11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu kapitanı ilə müqavilənin müddətini uzadıb

Bakının “Neftçi” futbol klubu kapitanı Emin Mahmudovla müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il Bakı təmsilçisinin şərəfini qoruyacaq.Qeyd edək ki, E.Mahmudov cari mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. “Neftçi” bundan əvvəl isə digər futbolçu Anton Krivotsyuk yeni müqavilə imzalayıb.xeber100.com

İyun 2, 2020 12:36

“Barselona” klubu “İnter” komandasının hücumçusu ilə razılığa gəlib

İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martineslə razılığa gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 22 yaşlı hücumçu yeni klubunda illik 12 milyon avro və bonuslar qazanacaq. Yaxın günlərdə La Liqa təmsilçisi “İnter”lə də razılığa gəlməlidir. Belə ki, “Barselona” argentinalı futbolçunun müqaviləsindəki təzminat qiyməti - 111 milyon avronu ödəməyi planlaşdırır. Klubun ilk öncə 90 milyon avro və əlavə bir oyunçusunu təklif edərək “İnter”lə razılığa gəlməyə çalışacağı vurğulanıb.Qeyd edək ki, L.Martines bu mövsüm A seriyasında 31 matçda 16 qol vurub.xeber100.com

İyun 2, 2020 12:34

“Forbes” jurnalı 2020-ci ilin idmançılarının illik siyahısını dərc edib

Nüfuzlu “Forbes” biznes-jurnalı 2020-ci ilin ən yüksəkməvacibli idmançılarının illik siyahısını dərc edib. Siyahıda ilk yüzlükdə Formula 1 çempionatının üç pilotu da yer alıb.Azərtac xəbər verir ki, isveçrəli tennisçi Rocer Federer ilk dəfə olaraq, birinci sırada qərarlaşıb. Onun gəliri 106 milyon dollar dəyərləndirilir. Futbol ulduzları Kriştianu Ronaldo və Lionel Messi Federerdən bir qədər az qazanırlar. Ötən onilliyin yekunları üzrə reytinqdə onluğu bağlayan Formula 1 yürüşlərinin altıqat çempionu Luis Hemilton bu dəfə 54 milyon dollar göstərici ilə 13-cü yeri tutur.Reytinqdə 32-ci yerdə “Ferrari”nin pilotu Sebastian Fetteldir. Onun qazancı 36,3 milyon ABŞ dollarına bərabərdir. 48-ci yeri avstraliyalı Daniel Rikkardo tutur. Ekspertlərin hesablamalarına görə, onun gəlirləri 29 milyon dollar həddindədir.xeber100.com

İyun 1, 2020 8:34

“Neftçi” futbol klubu müdafiəçisi ilə yeni müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu müdafiəçisi Anton Krivotsyukla yeni müqavilə imzalayıb.Azərtac Bakı təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, 21 yaşlı müdafiəçinin yeni müqaviləsi 2022-ci il mayın 31-dək nəzərdə tutulub.Qeyd edək ki, millimizin üzvü cari mövsümdə “Neftçi”nin heyətində keçirdiyi 24 oyunda və 4 qol vurub.xeber100.com

İyun 1, 2020 8:28

ABŞ Şahmat Federasiyası dünya yığması matçı keçirəcək

Koronavirus pandemiyası zamanı daha bir onlayn şahmat turniri təşkil olunacaq.Azərtac xəbər verir ki, ABŞ Şahmat Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dan 14-dək ABŞ - dünya yığması matçı keçiriləcək.ABŞ yığmasının heyətində Fabiano Karuana, Uesli So, Leyner Dominqes və Hikaru Nakamura mübarizə aparacaqlar. Dünya yığmasında isə Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk və digərləri yer alıblar.xeber100.com

İyun 1, 2020 8:24

“Milan” klubunun hücum xəttinə transfer hədəfləri bəlli olub

İtaliyanın “Milan” klubunun hücum xəttinə transfer hədəfləri bəlli olub.Azərtac xəbər verir ki, Milan təmsilçisi əsasən mərkəz hücumçusu mövqeyinə futbolçu transfer etmək istəyir. İtaliya klubunun rəhbərliyi “Real Madrid”in hücumçusu Luka Yoviçi və ya “Zenit”in iranlı futbolçusu Sərdar Azmunu transfer etmək niyyətindədir.“Rossoneri”lər bundan başqa, müqavilə ilə “Real Madrid”ə məxsus olan hazırda “Real Sosyedad” komandasında çıxış edən Martin Edeqoru heyətə qatmaq istəyirlər.Qeyd edək ki, “Milan” hazırda dayandırılmış A Seriyasında 36 xalla 7-ci pillədə qərarlaşıb.xeber100.com

