03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçunu transfer edib

İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsud Özili transfer edib.Azərtac Türkiyənin “ntvspor.net” idman portalına istinadla xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.Həm “Fənərbağça” klubunun, həm də Məsud Özilin sosial media hesablarında transferlə bağlı paylaşımlar edilib.Xatırladaq ki, Məsud Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” komandalarında çıxış edib. Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətindədir. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.xeber100.com

Yanvar 17, 2021 9:30

Türkiyə kubokunun dörddəbir final mərhələsinin püşkü atılıb

Yanvarın 15-də Futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, bu mərhələdə “Qalatasaray” “Alanyaspor”la, “Sivasspor” “Antalyaspor”la, “Konyaspor” “Beşiktaş”la, “Fənərbağça” isə “Başakşəhər”lə üz-üzə gələcək.Qeyd edək ki, dörddəbir final mərhələsinin oyunları fevralın 9-11-də, yarımfinal matçları isə martın 16-18-də keçiriləcək.Yarımfinalda “Sivasspor” – “Antalyaspor” cütünün qalibi “Qalatasaray” – “Alanyaspor” cütünün qalibi, “Konyaspor” – “Beşiktaş” matçının qalibi isə “Fənərbağça” – “Başakşəhər” cütünün qalibi ilə görüşəcək.xeber100.com

Yanvar 16, 2021 9:45

“Hitech” komandası yeni mövsüm üçün heyətini açıqlayıb

Formula 3 yarışında çıxış edən "Hitech" komandası yeni mövsüm üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, komanda "Red Bull"un gənclər proqramından yararlanıb. Belə ki, komanda proqramın üzvləri, Almaniya Formula 4 yarışının gümüş mükafatçısı Cek Krouford və Fransa Formula 4-ün qalibi Ayumu İvasa ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.xeber100.com

Yanvar 16, 2021 9:42

“Paris-Sen-Jermen” klubu hücumçusuyla danışıqları davam etdirir

“Paris-Sen-Jermen” klubu hücumçusu Neymarla danışıqları davam etdirir.Azərtac “football.ua”ya istinadla xəbər verir ki, əvvəllər braziliyalının Paris klubu ilə müqaviləni uzatmaq niyyətində olduğu bildirilmişdi.PSJ rəhbərliyi onun uzunmüddətli müqavilə imzalayacağına ümid edir.Neymarın hazırkı müqaviləsi 2022-ci ilədəkdir.xeber100.com

Yanvar 15, 2021 10:00

“Barselona” klubu “Mançester Siti”nin futbolçusunu transfer etməyi planlaşdırır

“Barselona” klubu “Mançester Siti”nin futbolçusu Erik Qarsiyanı transfer etməyi planlaşdırır.Azərtac xəbər verir ki, Kataloniya klubu 20 yaşlı müdafiəçi ilə artıq danışıqlara başlayıb. Müzakirələrin yaxşı getdiyi və “Barselona”nın Qarsiya ilə anlaşdığı bildirilir.Bu ay rəsmi müqavilə imzalanmazsa, İspaniya nəhəngi iyunda bir daha danışıqlara başlayacaq.xeber100.com

Yanvar 15, 2021 9:48

Finlandiyada güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub

Finlandiyada keçirilməsi nəzərdə tutulan güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub.Azərtac xəbər verir ki, bu barədə Avropa Atıcılıq Konfederasiyasının saytında məlumat verilib. Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. Məlumatda bildirilir ki, yarışın başqa tarixə keçirilməsi müzakirə ediləcək. Qitə çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, “Tokio-2020” üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiq etdiyi təsnifat sisteminə uyğun olaraq ötən il may ayına olan Avropa reytinqinə görə ayrılacaq.Qitə çempionatında güllə atıcılarımızın iştirakı da nəzərdə tutulmuşdu.Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.xeber100.com

Yanvar 14, 2021 10:05

“Latsio” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun rəsmi saytında istinadla xəbər verir ki, komanda Dmitriye Kamenoviç ilə müqavilə imzalayıb. İyirmi yaşlı müdafiəçi ilə üçillik anlaşma əldə olunub. Bunun üçün “Latsio” “Çukariçki” klubuna 3 milyon avro ödəyəcək.Qeyd edək ki, Kamenoviç 2019-cu ildən Serbiyanın yüksək dəstəsində oynamağa başlayıb. İndiyə qədər bu komandada 26, ölkəsinin U-21 millisində 4 oyun keçirib.xeber100.com

Yanvar 14, 2021 10:03

“Champions Chess Tour” seriyasının üçüncü turniri keçiriləcək

Fevralın 6-14-də “Champions Chess Tour” seriyasının üçüncü turniri keçiriləcək.Azərtac xəbər verir ki, onlayn turnirdə Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbov da iştirak edəcək. Onunla yanaşı, yarışda hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), Nikaru Nakamura, Uesli So (ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) da mübarizə aparacaqlar.“Champions Chess Tour” seriyası 10 turnirdən ibarət olub 2021-ci ilin sentyabrınadək davam edəcək.Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki, “Skillinq Open” yarışında da təmsilçimiz erməni rəqibinə prinsipial qarşılaşmada qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.xeber100.com

Yanvar 13, 2021 2:43

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hakimlərin adlarını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) son on ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.Azərtac xəbər verir ki, 2011-2020-ci illərin ən yaxşı ədalət təmsilçisi Feliks Brix seçilib. Almaniyalı referi son 10 ildə keçirilən səsvermələrin nəticələrinə əsasən 141 xala malikdir. O, türkiyəli Cüneyt Çakırı cəmi 1 xal arxada qoyub.Byorn Kuypers (Niderland) 133, Nikola Rizzoli (İtaliya) 113, Nestor Pitana (Argentina) 88 xalla ilk beşlikdə yer alıblar. Ən yaxşı 10 hakim sırasına düşən Hovard Uebb (İngiltərə) və Damir Skomina (Sloveniya) hərəsi 76, Martin Atkinson (İngiltərə) 69, Viktor Kaşşai (Macarıstan) 56 xala malikdirlər.xeber100.com

Yanvar 13, 2021 2:41

İtaliya A Seriyasının 16-ci turunun növbəti oyunu keçirilib

Yanvarın 10-da futbol üzrə İtaliya A Seriyasının 16-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Milan” doğma azarkeşlər önündə “Torino” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Milanlılar hesabı oyunun 25-ci dəqiqəsində açıb. Brahim Diyazın ötürməsindən sonra rəqibin qapıçısı ilə üzbəüz qalan Rafael Leao fürsəti əldən verməyib. Görüşün 36-ci dəqiqəsində “Milan”nın futbolçusu Frank Kessi hesab arasındakı fərqi iki topa çatdırıb.Bu qələbədən sonra “Milan” 40 xalla liderliyinə davam edir. “Torino” isə 12 xalla 19-cu yerdə qərarlaşıb.Turun digər görüşlərində “Atalanta” səfərdə “Beneveto”dan (4:1), “Genoa” isə öz meydanında “Bolonya”dan üstün olub (2:0).xeber100.com

Yanvar 10, 2021 5:51
    Page 222 of 830« First«...102030...220221222223224...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az