03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində

Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels oyunu idarə edəcək hakimlər briqadasının tərkibi açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Ona həmyerliləri Rui Taveres və Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyro olacaq.Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.Xatırladaq ki, Türkiyə millisi çempionatın açılış matçında Romada İtaliya yığmasına 0:3 hesabı ilə uduzub. Uels seçməsi isə Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə heç-heçə edib – 1:1.Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com

İyun 14, 2021 12:12

İdman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi yığmamızın üzvləri İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil ediblər.İ.Tixonov halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində təmsilçimizi fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə qərarlaşıb. Digər iki final mərhələsində isə İ.Tixonov 7-ci olub. N.Simonov isə halqalar üzrə finalda 6-cı yerdə qərarlaşıb.S.Qəhrəmanova ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), M.Minakovskaya isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.xeber100.com

İyun 14, 2021 12:09

Futbol üzrə İngiltərə millisi Avropa çempionatına qələbə ilə başlayıb

İyunun 13-də futbol üzrə İngiltərə millisi Avropa çempionatına qələbə ilə başlayıb.Azərtac xəbər verir ki, "Avro-2020"nin D qrupu çərçivəsində İngiltərə millisi Xorvatiya yığması ilə qarşılaşıb.Londondakı "Uembli" stadionunda təşkil olunan görüşün birinci hissəsində hesab açılmayıb. Oyunun 57-ci dəqiqəsində İngiltərə millisinin üzvü Rahim Sterlinq Kalvin Fillipsin ötürməsini baxımlı qolla tamamlayıb. Sonra komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb.D qrupunda növbəti oyun iyunun 14-də Bakı vaxtı ilə saat 17:00-da Şotlandiya və Çexiya milliləri arasında təşkil olunacaq.Bu gün C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00-da və 23:00-da start götürəcək.xeber100.com

İyun 13, 2021 3:52

“Grand Chess Tour” şahmat seriyasının səkkizinci turunun oyunları keçirilib

İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb. Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com

İyun 13, 2021 3:50

Güləş üzrə “Poland Open” turnirinə yekun vurulub

İyunun 13-də Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu yarış günündə - iyunun 13-də 60, 63, 72, 87 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz dörddəbir finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.xeber100.com

İyun 13, 2021 3:47

Şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilib

Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.Turun digər oyunlarında niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyana uduzub. Rumıniya təmsilçisi Konstantin Lupuleskunun həmyerlisi Boqdan-Daniel Dyak ilə oyunu davam edir.Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.xeber100.com

İyun 12, 2021 3:59

Futbol üzrə Avropa çempionatının növbəti oyununda…

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçının birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək yıxılıb.Azərtac xəbər verir ki, bir müddət meydanda tibbi yardım göstərilən Eriksen daha sonra xəstəxanaya aparılıb.UEFA-nın yaydığı məlumata görə, onun vəziyyəti sabitləşib.xeber100.com

İyun 12, 2021 3:56

“Paris Sen-Jermen” klubu 10 il müddətində 1,9 milyard avro gəlir gətirib

“Paris Sen-Jermen” (PSJ) klubu dövlətə 10 il müddətində 1,9 milyard avro gəlir gətirib.Azərtac xəbər verir ki, bu, klubun sifarişi ilə İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) apardığı tədqiqatların nəticəsində müəyyən edilib. Bildirilib ki, Qatar İdman Sərmayələri (QSİ) şirkətinin gəlişindən sonra PSJ 2011-ci ildən ölkənin sosial və vergi sahələrinə 1,9 milyard avro köçürüb. Bu rəqəm futbolçuların, klubun ödədiyi vergiləri və onların sosial təşkilatların büdcələrinə köçürdüyü maddi yardımı əhatə edir.Qeyd edilib ki, PSJ 2019-2020-ci illərdə dövlətə 269,3 milyon avro gəlir gətirib. Bu məbləğin 182,2 milyon avrosu İl-dö-Frans (İle-de-France) regionunda yerli matçların keçirilməsi və infrastrukturun yaradılmasına sərmayə yatırımları ilə reallaşdırılıb. PSJ əməkdaşlıq etdiyi 800 şirkətdə yatırdığı sərmayələr vasitəsilə 2 min 150 daimi iş yeri yaradıb. “10 il ərzində PSJ dünya idman françayzlarından biri, xüsusilə də ən dinamiki olub”,-deyə PSJ-nin prezidenti Nasser Al-Khelafi bildirib.xeber100.com  

İyun 12, 2021 3:54

Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək

Tbilisidə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.Azərtac xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Gürcüstan yığması ilə qarşılaşacaq.Oyun 18:00-da başlayacaq.xeber100.com

İyun 11, 2021 2:58

“Julius Baer Challengers Chess Tour” turnirinin növbəti 5 turu keçiriləcək

Bu gün Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin növbəti 5 turu keçiriləcək.Azərtac xəbər verir ki, şahmatçımız növbəti turlarda Avonder Liang (ABŞ), Sarasad Xademalşarieh (İran), Volodar Murzin (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Karissa Ip (ABŞ) ilə mübarizə aparacaq.Şahmatçımız turnirin ilk 5 turunda 3,5 xal toplayaraq 3-4-cü yerləri bölüşür.Yarışda hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.Beş turnirdən ibarət olan seriyanın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir. Bundan əlavə, seriyanın hər turnirində qalib gələn şahmatçı Maqnus Karlsenin təşkil etdiyi və ümumi mükafat fondu 1 milyon 500 min dollar olan "Meltwater Champions" şahmat seriyasının növbəti turnirində iştirak etmək hüququnu qazanır.“Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.xeber100.com

İyun 11, 2021 2:52
    Page 184 of 830« First«...102030...182183184185186...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az