03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.Sentyabrın 20-də turnirin üçüncü turunun oyunları keçirilib. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası ilə qarşılaşıb. Şahmatçılarımız İsrail yığmasına 2:4 hesabla məğlub olublar.Qeyd edək ki, aktivində 4 xal olan komandamız ötən turlarda Moldova və İrlandiya yiğmaları üzərində qələbə qazanıb.Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Yarışın favoriti olan Makedoniya yığması İspaniya komandasına 2,5:3,5 hesabla məğlub olub. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, Nicat Abasov isə rusiyalı şahmatçı Daniil Dubov üzərində qələbə qazanıb.Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.xeber100.com

Sentyabr 21, 2021 9:47

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.Komandamız “ASK Arena”da Danimarka millisi ilə qarşılaşacaq.Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Zuzana Valentova olacaq. Ona Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Maria Krcova yerinə yetirəcək.Qeyd edək ki, millimiz ilk oyununda Rusiya yığmasına 0:2 hesabı ilə məğlub olub.xeber100.com

Sentyabr 21, 2021 9:46

Avropa Konfrans Liqasında üçüncü turun oyunları keçirilib

Futbol üzrə Kipr çempionatında üçüncü turun oyunları keçirilib.Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.Komanda doğma meydanda “Doxa” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1. Matçın 73-cü dəqiqəsində qapısından qol buraxan, 85-ci dəqiqədə azlıqda qalan “Omoniya”, qələbəni 90+3-cü və 90+8-ci dəqiqələrdə vurduğu qollarla qazanıb.“Omoniya” 3 turdan sonra 3 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.xeber100.com

Sentyabr 21, 2021 9:44

Voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək

Bu gün kişi voleybolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək.Çempionluq uğrunda görüşdə Sloveniya və İtaliya yığmaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Polşa və Serbiya yığmaları üz-üzə gələcəklər.Hər iki oyun Polşada təşkil olunacaq. Avropa çempionatına Polşa Finlandiya, Çexiya və Estoniya ilə birgə ev sahibliyi edir.İtaliya millisi 8 ildən sonra ilk dəfədir Avropa çempionatının finalına vəsiqə qazanıb. Sloveniya yığması isə son qitə birinciliyində - 2019-cu ildə Serbiyaya məğlub olaraq gümüş medala sahib olub.xeber100.com

Sentyabr 19, 2021 10:12

Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib

Sentyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.Turun üçüncü matçında son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. “Bakcell Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb. Birinci hissə "ağ-qaralar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə "ağ-qaralar"ın yeni transferi Ramon Maçado fərqlənib. Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı futbolçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçə ilə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 19, 2021 10:10

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub

Futbol üzrə Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.İsrailin “Makkabi” (Təl-Əviv) komandasının hücumçusu Stipe Peritsa ilk həftənin ən yaxşısı seçilib.Xorvatiyadan olan 26 yaşlı futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda ən yaxşı adına sahib olub. O, qrup mərhələsinin ilk turunda Ermənistan “Alaşkert”inə 4:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.Həftənin ən yaxşı futbolçusu adına “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Mareşiç də namizəd idi.xeber100.com

Sentyabr 18, 2021 1:00

Şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək

Sentyabrın 18-də Makedoniyanın Struqa şəhərində qadın və kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışları start götürəcək.Kişilərin yarışında Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu birinci turda İrlandiyanın “Gonzaga” komandası ilə mübarizə aparacaq. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparacaq.xeber100.com

Sentyabr 18, 2021 12:58

Aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir

İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.Çempionatın ilk günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.Kişilərin fərdi yarışında ölkəmizi təmsil edən Vladimir Dolmatov təsnifat mərhələsində 22,500 bal toplayaraq doqquzuncu olub. Qadınların mübarizəsində isə Nurcan Cabbarlı 17,100 balla 32-ci sırada qərarlaşıb. Hər iki idmançımız finala vəsiqə qazana bilməyib.Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək qitə çempionatına 22 ölkədən 325 gimnast qatılıb.xeber100.com

Sentyabr 18, 2021 12:19

Güləş üzrə dünya çempionatı keçiriləcək

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, mundialda iştirak edəcək sərbəst güləş üzrə yığmamız məsul yarışa Bakıda hazırlaşır.Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı sentyabrın 30-dək davam edəcək. Məşqlər Olimpiya Güləş Mərkəzində keçirilir.Qeyd edək ki, millimiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 1-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində yarışa start veriləcək. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Sərbəst güləş üzrə yarışa oktyabrın 5-də yekun vurulacaq.xeber100.com

Sentyabr 18, 2021 12:16

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirə qatılacaq Çexiya komandasının heyəti açıqlanıb. Belə ki, kişilərin yarışında David Pulkrabek (60 kq), David Klammert və Jiri Petr (hər ikisi 90 kq) komandada yer alıblar. Qadınlar arasında isə Vera Zemanova (57 kq), Renata Zaxova (63 kq) və Marketa Paulusova (+78 kq) mübarizə aparacaqlar.Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com

Sentyabr 17, 2021 1:48
    Page 157 of 830« First«...102030...155156157158159...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az