Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək görüşlərə hakim təyinatları açıqlanıb.Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 27-də “Bank Respublika Arena” stadionunda keçiriləcək “Sabah” – “Neftçi” oyunu ilə start veriləcək. Saat 17:00-da start götürəcək qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.Günün saat 19:15-də başlayacaq ikinci - “Sumqayıt”–“Qəbələ” matçının baş hakimi Vüqar Həsənli olacaq. Qarşılaşma “Kapital Bank Arena”da oynanılacaq.Fevralın 28-də keçiriləcək iki qarşılaşma ilə tura yekun vurulacaq. İlk oyunda “ASCO Arena” stadionunda “Səbail” klubu “Zirə” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.Turun son görüşü “Keşlə” klubu ilə lider “Qarabağ” komandaları arasında olacaq. Saat 19:15-də start götürəcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On altı turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. Bir oyun az keçirən ağdamlıları 29 xalla “Qəbələ” klubu izləyir. “Zirə” 28 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Neftçi” (25 xal), “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) yer alıblar.xeber100.com

Fevral 25, 2022 2:23

Azərbaycan Cüdo Federasiyası loqotipini yeniləyib

Azərbaycan Cüdo Federasiyası (ACF) inkişaf strategiyasına uyğun olaraq loqotipini yeniləyib.ACF-in mətbuat xidmətinin məlumatına görə, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və idmanın bu növü üzrə mövcud son trendlər əsas götürülüb.Federasiyanın baş katibi Rəşad Rəsullu əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplərin əsas götürüldüyünü bildirib: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə edilib. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri olan “tai-otoshi” - iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.Ölkəmizdə ən sevilən idman növlərindən biri olan cüdonun yeni korporativ kimlik qazanması Azərbaycan cüdosunun beynəlxalq səviyyədə daha çox tanınması və ölkə daxilində cüdonun populyarlaşdırılmasına töhfə verəcək.Yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprelin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.xeber100.com

Fevral 24, 2022 3:09