07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Pepe Cuenca Invitational” şahmat turnirinin dörddəbir finalında

Azərbaycanlı şahmatçı T.Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında mübarizə aparıb.Azərtac xəbər verir ki, 8 şahmatçının mübarizə apardığı yarışda T.Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb — 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb. Qalan turlar isə heç-heçə ilə nəticələnib.David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.xeber100.com

Aprel 12, 2020 9:16

İspaniya millisinin basketbolçuları qızıl medalları hərraca çıxarıblar

İspaniya millisinin basketbolçuları Xaviyer Beyran və Marta Sarqay dünya və Avropa çempionatlarında qazandıqları qızıl medalları hərraca çıxarıblar.Azərtac xəbər verir ki, hərracdan əldə edilən gəlir Qırmızı Xaç Komitəsinin hesabına köçürüləcək. Basketbolçular pandemiya ilə mübarizə məqsədilə belə bir addım atmağı qərara alıblar.Kişi basketbolçulardan ibarət İspaniya millisinin müdafiəçisi Beyran indiki ağır məqamda hamının həkimlərə borclu olduqlarını söyləyib. O, həmçinin koronavirusa yoluxanların sağalması üçün maddi yardımın ayrılmasının zəruriliyindən danışıb.xeber100.com

Aprel 11, 2020 10:38

“Europe Échecs” şahmat platformasının təşkilatçılığı ilə…

Ötən həftə Fransada “C'Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə baş tutan onlayn blits turnir böyük marağa səbəb olub.Azərtac xəbər verir ki, karantin günlərində vaxtlarını evdə keçirən şahmatçıların onlayn yarışlara böyük maraq göstərdiklərini nəzərə alan təşkilatçılar bu həftə də belə bir turnir təşkil etmək qərarına gəliblər. Turnir aprelin 11-də start götürəcək.Yarışda ölkəmizi qrossmeysterlərimiz Rauf Məmmədov, Qədir Hüseynov və Namiq Quliyev təmsil edəcəklər.Qeyd edək ki, turnirin mükafat fondu 1200 avrodur.xeber100.com

Aprel 11, 2020 10:32

“Avro-2022″nin püşkatma mərasiminin vaxtını dəyişib

UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin vaxtını dəyişib.Azərtac xəbər verir ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.xeber100.com

Aprel 11, 2020 10:30

WTA kateqoriyalı turnir təxirə salınıb

Avqustun 7-16-da Kanadanın Monreal şəhərində keçirilməsi nəzərdə tutulan WTA (Qadın Tennisçilər Assosiasiyası) kateqoriyalı turnir təxirə salınıb.Azərtac xəbər verir ki, təşkilatçılar bu qərarı ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə qəbul ediblər.Monreal səhərinin yerləşdiyi Kvebek əyalətinin rəhbərliyi avqustun 31-dək bütün idman yarışlarının keçirilməsini ləğv edib.Qeyd edək ki, bir müddət əvvəl iyunun 14-də Kanadada keçirilməsi planlaşdırılan “Formula 1” yürüşü də qeyri-müəyyən vaxta təxirə salınıb.xeber100.com

Aprel 11, 2020 10:27

Mütləq Döyüş Çempionatının “UFC-249” turniri çərçivəsində

Mütləq Döyüş Çempionatının (UFC) “UFC-249” turniri çərçivəsində keçiriləcək döyüşü koronavirus pandemiyası səbəbindən ləğv edilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Dana Uayt məlumat verib.Qeyd edək ki, yüngül çəkidə çempionluq kəməri uğrunda turnirin aprelin 18-də əvvəlcə rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasında keçirilməsi planlaşdırılmışdı. H. Nurməhəmmədov karantin vəziyyətinə görə ölkəni tərk edə bilmədiyi üçün turnirdən imtina etmişdi. Daha sonra onu amerikalı Castin Qetjinin əvəz edəcəyi bildirilmişdi.xeber100.com

Aprel 10, 2020 6:37

“Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart” və “Volfsburq” klublarını çalışdırıb.xeber100.com

Aprel 10, 2020 6:32

Beynəlxalq Basketbol Federasiyasının məlumatına görə…

2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb.Azərtac Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib.Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq.Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.xeber100.com

Aprel 10, 2020 6:30

Azərbaycan Şahmat Federasiyası turnir keçirməyi planlaşdırır

Azərbaycan Şahmat Federasiyası (AŞF) ölkəmizdə xüsusi karantin günlərində onlayn turnir keçirməyi planlaşdırır.Bu fikri AŞF-in vitse-prezidenti Faiq Həsənov Azərtac-a açıqlamasında bildirib. O qeyd edib ki, bununla bağlı əsasnamə hazırlanır. Əsasnamə təsdiqləndikdən sonra sürətli şahmat üzrə yarış təşkil ediləcək.F.Həsənov turnirdə aşağı reytinqli şahmatçıların da mübarizə aparacaqlarını və bununla da yarışın daha çox şahmatçını əhatə edəcəyini vurğulayıb: “Turnirdə 1900 və daha yüksək reytinqli şahmatçılar iştirak edəcəklər. Yarışa qatılmaq istəyən şahmatçılar üçün bu, geniş imkanlar yaradacaq”.Vitse-prezident yarışın əsasnaməsi təsdiq olunarsa, turnirin aprelin ikinci yarısında təşkil ediləcəyini bildirib.xeber100.com

Aprel 10, 2020 6:28

Aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib

Mayın 14-16-da Bakıda keçirilməli olan və koronavirus pandemiyasına görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın vaxtı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi videokonfransı zamanı dəqiqləşib.Qurum çempionatın 2021-ci ildə keçirilməsinə qərar verib. Həmin il ölkəmizdə batut gimnastikası üzrə dünya çempionatı da təşkil olunacaq.xeber100.com

Aprel 10, 2020 6:24
    Page 296 of 831« First«...102030...294295296297298...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az