05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Premyer Liqasında XXI tura start verilib

Aprelin 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.AZƏRTAAprelin 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.Azərtac xəbər verir ki, turun ilk oyununda "Zirə” klubu "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.Bu nəticədən sonra xallarını 31-ə çatdıran "qartallar" 3-cü pillədəki yerini qoruyub. "Səbail" isə 19 xalla 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.C xəbər verir ki, turun ilk oyununda "Zirə” klubu "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.Bu nəticədən sonra xallarını 31-ə çatdıran "qartallar" 3-cü pillədəki yerini qoruyub. "Səbail" isə 19 xalla 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.xeber100.com

Aprel 3, 2021 7:32

İspaniya La Liqasının 29-cu turunun növbəti oyunu keçirilib

Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 29-cu turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “kral” klubu “Real Madrid” öz meydanında autsayder “Eibar”ı qəbul edib. Hər hissədə bir qol vuran madridlilər 2:0 hesablı qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində Marko Assensio və Kərim Benzema fərqləniblər.Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Real Madrid” qismən olsa da, turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Eibar” isə 23 xalla 19-cu yerdə qərarlaşıb.xeber100.com

Aprel 3, 2021 7:29

“Carlin” komandası yeni mövsüm üçün heyətini açıqlayıb

Formula 3 yarışında çıxış edən “Carlin” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, komanda İdo Koen və Conni Edqardan sonra Kaylen Frederik ilə müqavilə imzalayıb.Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Mayın 7-də Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.xeber100.com

Aprel 2, 2021 3:35

2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı tərtib edilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını tərtib edib.Azərtac xəbər verir ki, siyahıda 34 oyunçu yer alıb. Aktivində 18 qol olan “Bavariya”nın hücumçusu Robert Levandovski cədvəldə birincidir. “Barselona”nın kapitanı Lionel Messi 16 topla ikinci, Tardeli Reis (“Samut Prakan”, Tailand) isə 15 qolla üçüncüdür.Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuran futbolçuların adı daxil edilib.xeber100.com

Aprel 2, 2021 3:32

İdman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.xeber100.com

Aprel 1, 2021 9:01

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci yarış günündə

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci yarış günündə 7 cüdoçumuz mübarizəyə başlayır.Azərtac xəbər verir ki, kişilər arasında keçirilən yarışda Davud Məmmədsoy türkiyəli Emirhan Qarahan, Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foka ilə görüşəcəklər. Nicat Şıxəlizadə Nazon Burns (İrlandiya) - Çingizxan Saqinalıyev (Qazaxıstan) cütünün, Orxan Səfərov (hər ikisi 66 kq) Kennez Qansbeke (Belçika) - Jeremi Sayvell (Malta) cütünün qalibi ilə qarşılaşacaqlar.Qadınların turnirində isə Leyla Əliyeva avstriyalı Katerina Tanzer, Aişə Qurbanlı (hər ikisi 48 kq) türkiyəli Hanife Özcan-rusiyalı Anastasiya Pavlenko cütünün qalibi, Gültac Məmmədəliyeva (52 kq) isə çinli Kexin Zang ilə güclərini sınayacaqlar.Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.xeber100.com

Aprel 1, 2021 8:53

2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millidə 103-cü qolunu vurub.Azərtac xəbər verir ki, 36 yaşlı futbolçu 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Lüksemburqla qarşılaşmada vurduğu qolla (3: 1) dünya rekorduna daha da yaxınlaşıb. Belə ki, dünya rekordunu qırmaq üçün Ronaldo Portuqaliya millisində daha 7 qol vurmalıdır.K.Ronaldo 2004-cü ildən indiyədək hər təqvim ilində milli komandada qol vurub.xeber100.com

Mart 31, 2021 2:22

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Aprelin 1-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.Azərtac xəbər verir ki, yarışda 13 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Katsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.Qadınların turnirində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (hər ikisi 52 kq) qüvvəsini sınayacaqlar.xeber100.com

Mart 31, 2021 2:20

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını təqdim edir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu yerdədir. Digər şahmatçılarımız – 3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci pilləyə yüksəlib, Qədir Hüseynov isə 1 pillə geriləyərək 2665 xalla 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 90-cı sıradadır.Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 79-cu, Xanım Balacayeva (2376) 89-cu yerdədirlər.Qadın şahmatçılar arasında isə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.xeber100.com

Mart 31, 2021 2:17

Azərbaycan Premyer Liqasının təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Oyun saat 16:00-da başlayacaq.Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” klubu öz meydanında “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.Daha iki görüşü aprelin 11-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda “Zirə” komandası “Keşlə” klubunu qəbul edəcək. Hakimin start fiti saat 17:00-da səslənəcək.Turun son oyunu isə saat 19:15-də çempion “Qarabağ” və “Sumqayıt” komandaları arasında baş tutacaq.XII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.İyirmi turdan sonra turnir cədvəlində iki liderlik hökm sürür. “Neftçi” və “Qarabağ” klubları 42 xalla ilk iki pillədə qərarlaşıblar. Otuz xalı olan “Zirə” üçüncü, 26 xalla “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (18), “Keşlə” (17) və “Sabah” (16) klubları qərarlaşıblar.xeber100.com

Mart 31, 2021 2:15
    Page 203 of 830« First«...102030...201202203204205...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az