Azərbaycan Premyer Liqasının 19-cu turunda

Fevralın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turuna “Sumqayıt”-“Keşlə” matçı ilə start verilib.Azərtac xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən oyuna fəal başlayan meydan sahibləri 4-cü dəqiqədə iranlı hücumçu Peyman Babayinin vurduğu qolla hesabı açıblar. Görüşün 10-cu dəqiqəsində qonaqların yarımmüdafiəçisi Vüsal İsgəndərli hesaba tarazlıq gətirib. Birinci hissə 1:1 hesabı ilə bitib.Qarşılaşmanın 64-cü dəqiqəsində “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov komandasının ikinci qolunun müəllifi olub. Lakin 80-ci dəqiqədə paytaxt təmsilçisinin müdafiəçisi Slavik Alxasov vurduğu qolla hesabı bərabərləşdirib. Beləliklə, “Sumqayıt”-“Keşlə” oyununda qalib müəyyənləşməyib – 2:2.Günün ikinci görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Lider “Qarabağ” “Sabah”ı qəbul edəcək.Martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə”–“Qəbələ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.Tura həmin gün keçiriləcək “Neftçi”-“Səbail” oyunu ilə yekun vurulacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.xeber100.com

Fevral 29, 2020 5:43

“Başakşehir” klubu öz meydanında “Sportinq” komandasını qəbul edib

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin növbəti cavab oyunu keçirilib.Azərtac xəbər verir ki, Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Başakşehir” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib.Səfərdə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 31-ci dəqiqəsində Martin Şkrtel hesabı açıb - 1:0. Birinci hissənin başa çatmasında bir dəqiqə qalmış “Başakşehir” hesab arasındakı fərqi iki topa çatdırıb. Daniel Aleksiç adını tabloya yazdırıb - 2:0.Qarşılaşmanın ikinci hissəsinin 68-ci dəqiqəsində qonaqlar qollardan birinin əvəzin çıxıb. Luçiano Vietto Markos Akunanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 2:1. Matçın 90-cı dəqiqəsində “Başakşehir” yenidən fərqlənib. Edin Vişca komandasının vacib qolunu vurub.Ümumi hesab eyni olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.Artırılan ikinci hissənin 14-cü (119-cu) dəqiqəsində “Başakşehir” daha bir qol vurub. Hakimin təyin etdiyi 11-metirlik cərimə zərbəsini E.Vişca dəqiq yerinə yetirərək komandasına səkkizdəbir finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 4:1. Bu, oyunda sonuncu qol olub.xeber100.com

Fevral 28, 2020 1:22