03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Leyptsiq” komandasının hücumçusu transferini bitirmək üzrədir

İngiltərənin “Liverpul” futbol klubu Almaniyanın “Leyptsiq” komandasının hücumçusu Timo Vernerin transferini bitirmək üzrədir.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçuya illik 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Almaniyalı futbolçunun yaxın günlərdə “Liverpul”la rəsmi müqavilə imzalayacağı iddia olunub.Xatırladaq ki, T.Verner cari mövsümdə 39 matçda 30 qol vurub və 12 məhsuldar ötürmə edib.xeber100.com

May 30, 2020 8:58

Ən çox qol vuran komandanın adı açıqlanıb

Futbol üzrə İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, çempionatın tarixində ən məhsuldar komanda “Mançester Yunayted” klubudur. “Qırmızı şeytanlar” 2000 qolla tarixə düşüblər. İkinci pillədə 16 ildir çempionluğa həsrət qalan “Arsenal” komandası qərarlaşıb - 1895 qol. Üçüncü pillədə isə “Liverpul” komandası qərarlaşıb. Cari çempionatın lideri Premyer Liqa tarixində rəqib qapısına 1840 dəfə yol tapıb.xeber100.com

May 30, 2020 8:42

Çempionatlar tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb

Azərbaycan çempionatları tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb.Azərtac Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatlarda ən çox böyük hesablı qələbə qazanan komanda “Neftçi”dir. Bakılılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub ediblər. Daha bir komandanın hesabında 100-dən çox böyük hesablı qələbə var. “Qarabağ” komandası 107 matçda buna nail olub.Ən çox böyük hesablı qələbə qazanan komandaların siyahısında sonrakı yerləri “Kəpəz” (93), “Turan” (59), “Keşlə” (53), “Bakı” (52), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” Sumqayıt və “Qəbələ” (31) komandalarıdır.Üç və ya daha çox top fərqi ilə məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi 52 dəfə böyük hesabla məğlub olub. Qusarın “Şahdağ” komandası ikinci (45), “Turan” (44) isə üçüncüdür.Ən çox böyük hesablı məğlubiyyətlə üzləşən komandaların siyahısında isə sonrakı yerləri aşağıdakı komandalar tuturlar: “Kəpəz” (40), “Bakı” (37), “Xəzər” Sumqayıt (36), “Şəfa” (30), “Qəbələ” (27), “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” (hər biri 26 dəfə).xeber100.com

May 30, 2020 8:33

Avropa çempionatının E qrupunun seçmə yarışları start götürür

Mayın 29-da şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının ən güclü E qrupunun seçmə yarışları start götürür.Azərtac xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-dən yuxarı olan şahmatçılar arasında Azərbaycanın 30 təmsilçisi mübarizə aparacaq. Onların arasında tanınmış şahmatçılarımız Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abasov da var.Xatırladaq ki, şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında qızıl medala sahib olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.xeber100.com

May 29, 2020 9:36

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda mübarizə aparan şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.Azərtac xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-ə qədər olan 700-dən çox idmançının mübarizə apardığı D qrupunda M.İbrahimli 7,5 xal, A.Qədimbəyli isə 6,5 xal toplayıb.Xatırladaq ki, çempionatın C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb. A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva isə qızların yarışında qızıl medala sahib olub. Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.xeber100.com    

May 28, 2020 8:30

“Daily Express” qəzetinin məlumatı əsasında…

Müqaviləsi “Barselona” klubuna məxsus olan və hazırda “Bavariya”da çıxış edən braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. “Daily Express” qəzetinin məlumatına görə, İngiltərənin “Nyukasl Yunayted” Koutinyonun xidmətində maraqlıdır. Mənbənin bildirdiyinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb.“Nyukasl Yunayted” klubunun potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.Nyukasl təmsilçisinin sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.“Bavariya” klubunda icarə əsasında çıxış edən F.Koutinyo cari mövsümdə 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

May 28, 2020 7:16

Futbol üzrə milli komandamızın oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə qadınlardan ibarət A milli komandaları arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa–Azərbaycan oyunu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya–Azərbaycan görüşünün oktyabrın 27-də təşkil olunmasına qərar verilib.Oyunların keçiriləcəyi stadionlar və başlanma saatı hələ müəyyənləşməyib.xeber100.com

May 28, 2020 7:08

Almaniyada ölkə çempionatının 28-ci turuna start verilib

Mayın 26-da Almaniyada ölkə çempionatının 28-ci turuna start verilib.Azərtac xəbər verir ki, turun start görüşündə iki əzəli rəqib “Borussiya Dortmund” və “Bavariya” üz-üzə gəliblər. “Signal İduna” stadionunda baş tutan görüş “Bavariya”nın minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 43-cü dəqiqədə Coşua Kimix olub.Bu qələbədən sonra “Bavariya” xal ehtiyatını 64-ə çatdıraraq turnir cədvəlində vahid liderdi. “Borussiya” isə 57 xalla ikinci pillədə qərarlaşıb.Turun digər oyunları bu axşam, qalan oyunlar isə mayın 27-də baş tutacaq.xeber100.com

May 27, 2020 6:03

Ukrayna hökuməti ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib

Ukraynanın Səhiyyə Nazirliyi mayın 30-dan Premyer-Liqanın və ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib.Azərtac xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko özünün “Facebook” səhifəsində bildirib.Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən futbol üzrə Ukrayna çempionatı martın ortalarında dayandırılıb.Oyun zamanı stadionda olacaq insanların sayını artırmaq ehtimal edilir.xeber100.com

May 27, 2020 5:54

Şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək.Azərtac xəbər verir ki, 9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə təşkil ediləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.Turnir “Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.xeber100.com

May 26, 2020 6:33
    Page 281 of 830« First«...102030...279280281282283...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az