03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Futzal Federasiyasının məlumatı

Futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyun cədvəli açıqlanıb.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, oktyabrın 15-də keçiriləcək turun qarşılaşmaları “Olimpik Star”da təşkil olunacaq.Tur çərçivəsində “Xilə” - EKOL, “Record club” – “Baku Fire”, “Neftçi” – “Alyans” və U-19 - Araz-Naxçıvan” matçları təşkil olunacaq.Hesabında 6 xal EKOL, “Araz-Naxçıvan” və “Baku Fire” komandaları turnir cədvəlinin ilk üç pilləsində yer alıblar. “Record club” və “Xilə” 3 xalla 4-5-ci pilləni bölüşürlər. U-19, “Alyans” və “Neftçi” klublarının hesabında xal yoxdur.xeber100.com

Oktyabr 11, 2021 8:47

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.Müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın "Sassuolo" klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.xeber100.com

Oktyabr 11, 2021 8:01

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq İsrail komandasının heyəti açıqlanıb. Belə ki, qadınların turnirində Şira Rişoni (48 kq), Gefen Primo (52 kq), Kerem Primo (57 kq), İnbal Şemeş (63 kq), İnbar Lanir (78 kq) və Raz Herşko (+78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, indiyədək “Böyük dəbilqə” turnirində 12 ölkədən 56 idmançının iştirakı təsdiqlənib. Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com

Oktyabr 11, 2021 7:59

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Polşa – San-Marino oyunu meydan sahiblərinin qapıçısı Lukaş Fabianski üçün əlamətdar olub.AZƏRTAC xəbər verir ki, 36 yaşlı qapıçı Polşa millisinin heyətində vida matçını keçirib. O, bu oyuna start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Polşanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.Hazırda İngiltərənin “Vest Hem” komandasının uğurları üçün çalışan Fabianski Polşa yığmasında 57 oyun keçirib. O, daha əvvəl ölkəsində “Lex” və “Legiya” klublarının, həmçinin İngiltərədə “Arsenal” və “Suonsi Siti”nin də formasını geyinib.xeber100.com

Oktyabr 11, 2021 7:55

Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib

Oktyabrın 10-da Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.“İstanbul-Park” avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres tamamlayıblar.V.Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanıb. Türkiyə Qran-Prisi Formula 1 tarixinə düşüb. Belə ki, yarışın tarixində 12-ci dəfədir ki, bütün pilotlar yarışı başa vurmağı bacarıblar.Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub.Pilotların siyahısına 262,5 xalla M.Ferstappen başçılıq edir. Luis Hamilton ("Mercedes") 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.Konstruktorlar kubokunda "Mercedes" 433,5 xalla birincidir. Hesabında 397,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 240 xalla üçüncü yerdə qərarlaşıb.Növbəti yarış iki həftə sonra ABŞ-da təşkil olunacaq.Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.xeber100.com

Oktyabr 10, 2021 9:00

Güləş üzrə dünya çempionatının səkkizinci yarış günündə

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Səkkizinci yarış günündə - oktyabrın 9-da 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Bu gün millimizin 3 güləşçisi xalçaya çıxacaq. Belə ki, Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ idmançısı Peyton Omaniya, İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.xeber100.com

Oktyabr 9, 2021 12:38

Milli komandaların tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb

UEFA-ya üzv olan ölkələrin milli komandalarının tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb.Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 55 yığmanın hər birinin rekordçusunu təqdim edib.Azərbaycan millisi də siyahıda yer alıb. Komandamızın mütləq rekordçusu Araz Abdullayevdir. Yarımmüdafiəçinin millidəki debütü 16 yaş 172 günlüyündə gerçəkləşib. 2008-ci il oktyabrın 11-də ilk dəfə milli forma geyinən futbolçu iki gündən sonra yığma karyerasının 13 illiyini tamamlayacaq.Azərbaycan millisi debütantının gəncliyinə görə Avropada 13-cüdür. Yəni yalnız 12 yığmada daha gənc oyunçular olub.Avropa rekordu serbiyalı Antun Rudinskiyə məxsusdur. O, 15 yaş 32 günlüyündə milli forma geyinib.Serbiyadan başqa, Şimali İrlandiya, Macarıstan, Lüksemburq, Norveç, Çexiya, Belçika, Türkiyə, Yunanıstan, İtaliya, Ermənistan və Andorrada da daha gənc debütant olub.xeber100.com

Oktyabr 9, 2021 12:36

Azərbaycan milli komandası növbəti oyununu keçirib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də növbəti oyununu keçirib.Sumqayıtdakı “Kapital Bank Arena”da Finlandiya yığması ilə qarşılaşan millimiz meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.U-21-in heyətində 86-cı dəqiqədə Rauf Hüseynli fərqlənib.Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-də Sumqayıtda “Kapital Bank Arena”da Xorvatiya yığmasına qarşı keçirəcək.xeber100.com

Oktyabr 9, 2021 12:32

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və İrlandiya milli komandaları qarşılaşacaqlar.Saat 20:00-da başlayacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Espen Eskas olacaq. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək.Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyık (hər ikisi Türkiyə) olacaq.Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.xeber100.com

Oktyabr 9, 2021 12:27

“Mançester Yunayted” klubunun hücumçusu ən yaxşı oyunçu seçilib

“Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb. Otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, “Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.xeber100.com

Oktyabr 8, 2021 12:52
    Page 153 of 830« First«...102030...151152153154155...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az