07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Martın 13-də Türkiyə Superliqasının XXVI turuna start verilib

Martın 13-də Türkiyə Superliqasının XXVI turuna “Kasımpaşa”-“Göztəpə” və “Ankaragücü”-“Rizəspor” matçları ilə start verilib.Azərtac xəbər verir ki, “Rəcəb Tayib Ərdoğan” stadionunda keçirilən görüşdə “Kasımpaşa” “Göztəpə”nin qapısından iki cavabsız qol keçirib. Paytaxt klubu “Ankaragücü” isə Rizə təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.Bu oyundan başqa, turda “Dənizlispor” - “Gənclərbirliyi”, “Alanyaspor” - “Qaziantep”, “Konyaspor” – “Fənərbağça”, “Kayserispor”-“Yeni Malatyaspor”, “Trabzonspor”-“Başakşəhər”, “Qalatasaray”-“Beşiktaş” və “Antalyaspor”-“Sivasspor” matçları keçiriləcək.Bu qələbə ilə “Trabzonspor” xallarının sayını 52-yə çatdıraraq liderliyə yüksəlib. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (40 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar gəlir.xeber100.com

Mart 14, 2020 4:03

Karate üzrə lisenziya xarakterli Avropa çempionatı ləğv edilib

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə lisenziya xarakterli Avropa çempionatı ləğv edilib.Azərtac xəbər verir ki, bu barədə Ümumdünya Karate Federasiyasının rəsmi saytında məlumat verilib. Qitə çempionatı koronavirus infeksiyası səbəbindən ləğv olunub.Qeyd edək ki. Avropa çempionatı martın 25-29-da keçirilməli idi.xeber100.com

Mart 14, 2020 4:01

“Barselona” futbol klubu müqavilənin müddətini uzadacaq

İspaniyanın “Barselona” futbol klubu qapıçısı Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaq niyyətindədir.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, klubun idman direktoru Erik Abidal futbolçunun agenti Herf fon Bruhla danışıqlarda irəliləyişə nail olub. Kataloniya təmsilçisi 27 yaşlı qapıçıya maaşını artırmaqla 4-5 illik yeni müqavilə təklif edib.Qeyd edək ki, tərəflər arasında 2017-ci ildə imzalanan hazırkı müqavilənin müddəti 2022-ci ilin iyununda başa çatır.xeber100.com

Mart 14, 2020 3:55

“Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb

Bakının “Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.Azərtac xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.xeber100.com

Mart 14, 2020 1:45

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsində

Martın 12-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, Ukraynanın "Şaxtyor" klubu səfərdə Almaniyanın "Volfsburq" komandasının qonağı olub. Görüş Donetsk təmsilçisinin səfər qələbəsi ilə başa çatıb - 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.Almaniyanın digər təmsilçisi "Bayer Leverkuzen" Şotlandiyada "Reyncers" üzərində inamlı qələbə qazanıb - 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.İngiltərənin "Vulverhempton" komandası isə Yunanıstanda "Olimpiakos"la heç-heçəyə nail olub - 1:1.Az əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub - 1:0.Qeyd edək ki, "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşləri təxirə salınıb.xeber100.com

Mart 13, 2020 2:59

Fransa Futbol Federasiyası ölkə çempionatını təxirə salıb

Fransa Futbol Federasiyası ölkə çempionatını koronavirus pandemiyasına görə müvəqqəti təxirə salıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə federasiya prezidenti Noel Le Qre məlumat verib.“Prezident Emmanuel Makronun sözləri bizi bütün futbol turnirlərini dayandırmağa və sağlamlıq böhranı ilə mübarizəyə yönəltməyə təşviq edir. Bununla əlaqədar olaraq təşkilatımızın himayəsi altında keçirilən həvəskarlar da daxil olmaqla, bütün milli futbol turnirlərinin müvəqqəti olaraq dayandırırıq”, – deyə federasiya prezidenti bildirib.xeber100.com

Mart 13, 2020 2:56

Azərbaycan Həndbol Federasiyasının məlumatına əsasən…

Qadın həndbolçuların Azərbaycan çempionatının 14-cü turunda “Azəryol” – “Qarabağ” qarşılaşması oynanılıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, liderlə 4 xallıq fərqi azaltmaq niyyətində olan “Qarabağ” meydançaya qələbə əzmi ilə çıxsa da, daha yaxşı oyun nümayiş etdirən “Azəryol” rəqibi üzərində inamlı qələbə qazanıb – 33:23.Günün ikinci oyunu da gərgin mübarizə şəraitində keçib. Autsayder “İdman Akademiyası” komandası bu dəfə “Azərsu” ilə oyunda azarkeşlərini sevindirmək əzmində idi. Rəqibin ciddi müqavimətinə rəğmən, “Azərsu” oyunu qələbə ilə bitirməyi bacarıb – 32:29.14 oyundan 26 xal toplayan “Azəryol”un liderliyi davam edir. Onun ən yaxın izləyicisi “Qarabağ” artıq 6 xal geridədir. Üçüncü pillədə qərarlaşan “Azərsu”nun aktivində 10 xal var. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın aşkar autsayderidir.Martın 18-nə təyin olunan 15-ci turun oyunlarında “Qarabağ” – “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.xeber100.com

Mart 13, 2020 2:54

Şahmat üzrə Azərbaycan çempionatının son turunun oyunları keçiriləcək

Martın 13-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının son turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, aktivində 6,5 xal olan turnir cədvəlinin lideri Xanım Balacayeva son turda Gövhər Beydullayeva (5,5 xal) ilə mübarizə aparacaq. X.Balacayevanın çempionatı qalib başa vurması üçün yarım xal kifayət edir.Turnirin digər iştirakçıları-Gülnar Məmmədova 5, Türkan Məmmədyarova 4,5, Zeynəb Məmmədyarova 4, Ayan Allahverdiyeva, Xəyalə Abdulla 3,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı 2 xal toplayıblar.Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.xeber100.com

Mart 13, 2020 2:52

“The Times” qəzeti futbol matçlarından yazır…

İngiltərədəki bütün futbol matçlarının koronavirusla əlaqədar azarkeşsiz keçirilməsi nəzərdə tutulur.“The Times” qəzeti xəbər verir ki, bu barədə qərar martın 13-də keçiriləcək iclasda qəbul ediləcək. İngiltərə Premyer Liqasının və aşağı divizionların oyunlarının bundan sonra qeyri-müəyyən vaxta qədər azarkeşsiz keçirilməsi planlaşdırılır.Qeyd edək ki, ötən gün koronavirusla əlaqədar İtaliya çempionatı tamamilə dayandırılıb. UEFA Çempionlar Liqasının və digər turnirlərin bəzi oyunlarının da azarkeşsiz keçirilməsi barədə qərarlar qəbul olunub.xeber100.com

Mart 12, 2020 2:16

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

Martın 12-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” klubu İstanbulda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Xəbər verdiyimiz kimi, “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) oyunları UEFA tərəfindən təxirə salınıb.Günün digər görüşləri isə aşağıdakılardır: “Ayntraxt” (Frankfurt, Almaniya) – “Bazel” (İsveçrə); LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə); “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə); “Qlazqo Reyncers” (Şotlandiya) – “Bayer” (Leverkusen, Almaniya); “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna). Səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.xeber100.com

Mart 12, 2020 2:13
    Page 303 of 831« First«...102030...301302303304305...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az