03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Liverpul” klubu “Atletiko Madrid” komandasını qəbul edəcək

Martın 11-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki cavab oyunu baş tutacaq.Azərtac xəbər verir ki, ikinci oyun günündə İngiltərə və Fransada iki matç keçiriləcək.Turnirin son çempionu “Liverpul” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Bu komandaların Madriddə keçirilən görüşündə “Atletiko Madrid” minimal hesabla qalib gəlmişdi – 1:0. Mersessayd təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki cavabsız qol qane edir. “Atletiko Madrid” isə bu görüşdə qolsuz heç-heçə də sərf edir.Günün digər görüşündə Almaniyanın “Borussiya Dortmund” klubu səfərdə “Paris Sen-Jemen” komandası ilə üz-üzə gələcək. İlk görüşdə Almaniya səfərindən məğlub (2:1) qayıdan parislilər bu oyunda minimal (1:0) hesabla qalib gələcəyi halda növbəti mərhələyə vəsiqə qazanacaq.Dortmund təmsilçisinə isə istənilən heç-heçə sərf edir.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.xeber100.com

Mart 11, 2020 9:55

“Çelsi” futbol klubu “Barselona”nın qapıçısını transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu İspaniyanın “Barselona” komandasının qapıçısı Mark Ter-Şteqeni transfer etmək istəyir.İspaniya mətbuatı xəbər verir ki, alman qolkiperin komandanın əsas qol silahı olan Lionel Messi ilə konflikti var.Fevralın 6-da məşq zamanı futbolçular arasında mübahisə baş verib.Daha əvvəl London təmsilçisinin Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana və İtaliyanın “Milan” komandasının qolkiperi Canluici Donnarummanı transfer etmək niyyətində olduğunu bildirmişdi.xeber100.com

Mart 10, 2020 3:50

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində martın 11-də “Barselona” və “Napoli” komandaları arasında oynanılacaq cavab görüşü koronavirusla əlaqədar azarkeşsiz keçiriləcək.TASS agentliyi xəbər verir ki, bununla bağlı Kataloniya klubunun rəsmilərinin iclasında qərar verilib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçiriləcəyi vurğulanıb.Qeyd edək ki, görüş martın 18-də “Kamp Nou” stadionunda keçiriləcək. Birinci oyunda komandalar 1:1 hesabı ilə heç-heçə ediblər.xeber100.com

Mart 10, 2020 3:46

“Yuventus” – “İnter” oyunu yenidən təxirə salınıb

İtaliya A Seriyasının XXVI turunun təxirə salınmış “Yuventus” – “İnter” oyunu koronavirusa görə yenidən təxirə salınıb.Azərtac xəbər verir ki, bu oyunun əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan qərar dəyişib.Bir müddət əvvəl İtaliyanın İdman naziri Vincenzo Spadafora A Seriyası oyunlarının hamısının koronavirus səbəbindən ləğv olunmasını təklif etmişdi.xeber100.com

Mart 9, 2020 11:46

XI “Baku open” beynəlxalq karate turniri başa çatıb

Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turniri başa çatıb.Azərtac xəbər verir ki, yarışın son günündə 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Hər iki yaş qrupunda Azərbaycan karateçiləri fərqləniblər.Oğlanlar arasında kata yarışlarında Məhəmməd Səttarzadə və Məhəmməd Hüseynquliyev, qızlar arasında Elnurə Əzimzadə və Mədinə Nəzərli birinci yeri tutublar.6-7 yaşlı oğlanlar arasında Hüseyn Abdullayev (20 kq), Həşim Harunzadə (23 kq), Zamiq Əliyev (28 kq), Malik Məmmədli (+28), 8-9 yaşlı oğlanlar arasında isə Fərid Həsənli (23 kq), İsmayıl Əhmədzadə (28 kq), Əbülfəz Rəfiyev (33 kq), Marat Semixov (38 kq), və Şamo Kamilov (+38 kq) qalib olublar.Aybikə Quluzadə (20 kq), Xədicə Qasımova (25 kq) 6-7 yaşlı, Şəhanə Göyüşlü (25 kq), Nigar Xanvəliyeva (30 kq), Şövkət İbrahimli (35 kq), Mədinə Kazımova (+35 kq) isə 8-9 yaşlı qızların yarışında birinci yerə layiq görülüblər.Yarışların yekununa görə, ümumi komanda hesabında Azərbaycan 79 qızıl medalla birinci yeri tutub.Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.xeber100.com

