11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” futbol klubu birinci transferini edib

Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” klubu birinci transferini edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan ayrılan Fabrise Nskala ilə 2+1 illik müqavilə imzalayıb.Qeyd edək ki, 2017-ci ildən “Alanyaspor”da çıxış edən konqolu müdafiəçi ümumilikdə 116 oyuna çıxıb və 9 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 13, 2020 2:12

Ümumdünya Boks Şurasının məlumatı əsasında…

Meksikalı Maurisio Süleyman yenidən Ümumdünya Boks Şurasının (WBC) prezidenti seçilib.Azərtac xəbər verir ki, WBC-nin məlumatında qurumun İdarə Heyətinin üzvlərinin yekdilliklə M.Süleymanın lehinə səs verdikləri bildirilib.O, 2014-cü ilin fevralından WBC-nin rəhbəri vəzifəsində çalışır. Ondan əvvəl isə təşkilatın prezidenti vəzifəsini atası Xose Süleyman tutub. X.Süleyman 39 il WBC-yə rəhbərlik edib.xeber100.com

Avqust 13, 2020 1:21

“Trabzonspor” futbol klubu heyətinə braziliyalı müdafiəçi cəlb edib

Türkiyənin “Trabzonspor” futbol klubu heyətinə braziliyalı müdafiəçi cəlb edib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun 23 yaşlı müdafiəçisi Marlon Xavieri icarəyə götürüb. Braziliyalı futbolçu ilə birillik müqavilə imzalanıb.Qeyd edək ki, 2017-ci ildən “Fluminense”nin futbolçusu olan M.Xavier son mövsümü icarə əsasında “Boavista”da keçirib. Müdafiəçi ötən mövsüm ərzində keçirdiyi 27 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com

Avqust 13, 2020 1:17

“Neftçi” futbol klubu ikigünlük fasilədən sonra məşqləri bərpa edib

Yeni mövsümə hazırlaşan Bakının “Neftçi” futbol klubu ikigünlük fasilədən sonra məşqləri bərpa edib.Azərtac kluba istinadla xəbər verir ki, komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib.“Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə avqustun 12-də atılacaq.xeber100.com

Avqust 12, 2020 1:35

Milli Basketbol Assosiasiyasının çempionatında mübarizə davam edir

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında mübarizə davam edir.Azərtac xəbər verir ki, Qərb konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” klubları qarşılaşıblar.Oyun Orlandoda keçirilib və qarşılıqlı hücumlarla başlayan ilk hissədə “Nyu-Orleans Pelikans” üstün olub – 29:27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqi ilə irəlidə yollanıblar.Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Sakramento Kinqz” yekunda qələbə qazanıb – 112:106.

Avqust 12, 2020 1:33

FIFA futbol üzrə 2023-cü ildə keçiriləcək seçmə oyunları təxirə salıb

FIFA futbol üzrə 2023-cü ildə keçiriləcək Asiya kubokunun və 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya üzrə seçmə mərhələ oyunlarını təxirə salıb.Azərtac xəbər verir ki, oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan oyunların koronavirus səbəbi ilə təxirə salındığı bildirib.Qeyd edək ki, hər iki turnirdə seçmə mərhələnin oyunları növbəti il keçiriləcək.xeber100.com

Avqust 12, 2020 1:27

Sürətli şahmat üzrə dostluq görüşü keçirilib

Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü keçirilib.Azərtac xəbər verir ki, 6 turdan ibarət yarışın yekun nəticələrinə görə, Azərbaycan komandası Türkiyə yığmasına 26:10 hesabı ilə qalib gəlib.Qeyd edək ki, komandamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı və Gövhər Beydullayeva mübarizə aparıblar.xeber100.com

Avqust 11, 2020 10:37

2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

İtaliyanın "Yuventus" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Kriştianu Ronaldu birinci olub.Qeyd edək ki, portuqaliyalı hücumçu A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 11, 2020 10:35

“Qəbələ” futbol klubu heyətinə yeni futbolçu qatıb

Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, "qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.xeber100.com

Avqust 11, 2020 10:32

UEFA Avropa Liqasının final mərhələsinin ikinci oyunu keçirilib

Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ikinci oyunu keçirilib.Azərtac xəbər verir ki, Kölndə İngiltərənin “Mançester Yunayted” komandası isə Danimarkanın “Kopenhagen”i üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə “İnter” və “Mançester Yunayted” üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı “MSV Arena”da İngiltərənin “Vulverhempton” klubu İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. Gelzenkirxendəki “AufŞalke Arena”da isə Ukraynanın “Şaxtyor” klubu İsveçrənin “Bazel” komandası ilə qarşılaşacaq.xeber100.com

Avqust 11, 2020 10:30
    Page 255 of 831« First«...102030...253254255256257...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az