07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qalatasaray” klubu yeni mövsüm üçün hazırlığını davam etdirir

İstanbulun “Qalatasaray” klubu yeni mövsüm üçün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, komandada futbolçu heyəti ilə yanaşı, məşqçilər korpusunda da dəyişikliklərin olacağı gözlənilir.Bundan əvvəl komandanın məşqçisi Hasan Şaş öz istəyi ilə “sarı-qırmızılar”dan ayrılmışdı. Superliqanın yekunlaşmasından sonra Ümit Davala və Levent Şahinin də komandanı tərk etməsi dəqiqləşib.xeber100.com

İyul 24, 2020 4:56

“Liverpul”un kapitanı mövsümün ən yaxşı oyunçusu seçilib

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson Futbol Jurnaslitləri Birliyi tərəfindən Premyer Liqada cari mövsümün ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, 30 yaşlı müdafiəçi səslərin dörddəbirindən çoxunu toplayaraq komanda yoldaşları Alisson Beker, Vircil van Deyk, Trent Aleksandr-Arnold, Sadio Maneni, “Mançester Yuneyted”dən Markus Reşfordu və “Mançester Siti”dən Kevin de Brüyneni geridə qoyub.Qeyd edək ki, C.Henderson 2011-ci ildən “Liverpul”un formasını geyinir.xeber100.com

İyul 24, 2020 4:53

Peşəkar Tennisçilər Assosiasiyası tennis turnirlərini ləğv edib

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyası (WTA) 2020-ci ildə Çində keçirilməsi planlaşdırılan bütün tennis turnirlərinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan ediblər.Azərtac xəbər verir ki, hər iki qurum bu barədə məlumat yayıb.Bu il ATP 4, WTA isə 7 turnirin Çində təşkilini planlaşdırırdı. Tennis turnirlərinin ləğvi Çin hökumətinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə beynəlxalq yarışların keçirilməsinin qadağan edilməsi barədə qərarı ilə əlaqədardır. Çində Pekin Qış Olimpiya Oyunları üçün test turnirləri istisna olmaqla, bütün beynəlxalq yarışlar ilin sonuna qədər ləğv edilib.Qış Olimpiya Oyunlarının 2022-ci ilin fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.xeber100.com

İyul 24, 2020 4:50

“Beşiktaş” futbol klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb

İstanbulun “Beşiktaş” futbol klubu yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə yollarını ayırıb.Azərtac xəbər verir ki, “qara qartallar”ın düşərgəsində sonuncu məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb. Qeyd edək ki, “Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürüb. Otuz üç yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.xeber100.com

İyul 24, 2020 4:48

UEFA Türkiyənin futbol klubunu cəzalandırıb

UEFA Türkiyənin “Fənərbağça” futbol klubunu cəzalandırıb.Azərtac xəbər verir ki, İstanbul təmsilçisinin cəzalanmasına səbəb maliyyə feyr-pley qaydalarına əməl etməməsi olub.Bu səbəbdən də klub 2 milyon avro məbləğində cərimələnib.xeber100.com

İyul 23, 2020 7:22

Milli Basketbol Assosiasiyasında mövsüm bərpa ediləcək

İyulun 30-da Milli Basketbol Assosiasiyasında (MBA) mövsüm bərpa ediləcək. Komandalar bu məqsədlə hazırlıq oyunlarına başlayıblar.Azərtac xəbər verir ki, hər bir komanda mövsümün bərpasınadək 3 yoxlama oyunu keçirməlidir. İlk oyunlarda periodlardakı vaxt 2 dəqiqə azaldılıb. Məhz bu qarşılaşmalarda basketbolçular hər biri 10 dəqiqə olmaqla 4 hissə oynamalıdırlar.İlk oyun “Los-Anceles Klippers” və “Orlando” arasında olub. Qarşılaşmaya Orlando basketbolçuları daha yaxşı başlasalar da, böyük fasiləyə “Los-Anceles Klippers” üstün yollanıb 53:42. Üçüncü periodda Orlando təmsilçiləri nisbətən fəallaşsalar da, son hissə yenidən Klippersin xeyrinə bitib. Beləliklə Los-Anceles təmsilçisi 99:90 hesablı qələbə qazanıb.Növbəti qarşılaşmada “Mayami Hit” və “Sakramento Kinqs” üz-üzə gəlib. Mayami təmsilçiləri fasiləyə kimi 12 xallıq üstünlük əldə ediblər. Amma üçüncü hissədə fərq 2 xala kimi azalsa da, son periodda Mayami basketbolçuları yenidən təşəbbüsə yiyələniblər. Yekunda “Mayami Hit” 104:98 hesabı ilə qalib gəlib.xeber100.com  

İyul 23, 2020 7:18

“Səbail” futbol klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Təcrübəli oyunçu komanda ilə 2018/2019-cu il mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.Qeyd edək ki, “Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.xeber100.com  

İyul 23, 2020 7:11

“Bavariya” futbol klubu müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

Almaniyanın “Bavariya” futbol klubu müdafiəçisi Lukas May ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı almaniyalı müdafiəçinin yeni müqviləsinin müddəti 2023-cü ilin iyununadək etibarlıdır.Almaniya çempionu öz yetirməsi olan futbolçunu “Darmştadt” klubuna icarəyə verib. L.May növbəti mövsümün sonunadək İkinci Bundesliqa klubunda çıxış edəcək.xeber100.com

İyul 22, 2020 7:25

2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb

Futbol üzrə İspaniya çempionatında cari 2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb.Azərtac La Liqanın saytına istinadla xəbər verir ki, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub. Aparılan araşdırmada məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə cari mövsüm ərzində hakim qərarlarından ən çox faydalanan klub “Real Madrid” olub. İlk beşlikdə, həmçinin müvafiq olaraq “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” yer alıblar.Mövsümü ikinci pillədə tamamlayan “Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi 1995-1996-cı il mövsümündən bəri birinci dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.Qeyd edək ki, La Liqada cari mövsümdə 87 xal toplayan “Real Madrid” komandası çempion olub.xeber100.com

İyul 22, 2020 7:06

Ümumdünya Şahmat Olimpiadası start götürüb

İyulun 22-də onlayn formatda Ümumdünya Şahmat Olimpiadası start götürüb.Azərtac xəbər verir ki, beş divizion üzrə keçiriləcək yarışda 163 komanda iştirak edir. Bu gündən Olimpiada çərçivəsində seçmə yarışlar başlayıb. Azərbaycan komandası 40 ən güclü yığmanın yer aldığı “Top-divizion”da mübarizə avqustun 22-də başlayacaq. Olimpiada avqustun 30-dək davam edəcək.Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir keçirilir. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.xeber100.com

İyul 22, 2020 7:02
    Page 262 of 831« First«...102030...260261262263264...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az