11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub

Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart” və “Volfsburq” klublarını çalışdırıb.xeber100.com

Aprel 10, 2020 6:32

Beynəlxalq Basketbol Federasiyasının məlumatına görə…

2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb.Azərtac Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib.Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq.Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.xeber100.com

Aprel 10, 2020 6:30

Azərbaycan Şahmat Federasiyası turnir keçirməyi planlaşdırır

Azərbaycan Şahmat Federasiyası (AŞF) ölkəmizdə xüsusi karantin günlərində onlayn turnir keçirməyi planlaşdırır.Bu fikri AŞF-in vitse-prezidenti Faiq Həsənov Azərtac-a açıqlamasında bildirib. O qeyd edib ki, bununla bağlı əsasnamə hazırlanır. Əsasnamə təsdiqləndikdən sonra sürətli şahmat üzrə yarış təşkil ediləcək.F.Həsənov turnirdə aşağı reytinqli şahmatçıların da mübarizə aparacaqlarını və bununla da yarışın daha çox şahmatçını əhatə edəcəyini vurğulayıb: “Turnirdə 1900 və daha yüksək reytinqli şahmatçılar iştirak edəcəklər. Yarışa qatılmaq istəyən şahmatçılar üçün bu, geniş imkanlar yaradacaq”.Vitse-prezident yarışın əsasnaməsi təsdiq olunarsa, turnirin aprelin ikinci yarısında təşkil ediləcəyini bildirib.xeber100.com

Aprel 10, 2020 6:28

Aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib

Mayın 14-16-da Bakıda keçirilməli olan və koronavirus pandemiyasına görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatının vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, çempionatın vaxtı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi videokonfransı zamanı dəqiqləşib.Qurum çempionatın 2021-ci ildə keçirilməsinə qərar verib. Həmin il ölkəmizdə batut gimnastikası üzrə dünya çempionatı da təşkil olunacaq.xeber100.com

Aprel 10, 2020 6:24

FIFA futbol üzrə növbəti reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, fevralda açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb.xeber100.com

Aprel 9, 2020 7:48

Niderland Kral Futbol İttifaqı oyunlarını bərpa etmək niyyətindədir

Niderland Kral Futbol İttifaqı (KNVB) ölkə çempionatının oyunlarını iyun ayında bərpa etmək niyyətindədir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, klublar mayın 12-dən etibarən məşqlərə başlayacaq. İyunun 19-da isə ilk qarşılaşmaların keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, bir müddət əvvəl futbol federasiyası COVID-19-la əlaqədar 2019-2020-ci illər mövsümünü başa çatmış elan etməyi planlaşdırırdı.xeber100.com

Aprel 9, 2020 6:47

Şahmat üzrə Azərbaycan yığma komandasının seans oyunları keçirilib

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov xüsusi karantin günlərində gənc şahmatçılar üçün seans oyunları keçirib.Azərtac xəbər verir ki, seans “Lichess.org” şahmat platforması üzərindən onlayn formada təşkil olunub.Aprelin 8-9-da keçirilən və əlli dəqiqə davam edən hər seansa 25 şahmatçı qatılıb.

Aprel 9, 2020 6:44

Beynəlxalq Atıcılıq Federasiyasının məlumatına görə…

Fransada keçirilməli olan stend atıcılığı üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) mətbuat xidməti məlumat yayıb.Yarış iyunun 9-19-da Şatoru şəhərində keçirilməli idi. Turnirin 2021-ci ildə təşkil olunması qərara alınıb.xeber100.com

Aprel 9, 2020 6:41

Formula 1 təşkilatçıları yeni təqvim hazırlayır

Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.Azərtac xəbər verir ki, bu sözləri niderlandlı jurnalist Ulav Mol deyib. O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.xeber100.com

Aprel 8, 2020 9:53

Milli komandaların yeni reytinq cədvəli açıqlanıb

Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub.Hesabında 101 reytinq xalı olan milli komandamız 58-ci pillədə qərarlaşıb.Siyahıya Braziliya voleybolçuları başçılıq edirlər.xeber100.com

Aprel 8, 2020 9:50
    Page 297 of 831« First«...102030...295296297298299...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az