11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bavariya” futbol klubunun baş məşqçisi müqavilə imzalayıb

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.Qeyd edək ki, H.Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb. "Bavariya" UEFA Çempionlar Liqasının səkkizdəbir finalında "Çelsi" ilə birinci matçda 3:0 hesabı ilə qalib gəlib.xeber100.com

Aprel 4, 2020 10:00

Beynəlxalq Cüdo Federasiyası “Böyük dəbilqə” turnirini ləğv edib

Beynəlxalq Cüdo Federasiyası (IJF) may ayının 8-10-da Bakıda keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirini ləğv edib.Azərtac xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.Qeyd edək ki, cüdo üzrə iyunun 30-dək bütün rəsmi yarışlar ləğv edilib.xeber100.com

Aprel 4, 2020 9:57

Futbol üzrə ölkə çempionatının yeni qərarları müzakirə edilir

İtaliya Futbol Federasiyası, A Seriyasının rəhbərliyi və İtaliyanın İdman naziri Vinçenco Spadafora futbol üzrə ölkə çempionatının bərpası ilə bağlı yeni qərarları müzakirə edirlər.Azərtac xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib. O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı deyib: “Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq”.Neytral ərazidə oynamağın yaxşı qərar olmadığını söyləyən federasiya rəhbəri bildirib: “Amma bu seçimi də nəzərdən keçiririk. Dörd-beş variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, böyük haqsızlıq olardı. İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxacaq”.Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.xeber100.com

Aprel 3, 2020 5:55

Şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək.Azərtac xəbər verir ki, yarış www.chess.com internet portalı üzərindən aprelin 5-də saat 17:00-da start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarışda hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 2 saniyədir. Yekunda toplanan xallar əsasında yaş qruplarına görə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyən ediləcək. Yarışın nəticələri 1 gün ərzində elan olunacaq.xeber100.com

Aprel 3, 2020 5:52

Formula 1-in yeni təqvimi yaxın günlərdə açıqlanacaq

Formula 1 Çin Qran-Prisi oktyabrda keçirilə bilər.Azərtac xəbər verir ki, Formula 4 çempionatının təşkilatçıları yeni təqvim hazırlayıblar. Həmin təqvimə əsasən Çində mövsümün ilk yarışı mayın 23-24-də baş tutacaq. Daha öncə bu yarışın oktyabrın 17-18-də Şanxayda keçirilməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb kimi həmin tarixin Formula 1 yarışlarının təqviminə salınmasıdır.Qeyd edək ki, Formula 1-in yeni təqvimi yaxın günlərdə açıqlanacaq.xeber100.com

Aprel 2, 2020 9:49

İspaniyanın “Marca” nəşri oxucuları arasında sorğu keçirib

İspaniyanın “Marca” nəşri öz oxucuları arasında onların kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdikləri ilə bağlı sorğu keçirib.Azərtac xəbər verir ki, sorğunun finalında İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messini qabaqlayıb. Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.Portuqaliyalı hücumçu finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb. Messi isə Ferenç Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan güclü olub.xeber100.com

Aprel 2, 2020 9:13

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan qrossmeysterlərindən biri ilk onluqda qərarlaşıb. Dünya kubokunun sahibi Teymur Rəcəbov doqquzuncu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə onuncu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək, on birinci yerdə qərarlaşıb.Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.Siyahıya norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) ikinci, çinli Liren Dinq (2791) üçüncü yerlərdə qərarlaşıblar.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə bir pillə geriləyib və 2443 xalla 29-cu yeri tutur. Gülnar Məmmədova 77-ci (2386 xal), Xanım Balacayeva 86-cı (2376 xal) pillədə qərarlaşıblar. Ülviyyə Fətəliyeva isə ilk yüzlükdən kənarda qalıb.Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşıb. Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) və Rusiya təmsilçisi Aleksandra Qoryaçkina (2582 xal) sonrakı iki pilləni tutublar.xeber100.com

Aprel 1, 2020 10:14

Atletika üzrə dünya çempionatının vaxtı dəyişdirilib

2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.xeber100.com

Mart 31, 2020 6:44

UEFA milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək

UEFA aprelin 1-də quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, videokonfransın əsas mövzusu milli çempionatlarda oyunların yenidən təxirə salınması məsələsi olacaq.Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar dayandırılıb.xeber100.com

Mart 31, 2020 6:39

Azərbaycan Futzal Federasiyasının məlumatına görə…

UEFA koronavirus pandemiyası səbəbindən futzal üzrə "Avro-2022"nin püşkatma mərasiminin tarixini dəyişib.Azərbaycan Futzal Federasiyasından Azərtac-a bildiriblər ki, tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Turnirin final mərhələsi isə 2022-ci ilin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.xeber100.com

Mart 30, 2020 6:46
    Page 299 of 831« First«...102030...297298299300301...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az