07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Azərreyl” klubu növbəti transferini reallaşdırıb

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini reallaşdırıb.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.Voleybolçumuz sonuncu mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunun heyətində keçirib.Yeni mövsümdə ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl”, bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqaviləsini yeniləyib, slovakiyalı Romana Hudeçova ilə birillik anlaşma əldə edib.xeber100.com  

May 12, 2020 8:57

Voleybol Federasiyası ölkə çempionatı ilə bağlı qərar verib

Mayın 11-də Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərar verib. AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.Azərtac federasiyaya istinadla xəbər verir ki, nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020-ci il mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən klublara heç bir mükafat verilməyəcək.Digər qərara əsəsən isə 2020/2021-ci il mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl” klubunun Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.xeber100.com  

May 12, 2020 8:54

“Barselona” futbol klubunun məlumatı əsasında…

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Samuel Umtiti zədələnib.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, o, bugünkü məşq zamanı sağ ayağından zədə alıb. Hələlik 26 yaşlı müdafiəçinin bərpa müddəti məlum deyil.Qeyd edək ki, S.Umtiti cari mövsümdə cəmi 11 matçda forma geyinib.xeber100.com

May 11, 2020 9:22

Millətlər Kubokunun superfinal mərhələsi baş tutub

Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi baş tutub.Azərtac xəbər verir ki, turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə qarşılaşıb. Yekun nəticə heç-heçə olduğundan Çin komandası əldə edilən xallara görə qalib olub.Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub.Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.xeber100.com

May 11, 2020 9:09

Fransada son 20 ilin ən yaxşı futbolçusu seçilib

Liqa 1-in saytı Fransa çempionatında son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.Azərtac xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Didye Droqba birinci olub. O, finalda Zlatan İbrahimoviçi üstələyib. Fil Dişi Sahilindən olan keçmiş hücumçu finala gedən yolda Aleksander Frey, Kərim Benzema və Pedru Pauletunu qabaqlayıb.Qeyd edək ki, Droqba Fransada "Le-Man", "Qenqam" və "Marsel" klublarında oynayıb.xeber100.com

May 10, 2020 5:17

Millətlər Kubokunun superfinal mərhələsi keçiriləcək

Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə mübarizə aparacaq.Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub. Millətlər Kubokunun qrup mərhələsində ABŞ və Avropa yığmaları hərəyə 13, Rusiya millisi 8 xal qazanıb.Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.xeber100.com

May 10, 2020 3:51

Koreya Respublikasında futbol üzrə ölkə çempionatına start verilib

Koronavirus pandemiyasına görə iki aylıq fasilədən sonra Koreya Respublikasında futbol üzrə ölkə çempionatına start verilib.Azərtac xəbər verir ki, çempionatın birinci turunda “Çonbuk Xende Motors” komandası “Suvon Samsung Blyuunqz” klubunu 1:0 hesabı ilə məğlub edib.Azarkeşsiz təşkil olunan matç dünyanın 36 ölkəsində, həmçinin “YouTube” və “Twitter” vasitəsilə canlı yayımlanıb.Meydana çıxmamışdan əvvəl futbolçuların hərarəti yoxlanılıb, məşqçilər korpusu və ehtiyat oyunçular tibbi maskadan istifadə ediblər.Qeyd edək ki, futbol üzrə Koreya Respublikası çempionatına fevralın 29-da start verilməsi idi.xeber100.com

May 9, 2020 8:02

Tennisçilərin iştirakı ilə şou xarakterli turnir keçiriləcək

Avqustun əvvəlinədək tennis turnirlərinin təşkilinə qadağa qoyulsa da, artıq şou xarakterli yarışlar adi bir hala çevrilib. Karantin rejimini başa vuran raketka ustaları indi nəinki normal şəkildə məşq edir, hətta yarışlara da çıxırlar. Artıq tanınmış tennisçilər də belə turnirlərdə iştirak etməyə razılıq verirlər.Azərtac xəbər verir ki, mayın 25-də Avstriyada tanınmış raketka ustalarının iştirakı ilə turnir keçiriləcək. Şou xarakterli yarışda ATP (Peşəkar Tennisçilər Assosiasiyası) reytinqində üçüncü pillədə qərarlaşan Dominik Tim, həmçinin Dennis Novak, Barbara Haas, Tamira Pajek və digərləri də qüvvələrini sınayacaqlar.151 min avro mükafat fondu olan turnirdə 16 kişi və 8 qadın tennisçi çıxış edəcək. Turnir pley-off sistemi ilə deyil, 3 mərhələli dairəvi formatda keçiriləcək. Karantin rejiminə uyğun olaraq tribunalara azarkeş buraxılmayacaq.Qeyd edək ki, müvafiq yarışlar Almaniyada adi hala çevrilməkdədir. Artıq bu ölkədə sayca ikinci belə bir turnir keçirilir.xeber100.com

May 9, 2020 7:58

Formula 1 çempionatının 2021-ci il mövsümü başlayacaq

“Liberty Media” şirkətinin rəhbəri Çeyz Keri bəyan edib ki, əgər komandaların sahibləri danışıqları və yeni razılaşdırılma sazişini imzalamağa macal tapmasalar belə, Formula 1 çempionatının 2021-ci il mövsümü başlayacaq.Azərtac xəbər verir ki, “The Race” portalı Kerinin bu sözlərini sitat gətirir: “Koronavirusla bağlı bütün bu vəziyyət başlayanda biz yeni razılaşdırılma sazişi üzrə müzakirələrin final mərhələsinə yaxınlaşdıq. Bu səbəbdən biz başqa məsələlər barədə düşünə bilmədik. Biz müzakirələri təxirə salmağa və əsas diqqəti 2020-ci ilin problemlərinə yönəltməyə qərar verdik. Bu mövsümün təqvimi ilə bağlı bütün işlər yoluna qoyulacağı və bizim komandalarla yeni texniki reqlamentin şərtləri barədə yekun danışıqlar əldə ediləcəyi təqdirdə dərhal razılaşdırılma sazişinə qayıdacağıq.Qeyd edim ki, hətta biz danışıqlar aparmağa macal tapmasaq belə, o halda sadəcə deyə bilərik ki, bizim qüvvədə olan reqlamentimiz, qüvvədə olan strukturumuz var. Komandaları fakt qarşısında qoymaq olar - əgər onlar yürüşlərdə çıxış etmək istəyirlərsə, o zaman şərtlər belə olacaq. Qabaqcadan müəyyən olunmuş qaydalar uzunmüddətli perspektivdə sabitliyi təmin edəcək”.xeber100.com

May 9, 2020 7:56

La Liqada çıxış edən klubların reytinq siyahısı hazırlanıb

“Transfermarkt” saytı La Liqada çıxış edən klubların ən bahalı heyətə malik gənclərdən ibarət komandalarının reytinq siyahısını hazırlayıb.Azərtac xəbər verir ki, siyahıya 34,02 milyon avro ilə “Barselona” başçılıq edir. İkinci yeri “Real Madrid” klubunun ikinci komandası - “Kastilya” (30,45 milyon) tutub. Sonrakı üç pillədə isə “Atletiko” (16,73 milyon), “Real Sosiedad” (7,35) və “Atletik” (6,95 milyon) komandaları qərarlaşıblar.Siyahının sonuncu pilləsində isə 800 min avro ilə “Leqanes” klubunun gənclərdən ibarət komandası yer alıb.xeber100.com

May 9, 2020 7:53
    Page 287 of 831« First«...102030...285286287288289...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az