03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb

Bakının “Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. İyirmi yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin idman şərəfini qoruyacaq. R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.Qeyd edək ki, “Keşlə” yay fasiləsində, həmçinin Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov və Artur Batista de Souzanı heyətinə qatıb.xeber100.com

Avqust 21, 2020 11:43

“Beşiktaş” klubu braziliyalı müdafiəçinin transferini başa çatdırıb

Yeni mövsüm üçün hazırlıqları davam etdirən İstanbulun “Beşiktaş” klubu braziliyalı müdafiəçi Velinton Souza Silvanın transferini başa çatdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2023-cü ilədək qüvvədə olan müqavilə imzalanıb.Türkiyə Super Liqasında 2017-2018-ci il mövsümündə “Alanyaspor” klubunun heyətində debüt edən müdafiəçi ötən mövsüm 27 rəsmi oyunda 3 qol vurub.İstanbul təmsilçisi Velintondan daha əvvəl onun komanda yoldaşı Fabrise Nsakalayı və “Kayserispor”dan Bernard Mensahı heyətinə qatmışdı.xeber100.com

Avqust 21, 2020 11:41

“Sabah” klubu 2020/2021-ci il mövsümünün formalarını təqdim edib

Bakının “Sabah” futbol klubu 2020/2021-ci il mövsümü üçün ev və səfər formalarını təqdim edib.Azərtac xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan formalar göy və ağ rəngdədir.Komanda bu gün start götürəcək yeni mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək. Yeni formaların təqdimat videosunda kapitan Ruslan Abışov ilə yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıblar.xeber100.com

Avqust 21, 2020 11:38

Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.Azərtac xəbər verir ki, mərhələ çərçivəsində “İndiana Peysers” klubu “Mayami Hit”lə qarşılaşıb.Orlandoda keçirilən görüşə İndiana basketbolçuları daha yaxşı başlayaraq birinci hissəni üstün başa vurublar – 24:22. Sonradan üstünlüyü ələ alan Mayami kollektivi böyük fasiləyə öndə yollanıb – 51:46. Digər hissələrdə də inamlı təsir bağışlayan “Mayami Hit” yekunda 109:100 hesabı ilə qələbə qazanıb.Oyunun ən yaxşısı Dunkan Robinson olub. “Mayami Hit”in basketbolçusu 24 xal, 2 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 21, 2020 11:36

“Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşıb

Avqustun 19-da UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşıb.Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçirilən görüş “Bavariya” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda münhenlilərin heyətində Serj Qnabri (2) və Robert Levandovski fərqləniblər.Beləliklə, “Bavariya” qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniyanın “Leypsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın PSJ komandası ilə qarşılaşacaq.Qeyd edək ki, “Bavariya” tarixində 11-ci dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və onlardan beşində qalib qəlib.xeber100.com

Avqust 20, 2020 1:16

UEFA Çempionlar Liqasının təsnifat və qrup mərhələsində

UEFA Çempionlar Liqasının təsnifat və qrup mərhələsində mübarizə aparacaq komandaların adlarında dəyişikliklər olub.Azərtac xəbər verir ki, “Bavariya” və PSJ 2019-2020-ci il mövsümündə ölkə çempionu olduqları üçün növbəti il birbaşa Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəklər. Bu səbəbdən də pley-off oynamalı olan “Ayaks” qrup mərhələsinə, Yunanıstan və Çexiya çempionları “Olimpiakos” və “Slaviya” isə üçüncü təsnifat mərhələsi əvəzinə pley-offda iştirak imkanı əldə ediblər.Azərbaycan çempionu “Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.Qeyd edək ki, “Qarabağ”-“Şerif” matçı avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.xeber100.com

Avqust 20, 2020 1:06

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi Elgün Nəbiyevin keçidini həll edib. İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunadək müqavilə imzalanıb.Futbolçu son olaraq “Sabah” klubunda çıxış edib.Qeyd edək ki, bu, “Səbail”in yay fasiləsində üçüncü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Məqsəd İsayev və Florian Kadriu ilə müqavilə bağlayıb.xeber100.com

Avqust 20, 2020 10:37

Ümumdünya Şahmat Olimpiadasında top-divizionun oyunları start götürəcək

Avqustun 21-də Ümumdünya Şahmat Olimpiadasında 40 komandanın qatıldığı top-divizionun oyunları start götürəcək.Azərtac xəbər verir ki, şahmatçılarımız top-divizionun “B” qrupunda mübarizə aparacaqlar. Yarışın birinci günündə komandamız Niderland, Macarıstan, Cənubi Afrika Respublikasının yığmaları ilə qarşılaşacaq.Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və yığmaları da yer alıblar.Olimpiada çərçivəsində artıq baza, dördüncü, üçüncü və ikinci divizionların oyunları başa çatıb.Ümumilikdə 163 komandanın qatıldığı Olimpiada avqustun 30-dək davam edəcək.xeber100.com

Avqust 20, 2020 10:33

UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçiriləcək.Azərtac xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşacaq.Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.Qeyd edək ki, bu cütün qalibi finalda ötən gün Almaniyanın “Leyptsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” komandası olacaq.xeber100.com

Avqust 19, 2020 1:31

“Neftçi Esports” E Milli Liqanın dörddəbir finalında

“Neftçi Esports” E Milli Liqanın dörddəbir finalında "Qardaşlar” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Neftçi Esports” rəqibə 2:1 (0:3; 5:0; 6:1) hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. “Ağ-qaralar”ın yarımfinaldakı rəqibi “Qarabağ” olacaq.Qeyd edək ki, “Qoşqar”, “Ərkivan” və “Ağsu Siti” komandalarını məğlub edərək pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazanmış “Neftçi Esports” səkkizdəbir finalda “Zirə”yə qalib gəlmişdi.xeber100.com  

Avqust 19, 2020 1:26
    Page 250 of 830« First«...102030...248249250251252...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az