05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə…

Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçusu bürünc medal qazanıb.Azərtac xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev üçüncü yer uğrunda qarşılaşmada belaruslu Yunus Bekmurzayevi məğlub edərək bürünc medal qazanıb. Beləliklə, komandamız turnirdə ilk medalını əldə edib.Qeyd edək ki, cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Yetmiş doqquz ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.xeber100.com

May 6, 2021 2:19

FIDE şahmat tacı uğrunda keçiriləcək qarşılaşmanın vaxtını dəyişdirməyəcək

FIDE şahmat tacı uğrunda norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək qarşılaşmanın vaxtını dəyişdirməyi planlaşdırmır.Azərtac xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç jurnalistlərə açıqlamasında deyib. O, şahmat tacı uğrunda görüşə hazırlıq işlərinin artıq başladığını bildirib.Qarşılaşma noyabrın 24-dən dekabrın 16-dək Dubayda təşkil olunacaq Ümumdünya Sərgisi çərçivəsində keçiriləcək.Xatırladaq ki, Yekaterinburqda keçirilmiş iddiaçılar turnirində qalib gələn Rusiya təmsilçisi Yan Nepomnyaşi şahmat tacı uğrunda görüşdə iştirak hüququ qazanıb.xeber100.com

May 6, 2021 2:14

“Mançester Siti” futbol klubu yeni rekord müəyyənləşdirib

İngiltərənin “Mançester Siti” futbol klubu UEFA Çempionlar Liqasının finalına çıxmaqla yeni rekord müəyyənləşdirib.Azərtac xəbər verir ki, “Mançester Siti” turnirin tarixində həlledici oyuna vəsiqə qazanan doqquzuncu İngiltərə klubu olub. Bu, UEFA Çempionlar Liqasında rekord sayılır. İndiyədək heç bir ölkədən bu qədər klubu finala yüksəlməyib.“Mançester Siti”dən əvvəl “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa”, “Nottinqem Forest” və “Lids” klubları qitənin ən nüfuzlu klub turnirinin finalında iştirak edib.Xatırladaq ki, “Mançester Siti” klubu “Paris Sen-Jermen” komandasını səfərdə 2:1, ev oyununda isə 2:0 hesabı ilə məğlub edərək ilk dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.xeber100.com

May 5, 2021 10:27

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək

Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, bununla da turnirin ikinci finalçısı müəyyənləşəcək. İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” komandaları həlledici qarşılaşmaya sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan “zadəganlar” Londonda bu üstünlükdən yararlanmağa çalışacaqlar.İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqləşib. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin ilk finalçısı ötən gün “Paris Sen-Jermen”i iki oyunun nəticəsinə əsasən məğlub edən (2:1, 2:0) “Mançester Siti”dir. Mançester təmsilçisi klub tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.xeber100.com

May 5, 2021 10:14

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb

Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.Azərtac xəbər verir ki, yarışın birinci günündə kişilər arasında Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq) tatami üzərinə çıxacaqlar. Mübarizəyə onaltıdabir finaldan qoşulan D.Məmmədsoy Rusiya təmsilçisi Albert Oğuzov ilə qarşılaşacaq. Yarışa otuzikidəbir finaldan başlayan E.Hüseynovun birinci görüşdə rəqibi italiyalı Karmine Maria Di Loreto (İtaliya) olacaq.Qadınların yarışında isə startda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) müvafiq olaraq Katarina Mens (Almaniya) və Melani Vieun (Fransa) ilə üz-üzə gələcəklər. Digər qadın güləşçimiz Gültac Məmmədəliyeva (52 kq) Lus Olveyra (Meksika) ilə gücünü sınayacaq. Qadın cüdoçularımızın hər üçü yarışa onaltıdabir finaldan başlayacaqlar.Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.xeber100.com

May 5, 2021 10:09

Macarıstan Tennis Assosiasiyası kubok yarışlarını keçirməkdən imtina edib

Macarıstan Tennis Assosiasiyası Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib.Azərtac assosiasiyaya istinadla xəbər verir ki, Budapeştdə təşkili nəzərdə tutulan yarış çətin epidemioloji vəziyyətə görə ləğv edilib. Məlumatı Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Heqqerti də təsdiqləyib.Budapeşt turnirə ev sahibliyi etmək hüququna 2020-ci ildən sahib olsa da, həmin vaxt yarış koronavirus infeksiyasına görə təxirə salınmışdı.Qeyd edək ki, Billi Cin Kinq kuboku əvvəllər Federasiya kuboku adı ilə təşkil olunub.xeber100.com

May 5, 2021 10:04

Voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində

Xəbər verdiyimiz kimi, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası mayın 4-də Gürcüstana yola düşüb.Azərtac Azərbaycan  Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq.Millimizin heyətində Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alişanov, Kənan Allahverdiyev, Dimitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qurskiy yer alıblar.xeber100.com

May 4, 2021 2:43

İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib

Bu mövsüm İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.Azərtac xəbər verir ki, bu, “Parma”dır. Komandanın 34-cü turda “Torino”ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış “Parma” 17-ci pillədə qərarlaşan “Kalyari” ilə xal fərqini 12-yə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində “Kalyari”yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.Qeyd edək ki, bundan əvvəl “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşib.xeber100.com

May 4, 2021 10:34

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın 36-cı turunda “Kozentsa”nı 4:0 hesabı ilə məğlub edən “Empoli” çempionluğu təmin edib.Bu qələbədən sonra xallarını 70-ə çatdıran Toskana təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi “Salernitana”nı 7 xal qabaqlayır.Beləliklə, “Empoli” A Seriyasına yüksələn ilk komanda olub.xeber100.com

May 4, 2021 10:28

Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib

Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır.Yekun nəticələrə görə, Eltac Səfərli Urfan Sevdimalıyevə qalib gələrək aktivinə 1 xal yazdırıb. Digər oyunlarda - Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Misrətdin İsgəndərov Abdulla Qədimbəyli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı ilə heç-heçə ediblər.On bir turdan ibarət olan yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.xeber100.com

May 4, 2021 10:15
    Page 194 of 830« First«...102030...192193194195196...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az