03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib.Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb, yığıncağın işinə uğurlar arzulayıb.Sonra Azərbaycan Qolf Federasiyası rəhbərliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.Yığıncaqda, həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Tədbirdə federasiyasının idarə heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov idarə heyətinə üzv seçiliblər.Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov çıxış edərək göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib. O, idmanın bu növünün inkişafı üçün görüləcək işlər və qarşıdakı planlardan danışıb.xeber100.com

Fevral 10, 2022 12:14

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Fevralın 24-25-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edəcək.İki günlük yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.xeber100.com

Fevral 10, 2022 12:12

“Palmeyras” komandası klublararası dünya çempionatının finalına yüksəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib.İlk yarımfinal oyununda Braziliyanın “Palmeyras” komandası Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Braziliya təmsilçisi turnirin finalına vəsiqə qazanıb.Yarımfinal mərhələsinin digər görüşü - “Əl-Xilyal” (Səudiyyə Ərəbistanı) - “Çelsi” (İngiltərə) matçı bu gün keçiriləcək.Fevralın 12-də yekun vurulacaq çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.xeber100.com

Fevral 9, 2022 2:18

Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilib

Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.Daha sonra ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə idarə heyətinin üzvü seçiliblər.Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin diqqətə alınacağını vurğulayıb.xeber100.com

Fevral 9, 2022 2:08

Güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı davam edir.Ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyır.Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.xeber100.com

Fevral 9, 2022 2:06

Dünya çempionatına bilet sifarişlərinin birinci mərhələsi başa çatıb

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet sifarişlərinin birinci mərhələsi başa çatıb.Yanvarın 19-dan fevralın 8-dək olan müddətdə FIFA-ya bilet üçün 17 milyon müraciət daxil olub.Qətərdə keçiriləcək mundiala ən böyük maraq təşkilatçı ölkədəndir. Növbəti yerlərdə Argentina, Braziliya, İngiltərə, Fransa, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ qərarlaşıb.Azarkeşlər daha çox finala bilet əldə etmək istəyir. Dekabrın 18-dəki qarşılaşma üçün 1,8 milyon müraciət daxil olub.Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.xeber100.com

Fevral 9, 2022 2:04

Şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.Yarış fevralın 13-dək davam edəcək.Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.xeber100.com

Fevral 8, 2022 2:54

“Böyük dəbilqə” turnirindən sonra cüdoçuların reytinq cədvəli açıqlanıb

Parisdə təşkil edilən “Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb.Yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yerə yüksəlib (2376 xal). Turnirdə ikinci yeri tutan digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci yerdədir.İlk onluqda yer alan cüdoçularımızdan Kəramət Hüseynov (60 kq, 2992 xal, 4-cü yer), Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer) mövqeləri dəyişməyib. İlk iyirmilikdə yer alan cüdoçularımızdan isə Hidayət Heydərov (73 kq, 2580 xal, 11-ci yer) əvvəlki mövqeyində qalıb. Murad Fətiyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer), Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) hərəyə 2 pillə geriləyiblər.xeber100.com

Fevral 8, 2022 2:51

“Bordo” futbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Fransanın “Bordo” klubu baş məşqçisi Vladimir Petkoviçlə yollarını ayırıb.Bu barədə Fransa mətbuatı məlumat yayıb.İsveçrəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.İstefaya komandanın uğursuz çıxışı səbəb göstərilir.“Bordo” Liqa 1-də turnir cədvəlində 19-cu sırada qərarlaşıb və elitada qalmaq uğrunda mübarizə aparır.xeber100.com

Fevral 8, 2022 2:49

Milli Karate Federasiyasının məlumatına görə…

Fevralın 12-14-də uşaq, yeniyetmə və gənclər arasında karate üzrə 22-ci respublika birinciliyi keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin məlumatına görə, yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşadək gənclər mübarizə aparacaqlar.Yarış Bakı İdman Sarayında keçiriləcək.xeber100.com

Fevral 8, 2022 2:46
    Page 125 of 830« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az