05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir.Azərtac xəbər verir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.xeber100.com

İyul 25, 2020 7:35

İngiltərə çempionatında yeni mövsümün başlama tarixi müəyyənləşib

Futbol üzrə İngiltərə çempionatında yeni mövsümün başlama tarixi müəyyənləşib.Azərtac xəbər verir ki, İngiltərədə 2020-2021-ci mövsümə sentyabrın 12-si start veriləcək və gələn il mayın 23-də yekun vurulacaq.Qeyd edək ki, bu mövsüm "Liverpul" ölkə çempionu olub.xeber100.com

İyul 25, 2020 7:34

“Qalatasaray” klubu yeni mövsüm üçün hazırlığını davam etdirir

İstanbulun “Qalatasaray” klubu yeni mövsüm üçün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, komandada futbolçu heyəti ilə yanaşı, məşqçilər korpusunda da dəyişikliklərin olacağı gözlənilir.Bundan əvvəl komandanın məşqçisi Hasan Şaş öz istəyi ilə “sarı-qırmızılar”dan ayrılmışdı. Superliqanın yekunlaşmasından sonra Ümit Davala və Levent Şahinin də komandanı tərk etməsi dəqiqləşib.xeber100.com

İyul 24, 2020 4:56

“Liverpul”un kapitanı mövsümün ən yaxşı oyunçusu seçilib

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson Futbol Jurnaslitləri Birliyi tərəfindən Premyer Liqada cari mövsümün ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, 30 yaşlı müdafiəçi səslərin dörddəbirindən çoxunu toplayaraq komanda yoldaşları Alisson Beker, Vircil van Deyk, Trent Aleksandr-Arnold, Sadio Maneni, “Mançester Yuneyted”dən Markus Reşfordu və “Mançester Siti”dən Kevin de Brüyneni geridə qoyub.Qeyd edək ki, C.Henderson 2011-ci ildən “Liverpul”un formasını geyinir.xeber100.com

İyul 24, 2020 4:53

Peşəkar Tennisçilər Assosiasiyası tennis turnirlərini ləğv edib

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyası (WTA) 2020-ci ildə Çində keçirilməsi planlaşdırılan bütün tennis turnirlərinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan ediblər.Azərtac xəbər verir ki, hər iki qurum bu barədə məlumat yayıb.Bu il ATP 4, WTA isə 7 turnirin Çində təşkilini planlaşdırırdı. Tennis turnirlərinin ləğvi Çin hökumətinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə beynəlxalq yarışların keçirilməsinin qadağan edilməsi barədə qərarı ilə əlaqədardır. Çində Pekin Qış Olimpiya Oyunları üçün test turnirləri istisna olmaqla, bütün beynəlxalq yarışlar ilin sonuna qədər ləğv edilib.Qış Olimpiya Oyunlarının 2022-ci ilin fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.xeber100.com

İyul 24, 2020 4:50

“Beşiktaş” futbol klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb

İstanbulun “Beşiktaş” futbol klubu yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə yollarını ayırıb.Azərtac xəbər verir ki, “qara qartallar”ın düşərgəsində sonuncu məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb. Qeyd edək ki, “Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürüb. Otuz üç yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.xeber100.com

İyul 24, 2020 4:48

UEFA Türkiyənin futbol klubunu cəzalandırıb

UEFA Türkiyənin “Fənərbağça” futbol klubunu cəzalandırıb.Azərtac xəbər verir ki, İstanbul təmsilçisinin cəzalanmasına səbəb maliyyə feyr-pley qaydalarına əməl etməməsi olub.Bu səbəbdən də klub 2 milyon avro məbləğində cərimələnib.xeber100.com

İyul 23, 2020 7:22

Milli Basketbol Assosiasiyasında mövsüm bərpa ediləcək

İyulun 30-da Milli Basketbol Assosiasiyasında (MBA) mövsüm bərpa ediləcək. Komandalar bu məqsədlə hazırlıq oyunlarına başlayıblar.Azərtac xəbər verir ki, hər bir komanda mövsümün bərpasınadək 3 yoxlama oyunu keçirməlidir. İlk oyunlarda periodlardakı vaxt 2 dəqiqə azaldılıb. Məhz bu qarşılaşmalarda basketbolçular hər biri 10 dəqiqə olmaqla 4 hissə oynamalıdırlar.İlk oyun “Los-Anceles Klippers” və “Orlando” arasında olub. Qarşılaşmaya Orlando basketbolçuları daha yaxşı başlasalar da, böyük fasiləyə “Los-Anceles Klippers” üstün yollanıb 53:42. Üçüncü periodda Orlando təmsilçiləri nisbətən fəallaşsalar da, son hissə yenidən Klippersin xeyrinə bitib. Beləliklə Los-Anceles təmsilçisi 99:90 hesablı qələbə qazanıb.Növbəti qarşılaşmada “Mayami Hit” və “Sakramento Kinqs” üz-üzə gəlib. Mayami təmsilçiləri fasiləyə kimi 12 xallıq üstünlük əldə ediblər. Amma üçüncü hissədə fərq 2 xala kimi azalsa da, son periodda Mayami basketbolçuları yenidən təşəbbüsə yiyələniblər. Yekunda “Mayami Hit” 104:98 hesabı ilə qalib gəlib.xeber100.com  

İyul 23, 2020 7:18

“Səbail” futbol klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Təcrübəli oyunçu komanda ilə 2018/2019-cu il mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.Qeyd edək ki, “Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.xeber100.com  

İyul 23, 2020 7:11

“Bavariya” futbol klubu müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

Almaniyanın “Bavariya” futbol klubu müdafiəçisi Lukas May ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı almaniyalı müdafiəçinin yeni müqviləsinin müddəti 2023-cü ilin iyununadək etibarlıdır.Almaniya çempionu öz yetirməsi olan futbolçunu “Darmştadt” klubuna icarəyə verib. L.May növbəti mövsümün sonunadək İkinci Bundesliqa klubunda çıxış edəcək.xeber100.com

İyul 22, 2020 7:25
    Page 261 of 830« First«...102030...259260261262263...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az