11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Badminton üzrə keçirilən ölkə birinciliyinə yekun vurulub

Mayın 26-dan 29-dək keçirilən 2009-2010 təvəllüdlü uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub. Bakı ilə yanaşı Gəncə, Lənkəran, Siyəzən və Qusardan 46 oğlan və 35 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib. Şəxsi oğlanlarda Əli Gözəlov, qızlarda Leyla Camalzadə, qoşa oğlanlarda Əli Gözəlov - Fazil Quliyev, qoşa qızlarda Leyla Camalzadə - Aysu Kərimzadə, qarışıq qoşada Əli Gözəlov - Leyla Camalzadə birinci yerə layiq görülüblər. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.xeber100.com

May 30, 2023 1:50

Meksika çempionatında mövsümün qalibi müəyyənləşib

Futbol üzrə Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi müəyyənləşib. Çempion adına “Tiqres" klubu sahib olub. Monterrey təmsilçisi finalın cavab oyununda "Qvadalaxara"nı məğlub edib (3:2, ilk oyun - 0:0). Nəticədə komanda tarixdə səkkizinci, 2015-ci ildən bəri beşinci dəfə Meksika çempionatının qızıl medallarını əldə ediblər. Yalnız "Amerika" (13), "Qvadalaxara" (12) və "Toluka"nın (10) daha çox titulları var. "Kruz Azul" və "Leon" da 8 dəfə çempion olublar.xeber100.com

May 30, 2023 1:46

“Ayntraxt” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi İsveç millisinin və “Malmö”nün gənc yarımmüdafiəçisi Huqo Larssonu transfer edib. Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. On səkkiz yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb. “Malmö”nün yetirməsi olan Larsson bu klubun əsas komandasında 59 oyuna 2 qol vurub. O, İsveç millisində də 1 oyun keçirib.xeber100.com

May 30, 2023 1:44

Fransanın PSJ futbol klubu həlledici addım atmağı planlaşdırır

Fransanın PSJ klubu Lionel Messini heyətində saxlamaq üçün həlledici addım atmağı planlaşdırır. Bu barədə jurnalist Fransua Qallardo məlumat verib. PSJ rəhbərliyi Messiyə “1+1” sxemi ilə ilinə 100 milyon avroluq müqavilə təklif edəcək. Paris klubunun Qətərdən olan rəhbərliyi argentinalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatına keçməsini istəmir. Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Cari mövsüm Fransa təmsilçisinin heyətində 39 oyun keçirən futbolçu 20 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com

May 26, 2023 2:49

Boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Finala gedən yolda Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. Turnirdə 66 kiloqram çəki dərəcəsində Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici mərhələyə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib. Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.xeber100.com

May 26, 2023 2:40

“Yuventus” futbol klubu qapıçısı ilə müqaviləni yeniləyib

İtaliyanın “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qolkiper ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Otuz üç yaşlı futbolçu “Yuventus”un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarə əsasında çıxış edib.xeber100.com

May 26, 2023 2:37

Milli komandanın keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib. AFFA xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.xeber100.com

May 26, 2023 2:21

Atletika üzrə Azərbaycan birinciliyinə start veriləcək

Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start veriləcək. Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar. Yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.xeber100.com

May 25, 2023 3:11

Azərbaycan Badminton Federasiyasının məlumatı əsasında…

Bir nömrəli idman liseyində 13 yaşadək badmintonçular arasında ölkə birinciliyinə yekun vurulub. Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Siyəzən, Qusar, Şirvandan 64 oğlan və 50 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib. Şəxsi oğlanlar arasında Fərəc Kərimli, qızlarda Qəndab Niftəlizadə, qoşa oğlanlar arasında Malik Cəfərov - İlham Məhərrəmov, qoşa qızlarda Aysel Kazımova - Qəndab Niftəlizadə, qarışıq qoşa yarışda isə Fərəc Kərimli - Aysel Kazımova ilk yeri tutublar. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.xeber100.com

May 23, 2023 2:43

Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə ilk ev məğlubiyyətini alıb. Peşəkar Futbol Liqası xəbər verir ki, XXXV turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə Ağdam təmsilçisi 12 qələbə qazanıb və 4 heç-heçə edib. 2021-2022-ci il mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb. Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur. Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakı klubu ardıcıl 57 ev matçında uduzmayıb.xeber100.com

May 23, 2023 2:40
    Page 28 of 831« First«...1020...2627282930...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az