07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

FIFA bir sıra mühüm tədbirlər həyata keçirməyi planlaşdırır

FIFA koronavirus pandemiyası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirməyi planlaşdırır.TASS agentliyi xəbər verir ki, bu haqda “Marca” nəşri xəbər yayıb.Mənbənin bildirdiyinə görə, təşkilat cari mövsümün bərpasından sonra klubların hər bir futbolçusunun və əməkdaşının sağlamlığının qorunması üçün maksimum şəraiti təmin etməyə çalışacaq.FIFA-nın ofisindən bildirilib ki, qurum hər oyunda beş əvəzetməyə icazə verilməsi məsələsinə razılıq verib. Bununla yanaşı, oyun zamanı vaxt itkisinin qarşısını almaq üçün əvəzetmələrin müəyyən vaxtlarda, o cümlədən fasilə zamanı edilməsi ehtimal olunur.İngiltərə Futbol Assosiasiyası (FA) yeniliklərlə bağlı FIFA-ya müraciət edib. Müraciətdə mövsümün bərpasından sonra futbolçuların qısa müddətdə daha çox oyun keçirməli olacaqları və bununla da zədələnmə ehtimalının artacağı məsələsinin nəzərə alınması xahiş edilib.xeber100.com

May 7, 2020 9:04

Türkiyə Futbol Federasiyasının məlumatı əsasında…

Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək.Azərtac xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları da iyunun 12-də, 13-də və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.N.Özdəmir çempionatın iyulun 26-da başa çatdırılacağına və avqustda UEFA Çempionlar Liqasının final qarşılaşmasının təşkil olunacağına əminliyini ifadə edib.xeber100.com

May 7, 2020 8:57

“Lester Siti” klubu futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Lester Siti” klubu İtaliyanın “Atalanta” komandasının almaniyalı yarımmüdafiəçisi Robin Qosensi transfer etmək istəyir.Azərtac “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Lester təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 25 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib.Qeyd edək ki, “Çelsi”, “Lion” və “İnter” də R.Qosens ilə yaxından maraqlanır.xeber100.com

May 7, 2020 8:54

Sinqapur Qran-Prisi sentyabrın 20-nə planlaşdırılıb

Sinqapur Qran-Prisi sentyabrın 20-nə planlaşdırılıb, lakin "Liberty Media" təqvimə dəyişiklik edib. Odur ki, bu və ya digər yürüşün keçirilməsinin dəqiq vaxtından danışmaq hələlik tezdir. Azərtac xəbər verir ki, Sinqapur yürüşünün təşkilatçıları vəziyyətin gedişini izləyirlər və hazırda mərhələnin 2020-ci ildə keçirilməsi perspektivləri barədə qəti söz deyə bilmirlər.Şəhər mərhələsi promouterinin nümayəndəsi bildirib: "Sinqapur Qran-Prisinin təşkilatçıları COVID-19 ilə bağlı vəziyyəti diqqətlə izləyirlər və Formula 1, Sinqapur hökuməti və səhmdarlarla açıq dialoq aparırlar. Hazırda Formula 1-in 2020-ci il mövsümünün təqviminə yenidən baxılır. Hər hansı informasiya olan kimi biz bilet alıcılarını bütün dəyişikliklər barədə məlumatlandıracağıq.Azarkeşlərin, tamaşaçıların, iştirakçıların və əməkdaşların sağlamlığı və təhlükəsizliyi bizim başlıca prioritetlərimizdir".xeber100.com

May 7, 2020 8:50

“Fənərbaxça” futbol klubu bu gün ikinci məşqinə çıxıb

Məşqlərini bərpa edən İstanbulun"Fənərbaxça" futbol klubu bu gün ikinci məşqinə çıxıb.Azərtac xəbər verir ki, futbolçular hazırlıq prosesindən öncə koronavirus testindən keçiblər.Daha sonra komanda "Can Bartu" bazasında sosial məsafə qaydalarına uyğun məşq edib.xeber100.com  

May 6, 2020 11:10

Almaniya Bundesliqasında mövsümün tarixi müəyyənləşib

Almaniya Bundesliqasında cari mövsümün bərpa tarixi müəyyənləşib.Azərtac xəbər verir ki, futbol matçlarının mayın 15-i bərpasına qərar verilib. Bu qərarın sabah Almaniya hökumətinin iclasında rəsmi olaraq elan ediləcəyi bildirilib. Matçların koronavirusun yayılmasının qarşısını almaq üçün boş tribunalar önündə keçiriləcəyi vurğulanıb.xeber100.com  

May 6, 2020 11:07

Millətlər Kubokunda üçüncü və dördüncü turların oyunları keçiriləcək

Onlayn qaydada keçirilən şahmat üzrə Millətlər Kubokunda mayın 6-da üçüncü və dördüncü turların görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı dünya yığması üçüncü turda ABŞ komandası ilə mübarizə aparacaq. Bu mərhələdə Rusiya komandası Çin, Avropa yığması Hindistan şahmatçıları ilə üz-üzə gələcəklər.Dördüncü turda dünya komandası Rusiya yığması ilə qarşılaşacaq. Bu turun digər oyunlarında Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçılarını sınağa çəkəcək.Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.xeber100.com

May 6, 2020 11:04

“Mançester Siti” klubu “Bavariya” komandası ilə razılığa gəlib

İngiltərənin “Mançester Siti” klubunun almaniyalı hücumçusu Leroy Sane Münhenin “Bavariya” komandası ilə razılığa gəlib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə “Get German Football News” nəşri məlumat yayıb.Münhen təmsilçisi artıq 24 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayıb. Hazırda müqavilənin təfərrüatları açıqlanmır.Qeyd edək ki, Leroy Sane 2016-cı ildən “Mançester Siti” klubunun şərəfini qoruyub. Ötən il avqustun 4-də İngiltərə Superkuboku uğrunda “Liverpul” ilə qarşılaşmada zədələnən futbolçu 2019-2020-ci il mövsümündə çıxış edə bilməyib. L.Sane yanvarın sonunda komanda ilə məşqlərə başlayıb.xeber100.com

May 6, 2020 10:57

Beynəlxalq Üzgüçülük Federasiyasının məlumatı əsasında…

2021-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.Azərtac Beynəlxalq Üzgüçülük Federasiyasının saytına istinadən xəbər verir ki, dünya çempionatının 2022-ci il mayın 13-dən 29-dək keçirilməsi nəzərdə tutulur. Çempionatın vaxtının dəyişdirilməsi Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn il iyulun 23-də start götürəcək Olimpiada avqustun 8-dək davam edəcək.xeber100.com

May 5, 2020 9:18

Şahmat üzrə onlayn Millətlər Kubokuna start veriləcək

Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start veriləcək.Azərtac xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandası ilə üz-üzə gələcək. Dünya yığmasının heyətində T.Rəcəbovdan başqa, FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova təmsil olunurlar. Yığmanın kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviç olacaq.Digər qarşılaşmalarda Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə mübarizə aparacaqlar. İkinci raundda dünya yığması Hindistan, Rusiya ABŞ, Avropa Çin komandalarının qarşılaşmaları keçiriləcək.Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.xeber100.com  

May 5, 2020 9:14
    Page 288 of 831« First«...102030...286287288289290...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az