03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.Qeyd edək ki, şahmatçımızın birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.xeber100.com

Yanvar 17, 2022 10:42

İspaniyanın “Real Madrid” klubunun futbolçusu komandanın tarixinə düşüb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo komandanın tarixinə düşüb.34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışının final matçında nail olub.Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.Marselo hazırda Fransisko Gento ilə birlikdə “kral klubu”nda ən çox titula sahib olan futbolçudur.Xatırladaq ki, 2007-ci ildən “Real Madrid”də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur.xeber100.com

Yanvar 17, 2022 10:33

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.Komandamız Borgloon şəhərində Belçika yığmasının qonağı olacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyun azarkeşlər üçün qapalı keçiriləcək. Yüngül zədəsi olan İsa Atayev matçda iştirak etməyəcək.Görüşü yerli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İbrahim Eljilali olacaq. Ona Juan Boelen və Kris Feytons kömək edəcəklər.Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.xeber100.com

Yanvar 17, 2022 10:28

“Tata Steel Masters” şahmat superturniri start götürəcək

Yanvarın 15-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturniri start götürəcək.Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Yarış yanvarın 30-dək davam edəcək.Ötən il keçirilmiş analoji yarışda niderlandlı Yorden Van Forest karyerasında ən yüksək nəticəyə imza ataraq yarışın qalib olub.xeber100.com

Yanvar 14, 2022 11:40

“Neftçi” futbol klubu “Kişvarda” ilə üz-üzə gələcək

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.Bakı təmsilçisi Macarıstanın “Kişvarda” klubu ilə üz-üzə gələcək.“Emirhan Sports Complex Side”ın stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.Qeyd edək ki, yanvarın 25-dək Antalyada toplanışda olacaq “Neftçi” ayın 19-da “Visla” (Plotsk, Polşa), beş gün sonra isə “MOİK 1948”lə (Bolqarıstan) qarşılaşacaq.xeber100.com

Yanvar 14, 2022 11:37

“Çelsi” müdafiəçisi ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır

“Çelsi” müdafiəçisi Antonio Rüdigerlə müqaviləni uzatmaq üçün danışıqlar aparır.Xarici KİV-lər xəbər verir ki, klubla 28 yaşlı almaniyalı arasında danışıqlar davam edir. Hazırda şərtlər futbolçunun xeyrinə dəyişdiyi üçün danışıqlarda irəliləyiş əldə olunub. Hadisələrin bu cür inkişafı sayəsində A.Rüdiger Premyer Liqada qalmağa üstünlük verir. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Almaniyalı futbolçu cari mövsüm 28 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.xeber100.com

Yanvar 14, 2022 11:35

“Yuventus” klubunun futbolçusu “Arsenal”a keçməyə hazırlaşır

İtaliyanın “Yuventus” klubunun futbolçusu Artur Melo “Arsenal”a keçməyə yaxındır.İngiltərə mətbuatı xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Arsenal” ilə artıq razılıq əldə edib.“Arsenal” hazırda “Yuventus”la danışıqlar aparır. Ancaq Turin təmsilçisi futbolçunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.Qeyd edək ki, Artur Melo cari mövsüm “Yuventus”un heyətində 11 oyunda meydana çıxıb və heç bir məhsuldarlığı ilə seçilməyib.xeber100.com  

Yanvar 14, 2022 11:33

Cüdo üzrə Azərbaycan birinciliyi start götürüb

Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb.Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarış yanvarın 16-da başa çatacaq.Yarışın təşkilində əsas məqsəd Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın bu növünün təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya cəlb etməkdir.xeber100.com

Yanvar 14, 2022 11:31

“Zirə” klubu təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib

Bakının “Zirə” klubu Antalyada təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.Baş məşqçi Rəşad Sadıqovun komandası Macarıstanın “Peç” klubu ilə üz-üzə gəlib.Görüş Bakı təmsilçisinin 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. “Zirə”nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqləniblər.Qeyd edək ki, “Zirə” yanvarın 20-də “Qurnik” (Leçna, Polşa), dörd gün sonra isə “Breqalnitsa” (Şimali Makedoniya) ilə görüşəcək.xeber100.com

Yanvar 13, 2022 12:28

XXI əsrin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıya 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə ən azı 10 qol vuran qolkiperlər düşüb.Buna dünyanın 18 qapıçısı nail olub. Cədvələ braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalının hesabında 112 top var.İlk üçlüyü perulu Conni Veqas (37 qol) və Nigeriya təmsilçisi Vinsent Enyeama (24) tamamlayıblar.On səkkiz qapıçıdan 7-si 20 və ya daha çox qol vurub. Azərbaycan futbolunun ən yaxşı bombardir qapıçısı Nizami Sadıqov “18-liy”ə düşməyib. Buna səbəb “Turan”da qolları sıralayan qolkiperin əsasən ötən əsrdə fərqlənməsi, XXI əsrdə az qol vurmasıdır.xeber100.com

Yanvar 11, 2022 2:44
    Page 131 of 830« First«...102030...129130131132133...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az