03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Çelsi” futbol klubu “Paris Sen-Jemen”in müdafiəçisini transfer edib

İngiltərənin “Çelsi” klubu Fransanın “Paris Sen-Jemen” komandasının müdafiəçisi Tiaqo Silvanı transfer edib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi braziliyalı futbolçu ilə birillik müqavilə imzalayıb.Qeyd edək ki, Tiaqo Silva parislilərin heyətində 2012-ci ildən çıxış edib. Tiaqo 315 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 29, 2020 6:55

Şahmat Olimpiadasında yarımfinal oyunları start götürüb

Avqustun 29-da Ümumdünya Şahmat Olimpiadasında yarımfinal oyunları start götürüb.Azərtac xəbər verir ki, bu mərhələdə Hindistan Polşa, ABŞ Rusiya komandası ilə mübarizə aparacaq.Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.xeber100.com

Avqust 29, 2020 6:52

Avropa Karate Federasiyasının ikinci virtual görüşündə

Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşündə koronavirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub.Azərtac xəbər verir ki, EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfransda qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in idarə heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançılarımızın hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda A.Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə olunub, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.xeber100.com

Avqust 29, 2020 6:50

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar - Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə), müdafiəçilər - Benua Badiaşile (Monako), Melvin Bard (Lion), Kolin Daqba (PSJ), Bafode Diakite (Tuluza), Bubakar Kamara (Marsel), Jül Kunde (Sevilya, İspaniya), Krist-Emanuel Faytout Maoussa (Renn), Obite Evan Ndiçka (Ayntraxt, Almaniya), yarımmüdafiəçilər - Maksen Kaquere (Lion), İbrahima Diallo (Brest), Matteo Genduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Arno Nordin (Sent-Etyenn), Ceff Peyn-Adelaid (Lion), Bubakari Soumare (Lill), hücumçular - Mussa Diabi (Bayer, Almaniya), Erik Dina Ebimbe (Dijon), Amine Qouiri (Nitsa), Brayan Mbeumo (Brentford, İngiltərə) və Odson Eduard (Seltik, Şotlandiya) yer alıblar.Azərbaycan-Fransa matçı sentyabrın 7-də, saat 21:00-da, Sumqayıtdakı “Kapital Bank Arena”da start götürəcək.xeber100.com

Avqust 28, 2020 1:24

“Zirə” futbol klubu braziliyalı qapıçı transfer edir

Bakının “Zirə” futbol klubu braziliyalı qapıçı transfer edir.“Globesporte” saytı xəbər verir ki, Bakı təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. İyirmi beş yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən “Londrina” ilə müqaviləsini ləğv edir.Futbolçu yaxın günlərdə Bakıya gələcək. Mateus Albino Carneiro "Zirə"yə keçidini təsdiqləyib.Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından “Londrina”da çıxış edib.xeber100.com

Avqust 28, 2020 1:21

Şahmat Olimpiadasının final oyunları başlayıb

Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalının oyunları başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan komandası bu mərhələdə Polşa yığması ilə mübarizə aparacaq.Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.Dörddəbir finalın digər oyunlarında Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla qarşılaşacaq.xeber100.com

Avqust 28, 2020 1:18

Futbol klublarının növbəti UEFA reytinqi açıqlanıb

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.Azərtac xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib. “Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdirlər.Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.xeber100.com

Avqust 28, 2020 1:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsində

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha 45 görüş keçiriləcək. Yarışın son oyun günündə "Sumqayıt" futbol klubu da mübarizəyə qoşulacaq.Sumqayıtın yeganə futbol komandası avqustun 27-də ilkə imza atacaq. "Gənclik şəhəri"nin klubu avrokuboklardakı debüt oyununda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, "Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.Matçı qazaxıstanlı hakim Arman Esmuratov idarə edəcək. Ona həmyerliləri Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan kömək edəcək. Oyun “İdman TV”də canlı yayımlanacaq.Qeyd edək ki, bu gün "Sumqayıt"la yanaşı, "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrouboklarda ilk oyunlarını keçirəcəklər.xeber100.com

Avqust 27, 2020 11:28

Ümumdünya Şahmat Olimpiadasının oyunları start götürüb

Avqustun 27-də Ümumdünya Şahmat Olimpiadasının pley-off mərhələsinin oyunları start götürüb.Azərtac xəbər verir ki, pley-off mərhələsində Bolqarıstan-Polşa, Macarıstan-Almaniya, Çin-Ukrayna və Yunanıstan-Ermənistan görüşləri baş tutacaq.Azərbaycan komandası qrup lideri kimi birbaşa dörddəbir finala vəsiqə qazanıb. Şahmatçılarımız avqustun 28-də keçiriləcək dörddəbir finalda Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Bu mərhələnin digər oyunlarına gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcək.Yarışda 163 ölkənin komandası iştirak edir. Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.xeber100.com

Avqust 27, 2020 11:26

“Çelsi” klubunun futbolçusu “Roma” komandasına transfer olub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro İtaliyanın “Roma” komandasına transfer olub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.Azərtac xəbər verir ki, 33 yaşlı futbolçu “Roma” ilə üçillik müqavilə imzalayıb.Qeyd edək ki, Pedro “Çelsi”də beşillik çıxışından sonra azad agent statusunda “Roma”ya keçib. 2019-2020-ci il mövsümündə Pedro 23 görüşdə meydana çıxıb və 2 qolla yadda qalıb.Karyerası ərzində futbolçu 25 titula yiyələnib, onlardan ən uğurlusu UEFA Çempionlar Liqasında, İspaniya və İngiltərə çempionatlarında qazandığı qələbələrdir.xeber100.com

Avqust 26, 2020 12:12
    Page 247 of 830« First«...102030...245246247248249...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az