UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Avro-2020”yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, onlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, uşaqlara futbol qaydalarını hörmətlə öyrətmək, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, layihəyə “Avro-2020”yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilərlər.Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcək. Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) iştirak edə bilər. Yarış iyunun 4-dək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq.xeber100.com  

May 30, 2021 11:11

Aerobika gimnastikası üzrə dünya çempionatı davam edir

Bakıda aerobika gimnastikası üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast birincilik uğrunda mübarizə aparacaq.Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya birinciliyi zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açıb.Çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans və aerostep proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcəklər.Çempionatın ikinci günündə gimnastlar qarışıq cütlük, aerodans, qruplar üzrə və kişilər fərdi proqramda təsnifat yarışında güclərini sınayacaqlar. Həmçinin üçlük, aerostep və qadınlar arasında fərdi proqramda final yarışları təşkil olunacaq.xeber100.com

May 28, 2021 11:07