11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Səbail” futbol klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Təcrübəli oyunçu komanda ilə 2018/2019-cu il mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.Qeyd edək ki, “Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.xeber100.com  

İyul 23, 2020 7:11

“Bavariya” futbol klubu müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

Almaniyanın “Bavariya” futbol klubu müdafiəçisi Lukas May ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı almaniyalı müdafiəçinin yeni müqviləsinin müddəti 2023-cü ilin iyununadək etibarlıdır.Almaniya çempionu öz yetirməsi olan futbolçunu “Darmştadt” klubuna icarəyə verib. L.May növbəti mövsümün sonunadək İkinci Bundesliqa klubunda çıxış edəcək.xeber100.com

İyul 22, 2020 7:25

2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb

Futbol üzrə İspaniya çempionatında cari 2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb.Azərtac La Liqanın saytına istinadla xəbər verir ki, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub. Aparılan araşdırmada məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə cari mövsüm ərzində hakim qərarlarından ən çox faydalanan klub “Real Madrid” olub. İlk beşlikdə, həmçinin müvafiq olaraq “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” yer alıblar.Mövsümü ikinci pillədə tamamlayan “Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi 1995-1996-cı il mövsümündən bəri birinci dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.Qeyd edək ki, La Liqada cari mövsümdə 87 xal toplayan “Real Madrid” komandası çempion olub.xeber100.com

İyul 22, 2020 7:06

Ümumdünya Şahmat Olimpiadası start götürüb

İyulun 22-də onlayn formatda Ümumdünya Şahmat Olimpiadası start götürüb.Azərtac xəbər verir ki, beş divizion üzrə keçiriləcək yarışda 163 komanda iştirak edir. Bu gündən Olimpiada çərçivəsində seçmə yarışlar başlayıb. Azərbaycan komandası 40 ən güclü yığmanın yer aldığı “Top-divizion”da mübarizə avqustun 22-də başlayacaq. Olimpiada avqustun 30-dək davam edəcək.Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir keçirilir. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.xeber100.com

İyul 22, 2020 7:02

“Fənərbağça” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edir

Türkiyənin “Fənərbağça” futbol klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edir.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”un futbolçusu Mərt Hakan Yandaşla yaxın günlərdə müqavilə imzalayacaq. Bunu Sivas komandasının baş məşqçisi Rza Çalımbay yerli mətbuata açıqlamasında deyib. O, yarımmüdafiəçinin “Fənərbağça” ilə razılaşdığını bildirib.Qeyd edək ki, 25 yaşlı futbolçu başa çatan mövsümdə Superliqada 31 oyunda iştirak edib və 6 qol vurub.xeber100.com

İyul 22, 2020 6:58

XXXII Yay Olimpiya Oyunlarının güləş yarışlarının təqvimi açıqlanıb

Gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının güləş yarışlarının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) məlumatına əsasən, pəhləvanlar gələn il avqustun 1-7-də “Maxauri Messe” Arenasında mübarizə aparacaqlar. Qadın güləşçilərin mübarizəsi yeddi gün davam edəcək. Yunan-Roma güləşçiləri avqustun 1-4-də, sərbəst güləşçilər isə ayın 4-7-də birincilik uğrunda yarışacaqlar.Qadın güləşçilərin hər gün çıxış etmələri barədə qərar təşkilatçı Yaponiyanın qadın güləşində lider olması səbəbindən yerli idmansevərlərin bu yarışlara marağının böyük olması ilə əlaqədardır.Qeyd edək ki, indiyədək Azərbaycan güləşçilərindən Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) Olimpiadaya lisenziya qazanıblar.xebver100.com

İyul 21, 2020 6:22

“Deportivo” futbol klubu Üçüncü Liqada mübarizə aparacaq

Məşhur İspaniya klubu “Deportivo” növbəti mövsüm Üçüncü Liqada mübarizə aparacaq.Azərtac xəbər verir ki, 1999-2000-ci il mövsümündə İspaniya çempionu olan “Deportivo” 2017/2018-ci mövsümündə La Liqadan ikinci Liqaya düşüb. Klub 2019/2020-ci il mövsümündə Sequndanı tərk edib. Komanda Sequndada qalmaq üçün “Fuenlabrada”nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun Üçüncü Liqaya düşməsi dəqiqləşib.Klub sonuncu dəfə 40 il əvvəl Sequndadan aşağı liqada mübarizə aparıb.Qeyd edək ki, “Deportivo” ilə yanaşı, “Rasinq”, “Numansia” və “Estremadura” klubları da Üçüncü Liqaya yuvarlanıb. “Hueska” və “Kadiz” komandaları isə La Liqaya yüksəliblər.xeber100.com

İyul 21, 2020 6:20

“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində

Avropa Liqasına hazırlığı Qəbələdə davam etdirən Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda gücünü sınayacaq.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi iyulun 26-da “Sumqayıt”, dörd gün sonra isə “Qarabağ”la üz-üzə gələcək.xeber100.com

İyul 21, 2020 6:17

Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işini davam etdirir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası işini davam etdirir. Beynəlxalq qurumun prezidenti Tomas Baxın sədrliyi ilə onlayn qaydada keçirilən sessiya iyulun 22-dək davam edəcək.Azərtac BOK-un saytına istinadla xəbər verir ki, sessiyanın növbəti iclasında istefaya göndərilən vitse-prezidentlər Uğur Erdener, sabiq prezident Xuan Antoni Samaranç və İcraiyyə Şurasının üzvü Sergey Bubka da iştirak ediblər.BOK-un vitse-prezidentləri vəzifəsinə iki nəfərin - Con Koutsun (Avstraliya ) və Mianq Hiqin (Sinqapur) namizədliyi irəli sürülüb. İxtisasca vəkil olan Con Kouts beynəlxalq Olimpiya hərəkatında kifayət qədər tanınmış simadır və 2011-ci ildən Beynəlxalq İdman Arbitrajı Məhkəməsinə sədrlik edir. O həm də “Tokio-2020” Olimpiya Oyunları üzrə BOK-un Koordinasiya Komissiyasının sədri vəzifəsini yerinə yetirir.Sessiyada beynəlxalq quruma prezident seçkiləri ilə bağlı da müzakirələr aparılıb. Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri 2021-ci ildə BOK-un 137-ci sessiyasında keçiriləcək. BOK-un hazırkı prezidenti Tomas Bax İcraiyyə Şurasının üzvləri etimad göstərəcəkləri halda quruma yenidən rəhbərlik etməyə hazı olduğunu bildirib.xeber100.com

İyul 21, 2020 6:14

Sürətli şahmat turnirinin final qarşılaşmaları oynanılacaq

İyulun 20-də qadınlar arasında sürətli şahmat turnirinin super final qarşılaşmaları oynanılacaq.Azərtac xəbər verir ki, “Women's Speed Chess Championship” yarışı çərçivəsində keçirilmiş Qran-Pri turnirinin dörd mərhələsinin yekununa görə ən çox xal toplamış rusiyalı Aleksandra Kostenyuk və ukraynalı Anna Uşenina super finalda iştirak hüququ qazanıblar.Onlayn Qran-Pri turnirinin birinci mərhələsində A.Uşenina, digər üç mərhələdə Rusiya şahmatçıları Valentina Qunina, Yekaterina Laqno və Aleksandra Kostenyuk qalib gəliblər.Qran-Prinin ilk üç mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadənin çıxışı uğurlu olmayıb.xeber100.com

İyul 20, 2020 12:58
    Page 263 of 831« First«...102030...261262263264265...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az