07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatı

Bu il iyunun 5-7-də Bakıda keçirilməsi planlaşdırılan Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb.Azərtac "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarı zəruri edib.Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.xeber100.com

Mart 23, 2020 6:53

Azərbaycan Badminton Federasiyasının məlumatı

Beynəlxalq Badminton Federasiyası COVID-19 səbəbindən bu idman növü üzrə Avropa çempionatının təxirə salındığını elan edib.Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinin rəhbəri Kənan Hakimov Azərtac-a bildirib ki, yarış qeyri-müəyyən vaxta təxirə salınıb.“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı aprelin 21-26-da keçirilməli idi. Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun da iştirak edəcəyi turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası komandalararası dünya çempionatını və daha bir neçə turniri də təxirə salıb.xeber100.com  

Mart 22, 2020 9:33

Şahmat üzrə beşinci turun oyunları keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bu gün beşinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin beşinci turunda amerikalı Fabiano Karuana Niderland təmsilçisi Aniş Giri, rusiyalı şahmatçılar Yan Nepomnyaşi çinli Hao Yanq, Kiril Alekseyenko fransalı Maksim Vaşe-Laqrav, Aleksandr Qrişuk Çinin digər təmsilçisi Liren Dinq ilə qarşılaşacaqlar.Dörd turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2,5, A.Qrişuk, F.Karuana 2, K.Alekseenko, A.Giri, L.Dinq 1,5 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com

Mart 22, 2020 9:25

Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bir gün istirahətdən sonra - martın 21-də dördüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin dördüncü turunda rusiyalı şahmatçılar Yan Nepomnyaşi amerikalı Fabiano Karuana, Kiril Alekseyenko çinli Hao Yanq, Aleksandr Qrişuk fransalı Maksim Vaşe-Laqrav ilə mübarizə aparacaqlar. Çinin digər təmsilçisi Liren Dinq Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşacaq.Üç turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2, A.Qrişuk, F.Karuana 1,5, K.Alekseenko, A.Giri, L.Dinq 1 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com

Mart 21, 2020 12:21

Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər

Niderlandda planlaşdırılmış və artıq vaxtı dəyişdirilmiş Zandvoort Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər.Azərtac xəbər verir ki, bu haqda Niderland Formula 1 Qran-Pri yarışlarının direktoru Jan Lammers bildirib. Onun sözlərinə görə, Monako Qran Prisi kimi Zandvoort Formula 1 Qran-Pri yarışları da ləğv oluna bilər.“Koronavirus epidemiyası bəzi ölkələrə hələ çatmayıb. Bizdə hansı vəziyyətdir, epidemiyanın pik nöqtəsidirmi? Çoz istərdik ki, nəzarət bizim əlimizdə olsun, ancaq nəzarət virusun əlindədir. Ölkəmizin və dünyanın iyul ayında virusdan azad olduğunu deməyə çox sevinərdik. Ancaq bu fikir nə qədər realdır? Hər şeyə hazır olmalıyıq. Ola bilsin yarışlar bir il təxirə salınsın”, - deyə Jam Lammers “Motorsport” portalına müsahibəsində bildirib.xeber100.com

Mart 20, 2020 12:22

“Qalatasaray” futbol komandasının bugünkü məşqi ləğv olunub

Türkiyə “Qalatasaray” komandasının bugünkü məşqi ləğv olunub.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul komandası axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.Həftəsonu “Beşiktaş”la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü axşam üçün məşq planlaşdırmışdı. Sonradan məşqçi futbolçulara klubun bazasına gəlməməyi və evdə qalmağı tapşırıb.Xatırladaq ki, Fatih Terim “Beşiktaş”la oyundan sonra Türkiyə çempionatında görüşlərin koronavirus pandemiyasına görə təxirə salmasını istəmişdi.Qeyd edək ki, “Qalatasaray” XXI turdan sonra Türkiyə Superliqasında 50 xalla üçüncü pillədədir.Növbəti turun oyunları martın 20-22-də keçiriləcək. İstanbul komandası martın 22-də “Rizəspor”un qonağı olacaq.xeber100.com

Mart 19, 2020 11:09

Şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək

Martın 19-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin üçüncü turunda amerikalı Fabiao Karuana çinli Liren Dinq, fransalı Maksim Vaşe-Laqrav Niderland təmsilçisi Aniş Giri, rusiyalı Aleksandr Qrişuk Hao Yanq (Çin) və Rusiya təmsilçisi Kiril Alekseyenko həmvətəni Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.İki turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, F.Karuana Y.Nepomnyaşı 1,5, A.Qrişuk 1, K.Alekseenko, A.Giri 0,5 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com

Mart 19, 2020 11:05

Dünya Karate Federasiyasının açıqlamasına əsasən…

Karate üzrə milli komandamızın liderləri Rafael Ağayev və İrina Zaretskanın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcəyi rəsmiləşib.Azərtac xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi Olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev 75, İ.Zaretska isə 61 kiloqram çəki dərəcəsində yarışacaq.R.Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusadır (Yaponiya).İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin Olimpiya lisenziyası qazanması iyunun 26-28 Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.xeber100.com

Mart 19, 2020 11:02

Türkiyə Superliqasında XXI turdan təxirə salınan qarşılaşma keçirilib

Martın 17-də Türkiyə Superliqasında XXI turdan təxirə salınan qarşılaşma keçirilib.Azərtac xəbər verir ki, “Göztəpə” qonaq etdiyi “Rizəspor”u iki cavabsız qolla məğlub edib. Matçın taleyi qarşılaşmanın ikinci yarısında həll olunub. Qısa zaman kəsiyində iki qol vuran meydan sahibləri meydandan üç xalla ayrılıblar – 2:0.Qeyd edək ki, növbəti turun oyunları martın 20-22-də keçiriləcək.Türkiyə çempionatına 53 xalla “Trabzonspor” başçılıq edir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” isə 49 xalla dördüncü pillələrdə qərarlaşıblar.xeber100.com

Mart 18, 2020 11:57

Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Beynəlxalq Stolüstü Tennis Federasiyası COVID-19 virusu ilə əlaqədar müvəqqəti olaraq bütün tədbirləri təxirə salıb.Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, aprelin sonuna qədər keçirilməsi planlaşdırılan tədbirlər baş tutmayacaq.Eyni zamanda, ölkəmizdə stolüstü tennis üzrə bütün kütləvi tədbirlər, həmçinin məşqlər təxirə salınıb.xeber100.com

Mart 18, 2020 11:55
    Page 301 of 831« First«...102030...299300301302303...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az