Mart 9, 2020 11:41

İspaniya La Liqasının 27-ci turunun növbəti oyunu baş tutub

Martın 8-də İspaniya La Liqasının 27-ci turunun növbəti oyunu baş tutub.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” səfərdə “Real Betis” klubuna 2:1 hesabı ilə məğlub olub.Bu oyundan sonra “Real Madrid” 56 xalla ikinci, “Real Betis” isə 33 xalla 12-ci yerdə qərarlaşıb.xeber100.com

Mart 9, 2020 11:13

İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşmasında

Martın 8-də İtaliya A Seriyasında 27-ci turun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, lider “Yuventus” öz meydanında üçüncü yerdə qərarlaşan “İnter” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.“Qoca sinyora”nın heyətində Aron Remsi (55) və Paolo Dibala (67) fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 63-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyini davam etdirir. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Mart 9, 2020 11:10

Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək

Bu gün qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, növbəti turda turnir cədvəlinin lideri Gövhər Beydullayeva Türkan Məmmədyarova, digər şahmatçılar Xanım Balacayeva Mələk İsmayıl, Zeynəb Məmmədyarova Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva Səbinə Rzalı, Xəyalə Abdulla Ayan Allahverdiyeva ilə mübarizə aparacaqlar.Qeyd edək ki, ötən turların nəticəsinə görə, 3,5 xal toplayan G. Beydullayeva turnir cədvəlinə liderlik edir. X.Balacayeva, G.Məmmədova liderdən 0,5, Z.Məmmədyarova isə 1 xal geri qalırlar.Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.xeber100.com

Mart 9, 2020 11:08

İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib

Martın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda baş tutub.“Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial və Skot Maktominay fərqləniblər.Bu qələbədən “Mançester Yunayted” xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində beşinci yerə yüksəlib. “Mançester Siti” isə 57 xalla ikinci yerdə qərarlaşıb.Turun digər oyunlarında “Kristal Palas” öz meydanında “Vatford”u, “Şeffild Yunayted” isə “Norviç Siti”ni eyni hesabla məğlub edib (1:0). “Nyukasl Yunayted” isə səfərdə “Southenton” komandasından üstün olub (0:1). “Volvethemton” - “Brayton” oyununda qalib müəyyənləşməyib (0:0). London təmsilçisi “Arsenal” isə öz meydanında “Vest Hem” klubunu minimal hesabla məğlub edib (1:0).İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” - “Bormunt” qarşılaşması ilə start verilib.“Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.xeber100.com

Mart 8, 2020 11:41

Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək

Martın 7-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, növbəti turda Türkan Məmmədyarova Xanım Balacayeva, Zeynəb Məmmədyarova Mələk İsmayıl, Gülnar Məmmədova Xəyalə Abdulla, Gövhər Beydullayeva Səbinə Rzalı, Ayan Allahverdiyeva Ülviyyə Fətəliyeva ilə mübarizə aparacaqlar.Qeyd edək ki, üç turun yekununa görə, Gülnar Məmmədova və Gövhər Beydullayeva 2,5 xalla turnir cədvəlinin lideridirlər. Səbinə Rzalı, Türkan Məmmədyarova və Xanım Balacayeva onlardan yarım xal geri qalırlar.Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.xeber100.com

Mart 7, 2020 7:54
    Page 304 of 830« First«...102030...302303304305306...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az