İyun 1, 2020 8:18

“Bavariya” doğma meydanda “Fortuna” klubunu qəbul edib

Almaniya Bundesliqasının XXIX turunda “Bavariya” doğma meydanda “Fortuna” klubunu qəbul edib.Azərtac xəbər verir ki, matçda Münxen təmsilçisi 5:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada “Bavariya”nın hücumçusu Tomas Müller 18-ci qol ötürməsini edib. Otuz yaşlı hücumçu görüşün 43-cü dəqiqəsində komanda yoldaşı Robert Levandovskiyə məhsuldar ötürmə edib.Bu, T.Müllerin cari mövsümdə 18-ci asisti olub. Almaniyalı hücumçu ötən 29 turda məhsuldar ötürmə sayına görə Bundesliqada yeni rekorda imza atıb (göstəricilər çempionatın 2004-2005-ci il mövsümündən etibarən nəzərə alınır).Xatırladaq ki, T.Müller 2008-ci ildə Münxen klubunda debüt edib. Hücumçu cari ilin aprelində “Bavariya” klubu ilə 2023-cü ilin yayınadək müqaviləsini uzadıb.xeber100.com

May 31, 2020 9:43

Formula 1 iyulun əvvəlində bərpa olunacaq

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra Formula 1 Qran-Pri yarışları Avstriyada davam etdiriləcək.Azərtac xəbər verir ki, Avstriya Federal Səhiyyə Nazirliyi 5 və 7 iyul tarixləri üçün nəzərdə tutulan yarışlar üçün təqdim olunan konsepsiyanın tibbi öhdəliklərə cavab verdiyini açıqlayıb. Azarkeşlər yürüşləri yalnız mavi ekranlardan izləyə biləcəklər, avtodromda tamaşaçıların iştirakına icazə verilməyib.Avstriyanın Ştiriya federal əyalətində yerləşən Şpilberq avtodromundan bildirilib ki, iki yürüşün keçirilməsi üçün hazırlıqlar görülüb və bütün iştirakçıların tibbi nəzarəti üçün lazımi tədbirlər görüləcək.Qeyd edilməlidir ki, Formula 1 tarixində ilk dəfə olaraq bir mövsüm ərzində eyni məkanda iki yürüş (özü də bir həftə ərzində) keçiriləcək. Pandemiya ilə əlaqədar builki mövsümdə on yürüş təxirə salınmalı olub. Mövsümü başa vurmaq üçün hələ on beş yürüş keçirilməlidir, lakin Formula 1 rəsmiləri əlavə təqvim cədvəli ilə hələlik açıqlama verməyiblər.xeber100.com

May 31, 2020 9:40

Şahmatın blits növü üzrə onlayn turnir keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçirilib.Azərtac xəbər verir ki, “Lichess.org” platforması vasitəsilə keçirilən turnirdə 105 şahmatçı iştirak edib. Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə təşkil edilən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında Şəhriyar Rəhmanov, Orxan Bağırov, Aydın Şahpələngov ilk üç yerə layiq görülüblər.Qızlar arasında isə Leyla Budaqova, Kamilla Balayeva, Aytac Məmmədova ən yüksək nəticələr əldə ediblər.xeber100.com

May 30, 2020 9:00

“Leyptsiq” komandasının hücumçusu transferini bitirmək üzrədir

İngiltərənin “Liverpul” futbol klubu Almaniyanın “Leyptsiq” komandasının hücumçusu Timo Vernerin transferini bitirmək üzrədir.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçuya illik 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Almaniyalı futbolçunun yaxın günlərdə “Liverpul”la rəsmi müqavilə imzalayacağı iddia olunub.Xatırladaq ki, T.Verner cari mövsümdə 39 matçda 30 qol vurub və 12 məhsuldar ötürmə edib.xeber100.com

May 30, 2020 8:58
    Page 281 of 831« First«...102030...279280281282283...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az