03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

La Liqa oyunlarının 35 gün ərzində keçirilməyi planlaşdırılır

La Liqa prezidenti Xavyer Tabes çempionatın mümkün bərpası haqda danışıb.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, o, çempionat bərpa olunacağı təqdirdə, hər gün oyunların keçirilə biləcəyini deyib: “Mövsümün nə vaxt bərpa olunacağını dəqiq bilmirəm. Hər şey koronavirusla bağlı vəziyyətdən asılı olacaq. La Liqa oyunlarını hər gün olmaqla 35 gün ərzində keçirməyi planlaşdırırıq. Startdan bir gün əvvələ qədər futbolçular koronavirus testindən keçəcəklər".Qeyd edək ki, La Liqanın iyunun 12-si və ya iyunun 19-u bərpası planlaşdırılır.xeber100.com

May 13, 2020 9:46

Əlcəzair İdman Nazirliyinin açıqlamasına əsasən…

2021-ci ildə Əlcəzairin Oran şəhərində keçirilməsi nəzərdə tutulan XIX Aralıq dənizi Oyunları təxirə salınıb.Azərtac xəbər verir ki, Əlcəzair İdman Nazirliyinin açıqlamasında turnirin 2022-ci ildə təşkil olunması barədə qərarın qəbul olunduğu qeyd edilib.Asiya, Avropa və Afrikadan olan idmançıları mübarizə apardıqları yarışın 17-cisi 2013-cü ildə Türkiyənin Mersin şəhərində baş tutub. Sonuncu yarışa 2018-ci ildə İspaniyanın Tarraqona şəhəri ev sahibliyi edib.Oyunların proqramına 30-dan çox idman növü daxildir.Qeyd edək ki, cari ildə keçirilməsi planlaşdırılan “Tokio-2020” Yay Olimpiya Oyunları da 2021-ci ilə təxirə salınıb.xeber100.com

May 13, 2020 9:43

Avropa çempionatının yeni tarixi müəyyənləşib

Kişi basketbolçular arasında kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.azərtac Beynəlxalq Basketbol Federasiyasına (FIBA) istinadla xəbər verir ki, çempionat 2021-ci il iyunun 28-dən iyulun 3-dək keçiriləcək.Qeyd edək ki, Azərbaycan çempionatın B qrupunda İrlandiya, Andorra və Ermənistanla birgə mübarizə aparacaq. Koronavirus pandemiyasından əvvəl çempionatın bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.xeber100.com  

May 13, 2020 9:37

İspaniya çempionatının bərpa tarixi məlum olub

Futbol üzrə İspaniya çempionatının bərpa tarixi məlum olub.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, La Liqanın uzun fasilədən sonra birinci turu iyunun 12-də keçiriləcək. İspaniya Futbol Federasiyasının rəhbərliyi bu barədə bütün klublara məlumat verib. Mənbənin bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyət yaranarsa, çempionatın yenidən uzadılması ehtimalı var.Qeyd edək ki, martın 8-də dayandırılan çempionatın başa çatmasına 11 tur qalıb. Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 56 xalı olan “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.xeber100.com

May 12, 2020 9:08

“Grand Master” şahmat klubunun birgə təşkilatçılığı ilə…

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turniri keçirilib.Azərtac xəbər verir ki, turnirdə ümumilikdə 80-ə yaxın şahmatçı iştirak edib. Yekun nəticələrə görə, oğlanlar arasında Allahverdi Həmidov, Elmar Qasımov, Əhmədağa Həşimov ilk üç yeri tutub. Məhluqə Zülfüqarlı, İnci Ələkbərli, Kamilla Balayeva qızlar arasında fərqləniblər.Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mqkafatlandırılıb.xeber100.com

May 12, 2020 9:06

“Azərreyl” klubu növbəti transferini reallaşdırıb

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini reallaşdırıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.Voleybolçumuz sonuncu mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunun heyətində keçirib.Yeni mövsümdə ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl”, bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqaviləsini yeniləyib, slovakiyalı Romana Hudeçova ilə birillik anlaşma əldə edib.xeber100.com  

May 12, 2020 8:57

Voleybol Federasiyası ölkə çempionatı ilə bağlı qərar verib

Mayın 11-də Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərar verib. AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.Azərtac federasiyaya istinadla xəbər verir ki, nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020-ci il mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən klublara heç bir mükafat verilməyəcək.Digər qərara əsəsən isə 2020/2021-ci il mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl” klubunun Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.xeber100.com  

May 12, 2020 8:54

“Barselona” futbol klubunun məlumatı əsasında…

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Samuel Umtiti zədələnib.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, o, bugünkü məşq zamanı sağ ayağından zədə alıb. Hələlik 26 yaşlı müdafiəçinin bərpa müddəti məlum deyil.Qeyd edək ki, S.Umtiti cari mövsümdə cəmi 11 matçda forma geyinib.xeber100.com

May 11, 2020 9:22

Millətlər Kubokunun superfinal mərhələsi baş tutub

Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi baş tutub.Azərtac xəbər verir ki, turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə qarşılaşıb. Yekun nəticə heç-heçə olduğundan Çin komandası əldə edilən xallara görə qalib olub.Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub.Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.xeber100.com

May 11, 2020 9:09

Fransada son 20 ilin ən yaxşı futbolçusu seçilib

Liqa 1-in saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.Azərtac xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba birinci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib. Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.Qeyd edək ki, Droqba Fransada "Le-Man", "Qenqam" və "Marsel" klublarında oynayıb.xeber100.com

May 10, 2020 5:17
    Page 286 of 830« First«...102030...284285286287288...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az