03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə iddiaçılar turnirində altıncı turun oyunları keçirilib

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində martın 23-də altıncı turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin lideri rusiyalı şahmatçı Yan Nepomnyaşi növbəti turda çinli Liren Dinq ilə qarşılaşmada qalib gəlib. Aktivində 4,5 xal olan şahmatçı liderliyini davam etdirir.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.xeber100.com

Mart 24, 2020 6:52

“İnter” futbol klubunun müdafiəçisi ilin ən yaxşı futbolçusu seçilib

İtaliyanın “İnter” futbol klubunun müdafiəçisi Milan Şkrinyar Slovakiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.Azərtac xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Jurnalistlər və məşqçilər arasında keçirilmiş sorğuda ikinci yeri “Nyukasl”ın qapıçısı Martin Dubrovka tutub. “Dalyan İfan”ın yarımmüdafiəçisi Marek Hamşik isə üçüncü olub.Bratislavanın “Slovan” klubunu çalışdıran Yan Kozak isə Slovakiyada ilin ən yaxşı məşqçisi elan olunub.xeber100.com

Mart 24, 2020 6:49

Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə…

Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının gələn il keçirilməsi barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Martın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə BOK-un prezidenti Tomas Bax arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə Olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib.Məlumatda deyilir: “Dünya Səhiyyə Təşkilatının bu gün təqdim etdiyi informasiya əsasında BOK prezidenti Tomas Bax və Yaponiyanın Baş Naziri Şinzo Abe Tokioda təşkil ediləcək Olimpiya Oyunlarının idmançıların, həmçinin bütün iştirakçıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq üçün 2020-ci ildən sonra, lakin 2021-ci ilin yayından gec olmamaq şərtilə keçirilməsi barədə razılığa gəliblər”.BOK-un İcraiyyə Komitəsi üzvlərinin razılığına əsasən, Olimpiya alovu Yaponiyada saxlanacaq. Həmçinin yarışlar “Tokio 2020” Olimpiya və Paralimpiya oyunları adı altında keçiriləcək.xeber100.com

Mart 24, 2020 6:46

Super Formula yarışlarının test yürüşləri keçirilir

Yaponiyadakı Fudzi trekində Super Formula yarışlarının test yürüşləri keçirilir.Azərtac xəbər verir ki, test yürüşlərində yaponiyalı pilotlarla yanaşı, Braziliya təmsilçisi Serxio Sette Kamara, kolumbiyalı Tatyana Kalderon, Fransa idmançısı Şarl Milezi, estoniyalı Yuri Vips və başqaları iştirak edirlər.Qeyd edək ki, Super Formula yarışlarının ilk iki mərhələsi koronavirus pandemiyasına görə təxirə salınıb. Yarışın üçüncü mərhələsinin mayın 17-də Yaponiyadakı Avtopolis trasında təşkili nəzərdə tutulub.xeber100.com

Mart 24, 2020 6:42

Təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb

Koronavirus infeksiyasına görə təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı artırılıb.Bunlarla yanaşı, yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da aprelin 20-dək təxirə salınıb.xeber100.com

Mart 23, 2020 6:57

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

Bu il iyunun 5-7-də Bakıda keçirilməsi planlaşdırılan Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb.Azərtac "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarı zəruri edib.Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.xeber100.com

Mart 23, 2020 6:53

Azərbaycan Badminton Federasiyasının məlumatı

Beynəlxalq Badminton Federasiyası COVID-19 səbəbindən bu idman növü üzrə Avropa çempionatının təxirə salındığını elan edib.Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinin rəhbəri Kənan Hakimov Azərtac-a bildirib ki, yarış qeyri-müəyyən vaxta təxirə salınıb.“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı aprelin 21-26-da keçirilməli idi. Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun da iştirak edəcəyi turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası komandalararası dünya çempionatını və daha bir neçə turniri də təxirə salıb.xeber100.com  

Mart 22, 2020 9:33

Şahmat üzrə beşinci turun oyunları keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bu gün beşinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin beşinci turunda amerikalı Fabiano Karuana Niderland təmsilçisi Aniş Giri, rusiyalı şahmatçılar Yan Nepomnyaşi çinli Hao Yanq, Kiril Alekseyenko fransalı Maksim Vaşe-Laqrav, Aleksandr Qrişuk Çinin digər təmsilçisi Liren Dinq ilə qarşılaşacaqlar.Dörd turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2,5, A.Qrişuk, F.Karuana 2, K.Alekseenko, A.Giri, L.Dinq 1,5 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com

Mart 22, 2020 9:25

Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bir gün istirahətdən sonra - martın 21-də dördüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin dördüncü turunda rusiyalı şahmatçılar Yan Nepomnyaşi amerikalı Fabiano Karuana, Kiril Alekseyenko çinli Hao Yanq, Aleksandr Qrişuk fransalı Maksim Vaşe-Laqrav ilə mübarizə aparacaqlar. Çinin digər təmsilçisi Liren Dinq Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşacaq.Üç turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2, A.Qrişuk, F.Karuana 1,5, K.Alekseenko, A.Giri, L.Dinq 1 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com

Mart 21, 2020 12:21

Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər

Niderlandda planlaşdırılmış və artıq vaxtı dəyişdirilmiş Zandvoort Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər.Azərtac xəbər verir ki, bu haqda Niderland Formula 1 Qran-Pri yarışlarının direktoru Jan Lammers bildirib. Onun sözlərinə görə, Monako Qran Prisi kimi Zandvoort Formula 1 Qran-Pri yarışları da ləğv oluna bilər.“Koronavirus epidemiyası bəzi ölkələrə hələ çatmayıb. Bizdə hansı vəziyyətdir, epidemiyanın pik nöqtəsidirmi? Çoz istərdik ki, nəzarət bizim əlimizdə olsun, ancaq nəzarət virusun əlindədir. Ölkəmizin və dünyanın iyul ayında virusdan azad olduğunu deməyə çox sevinərdik. Ancaq bu fikir nə qədər realdır? Hər şeyə hazır olmalıyıq. Ola bilsin yarışlar bir il təxirə salınsın”, - deyə Jam Lammers “Motorsport” portalına müsahibəsində bildirib.xeber100.com

Mart 20, 2020 12:22
    Page 300 of 830« First«...102030...298299300301302...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az