“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə

Avqustun 6-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə 89 ölkənin idmançıları medal qazanıblar.Azərtac xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 36 qızıl, 26 gümüş və 17 bürünc medal qazanıblar. İkinci pillədə 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 24 qızıl, 11 gümüş və 16 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.Böyük Britaniya 18 qızıl, 20 gümüş, 20 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 17 qızıl, 23 gümüş və 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-6-21), İtaliya (10-10-18), Almaniya (9-11-16), Niderland (9-10-12) və Fransa (7-11-9) tamamlayır.Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 15-ci günündə bir gümüş medal qazanıb. Karateçimiz kumite yarışlarının finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Bundan başqa, millimizin üç idmançısı - qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov komandamızın aktivinə bürünc medallar yazdırıblar. Həmçinin sərbəst güləşçimiz Hacı Əliyev 65 kiloqram çəki dərəcəsində yarışın finalına yüksəlməklə ən azı gümüş medalı təmin edib.Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

Avqust 6, 2021 8:42

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

Avqustun 3-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edib.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edib.“Neftçi”nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Samir Buqrin, Mamadu Kane və Xəyal Nəcəfov yer alıblar.HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxıblar.Komandaların cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. İlk hissədə “Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Qarşılaşmanın 17-ci dəqiqəsində qolkiper Kamran İbrahimovla əvəzlənib.İkinci hissəyə Bakı təmsilçisi daha fəal başlayıb. Görüşün 59-cu dəqiqəsində “Neftçi” hesabı açıb. Bakı təmsilçisinin heyətində Samir Buqrin baxımlı qol ilə yadda qalıb. İki dəqiqə sonra qonaq komandanın heyətində Roope Riski hesaba tarazlıq gətirib. Matçın 65-ci dəqiqəsində “Neftçi”nin müdafiəsində olan boşluqdan istifadə edən Jair HİK-i hesabda önə çıxarıb. On beş dəqiqə sonra “Neftçi”nin kapitanı Emin Mahmudov standart vəziyyətdən baxımlı qola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq matçda qalib müəyyənləşməyib - 2:2.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.xeber100.com

Avqust 3, 2021 10:41