Güləş üzrə reytinq turniri sona çatıb

İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri sona çatıb.Yarışın sonuncu günündə sərbəst güləş üzrə yığmamızın üzvləri mübarizə aparıblar.İslam Bazarqanov (61 kq) səkkizdəbir finalda özbək Qulamcan Abdullayevə minimal fərqlə məğlub olub - 2:3. Rəqib finaladək irəlilədiyi üçün İ.Bazarqanov mübarizəni davam etdirib. Ancaq güləşçimiz təsəlliverici görüşdə türkiyəli Recep Topala minimal fərqlə uduzub.Turnirdə 65 kiloqram çəki dərəcəsində ölkəmizi 2 güləşçi təmsil edib. Əli Rəhimzadə startda özbəkistanlı Ümidcan Jəlalova (0:10) məğlub olsa da, Əhmədnəbi Qvarzatilov türkiyəli Ərtoğrul Kahveciyə çətinlik çəkmədən qalib gəlib - 15:5. Təmsilçimiz səkkizdəbir finalda dünya çempionu Beka Lomtadzeylə (Gürcüstan) gərgin keçən mübarizədən qalib ayrılıb - 10:7. Ə.Qvarzatilov dörddəbir finalda monqolustanlı Tulqa Oçirə məğlub olub - 6:9.Gitinoməhəmməd Hacıyev (70 kq) təsnifat mərhələsində gürcü Levan Kelexsaşviliyə 4:11 hesabı ilə uduzub.Soslan Tigiyev (74 kq) debütdə Jozef Lavalee (ABŞ) ilə mübarizədən qalib ayrılıb - 4:2. S.Tigiyev daha sonra qazaxıstanlı Şingis Muxametkaliyevi yolundan kənarlaşdırıb. Güləşçimiz dörddəbir finalda hindistanlı Pritam Pritama uduzub - 10:13.Hacımurad Ömərov (79 kq) səkkizdəbir finalda gürcü Vladimeri Qamkrelidzeylə bacarmayıb - 2:7.Hacımurad Məhəmmədsəidov (86 kq) startda türkiyəli Fatih Erdinə uduzub - 1:3. Rəqib finala yüksəldiyi üçün güləşçimiz mübarizəni təsəlliverici görüşlə davam etdirib və iranlı Mojtaba Əsgəriyə tam üstünlüklə qalib gəlib - 10:0. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada almaniyalı Lars Şaefleni 7:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.Şamil Zubairov (92 kq) ilk mərhələdə Hindistanın tanınmış güləşçisi Dipak Puniaya məğlub olub - 2:4.xeber100.com

Fevral 28, 2022 12:42

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək görüşlərə hakim təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 27-də “Bank Respublika Arena” stadionunda keçiriləcək “Sabah” – “Neftçi” oyunu ilə start veriləcək. Saat 17:00-da start götürəcək qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.Günün saat 19:15-də başlayacaq ikinci - “Sumqayıt”–“Qəbələ” matçının baş hakimi Vüqar Həsənli olacaq. Qarşılaşma “Kapital Bank Arena”da oynanılacaq.Fevralın 28-də keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq. İlk oyunda “ASCO Arena” stadionunda “Səbail” klubu “Zirə” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.Turun son görüşü “Keşlə” klubu ilə lider “Qarabağ” komandaları arasında olacaq. Saat 19:15-də start götürəcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On altı turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. Bir oyun az keçirən ağdamlıları 29 xalla “Qəbələ” klubu izləyir. “Zirə” 28 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Neftçi” (25 xal), “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) yer alıblar.xeber100.com

Fevral 25, 2022 2:23