11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Çelsi” futbol klubu “Barselona”nın qapıçısını transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu İspaniyanın “Barselona” komandasının qapıçısı Mark Ter-Şteqeni transfer etmək istəyir.İspaniya mətbuatı xəbər verir ki, alman qolkiperin komandanın əsas qol silahı olan Lionel Messi ilə konflikti var.Fevralın 6-da məşq zamanı futbolçular arasında mübahisə baş verib.Daha əvvəl London təmsilçisinin Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana və İtaliyanın “Milan” komandasının qolkiperi Canluici Donnarummanı transfer etmək niyyətində olduğunu bildirmişdi.xeber100.com

Mart 10, 2020 3:50

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində martın 11-də “Barselona” və “Napoli” komandaları arasında oynanılacaq cavab görüşü koronavirusla əlaqədar azarkeşsiz keçiriləcək.TASS agentliyi xəbər verir ki, bununla bağlı Kataloniya klubunun rəsmilərinin iclasında qərar verilib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçiriləcəyi vurğulanıb.Qeyd edək ki, görüş martın 18-də “Kamp Nou” stadionunda keçiriləcək. Birinci oyunda komandalar 1:1 hesabı ilə heç-heçə ediblər.xeber100.com

Mart 10, 2020 3:46

“Yuventus” – “İnter” oyunu yenidən təxirə salınıb

İtaliya A Seriyasının XXVI turunun təxirə salınmış “Yuventus” – “İnter” oyunu koronavirusa görə yenidən təxirə salınıb.Azərtac xəbər verir ki, bu oyunun əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan qərar dəyişib.Bir müddət əvvəl İtaliyanın İdman naziri Vincenzo Spadafora A Seriyası oyunlarının hamısının koronavirus səbəbindən ləğv olunmasını təklif etmişdi.xeber100.com

Mart 9, 2020 11:46

XI “Baku open” beynəlxalq karate turniri başa çatıb

Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turniri başa çatıb.Azərtac xəbər verir ki, yarışın son günündə 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Hər iki yaş qrupunda Azərbaycan karateçiləri fərqləniblər.Oğlanlar arasında kata yarışlarında Məhəmməd Səttarzadə və Məhəmməd Hüseynquliyev, qızlar arasında Elnurə Əzimzadə və Mədinə Nəzərli birinci yeri tutublar.6-7 yaşlı oğlanlar arasında Hüseyn Abdullayev (20 kq), Həşim Harunzadə (23 kq), Zamiq Əliyev (28 kq), Malik Məmmədli (+28), 8-9 yaşlı oğlanlar arasında isə Fərid Həsənli (23 kq), İsmayıl Əhmədzadə (28 kq), Əbülfəz Rəfiyev (33 kq), Marat Semixov (38 kq), və Şamo Kamilov (+38 kq) qalib olublar.Aybikə Quluzadə (20 kq), Xədicə Qasımova (25 kq) 6-7 yaşlı, Şəhanə Göyüşlü (25 kq), Nigar Xanvəliyeva (30 kq), Şövkət İbrahimli (35 kq), Mədinə Kazımova (+35 kq) isə 8-9 yaşlı qızların yarışında birinci yerə layiq görülüblər.Yarışların yekununa görə, ümumi komanda hesabında Azərbaycan 79 qızıl medalla birinci yeri tutub.Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.xeber100.com

Mart 9, 2020 11:41

İspaniya La Liqasının 27-ci turunun növbəti oyunu baş tutub

Martın 8-də İspaniya La Liqasının 27-ci turunun növbəti oyunu baş tutub.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” səfərdə “Real Betis” klubuna 2:1 hesabı ilə məğlub olub.Bu oyundan sonra “Real Madrid” 56 xalla ikinci, “Real Betis” isə 33 xalla 12-ci yerdə qərarlaşıb.xeber100.com

Mart 9, 2020 11:13

İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşmasında

Martın 8-də İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, lider “Yuventus” öz meydanında üçüncü yerdə qərarlaşan “İnter” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.“Qoca sinyora”nın heyətində Aron Remsi (55) və Paolo Dibala (67) fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Mart 9, 2020 11:10

Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək

Bu gün qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, növbəti turda turnir cədvəlinin lideri Gövhər Beydullayeva Türkan Məmmədyarova, digər şahmatçılar Xanım Balacayeva Mələk İsmayıl, Zeynəb Məmmədyarova Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva Səbinə Rzalı, Xəyalə Abdulla Ayan Allahverdiyeva ilə mübarizə aparacaqlar.Qeyd edək ki, ötən turların nəticəsinə görə, 3,5 xal toplayan G. Beydullayeva turnir cədvəlinə liderlik edir. X.Balacayeva, G.Məmmədova liderdən 0,5, Z.Məmmədyarova isə 1 xal geri qalırlar.Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.xeber100.com

Mart 9, 2020 11:08

İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib

Martın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda baş tutub.“Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial və Skot Maktominay fərqləniblər.Bu qələbədən “Mançester Yunayted” xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində beşinci yerə yüksəlib. “Mançester Siti” isə 57 xalla ikinci yerdə qərarlaşıb.Turun digər oyunlarında “Kristal Palas” öz meydanında “Vatford”u, “Şeffild Yunayted” isə “Norviç Siti”ni eyni hesabla məğlub edib (1:0). “Nyukasl Yunayted” isə səfərdə “Southenton” komandasından üstün olub (0:1). “Volvethemton” - “Brayton” oyununda qalib müəyyənləşməyib (0:0). London təmsilçisi “Arsenal” isə öz meydanında “Vest Hem” klubunu minimal hesabla məğlub edib (1:0).İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” - “Bormunt” qarşılaşması ilə start verilib.“Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.xeber100.com

Mart 8, 2020 11:41

Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək

Martın 7-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, növbəti turda Türkan Məmmədyarova Xanım Balacayeva, Zeynəb Məmmədyarova Mələk İsmayıl, Gülnar Məmmədova Xəyalə Abdulla, Gövhər Beydullayeva Səbinə Rzalı, Ayan Allahverdiyeva Ülviyyə Fətəliyeva ilə mübarizə aparacaqlar.Qeyd edək ki, üç turun yekununa görə, Gülnar Məmmədova və Gövhər Beydullayeva 2,5 xalla turnir cədvəlinin lideridirlər. Səbinə Rzalı, Türkan Məmmədyarova və Xanım Balacayeva onlardan yarım xal geri qalırlar.Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.xeber100.com

Mart 7, 2020 7:54

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları başlayıb

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” - “Bormunt” qarşılaşması ilə start verilib.Azərtac xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.Oyunda hesabı qonaqlar matçın 9-cu dəqiqədə Callum Vilson sayəsində açıblar. Qoldan sonra hücumları artıran “Liverpul” qarşılaşmanın 25-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Məhəmməd Salah Sadio Manenin ötürməsini qolla tamamlayıb.Oyunun 33-cü dəqiqəsində Sadio Mane adını tabloya yazdıraraq komandasını fasiləyə üstün aparıb.Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.Beləliklə, “Liverpul” Premyer Liqada növbəti qələbəsini qazanaraq xal ehtiyatını 82-yə çatdırıb və birinci pillədəki yerini möhkəmlədib. “Bormunt” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.xeber100.com

Mart 7, 2020 7:46
    Page 305 of 831« First«...102030...303304305306307...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az