“Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək. Federasiyadan bildiriblər ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda dünyanın 16-dək ölkəsindən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2, ertəsi gün Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, ayın 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkınadək 102,9, iyunun 11-də isə Beyləqandan Şuşayadək 134,9 kilometr məsafədə yarışacaqlar. Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən, velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.xeber100.com

May 19, 2023 2:47

Ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib

Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Azərbaycan Ağır Atletika Federasiyası xəbər verir ki, ilk olaraq millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxıb. O, 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb. Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib. Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub. Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

May 15, 2023 11:32