keçiriləcək.Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov D qrupunda ikinci görüşünü Maksim Vaşye-Laqrava (Fransa) qarşı keçirəcək. Şahmatçımız birinci turda Çin təmsilçisi Yu Yangyi ilə qarşılaşmanı heç-heçə ilə başa vurub.Qeyd edək ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.Hər turnirdə 16 oyunçu mübarizə aparır. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.xeber100.com

Mart 2, 2022 2:55

Cüdo üzrə açıq Avropa turniri start götürəcək

Martın 5-də Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turniri start götürəcək.Yarışda Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, qadınlar arasında Aydan Vəliyeva, Aişə Qurbanlı (48 kq), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.Yarış iki gün davam edəcək.xeber100.com

Mart 1, 2022 3:40
    Page 119 of 830« First«...102030...117118119120121...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az