07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində

Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində martın 11-də keçiriləcək Azərbaycan–Polşa oyununa hakim təyinatları açıqlanıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristiana Mariana olacaq. Ona Petruta İuqulesku və Daniela Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını İuliana Demetresku yerinə yetirəcək.Azərbaycan–Polşa oyunu “ASK Arena”da saat 18:00-da başlayacaq.xeber100.com

Mart 6, 2020 1:34

XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib

Bakıda Boks İdman Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın birinci günündə böyüklər və veteranlar mübarizə aparıblar. Belə ki, kişilərin kata yarışlarında Həsənəli Həsənov, qadınların mübarizəsində Neda Rezai qalib olublar. Veteranlar arasında Anar Əhmədov (36-45 yaş) və Rəfael Məmmədov (46-55 yaş) qızıl medal qazanıblar.Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.xeber100.com

Mart 5, 2020 2:58

Futzal üzrə Yüksək Liqanın XVIII turuna start verilib

Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turuna “Xızı”-EKOL oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Olimpik Star”da təşkil olunan oyunda EKOL 6:5 hesabı ilə qalib gəlib. EKOL-un heyətində Faiq Əliyev və Oktay Rüstəmli dubl ediblər, Samir Həmzəyev və Əsgər Abasov hərəyə 1 dəfə fərqləniblər. Digər komandanın qollarını Xəyal Quliyev (3 top), Fərid Abbaslı və Şahin Əliyev vurublar.Gün ərzində “Yasamal”-“Marafon”, “Bakı”-“Baku Fire”, “Premier”-“Neftçi” və “Araz”-“Record” matçları keçiriləcək.Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.xeber100.com

Mart 5, 2020 2:56

“Trabzonspor” klubu “Fənərbağça” komandası ilə qarşılaşıb

Martın 3-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Trabzonspor” klubu doğma meydanda “Fənərbağça” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Medical Park Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşün 46-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot hesabı açıb. Trabzon təmsilçilərinin müdafiəçisi Filip Novak 66-cı dəqiqədə hesab arasındakı fərqi artırıb. Matçın 82-ci dəqiqəsində qonaq komandanın hücumçusu Vedat Muruqi fərqlənsə də, istanbulluların bundan artığına gücləri çatmayıb.Beləliklə, görüş 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.Yarımfinal mərhələsinin digər oyunu martın 4-də “Antalyaspor” ilə “Alanyaspor” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 21-22-də oynanılacaq.xeber100.com

Mart 4, 2020 12:24

Futbol üzrə UEFA Millətlər Liqası turnirində oyunların təqvimi açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandasının yer aldığı 1-ci qrupun oyunlarının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.Millimiz ilk oyununu doğma meydanda sentyabrın 5-də Lüksemburq yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Kipr seçməsinin qonağı olacaqlar. Oktyabrın 9-da Monteneqro millisi Azərbaycan komandasını qəbul edəcək. Üç gün sonra Azərbaycan–Kipr oyunu keçiriləcək. Noyabrın 12-də Azərbaycan millisi Monteneqro yığmasını qəbul edəcək. Millimiz turnirin qrup mərhələsində sonuncu oyununu səfərdə Lüksemburqa qarşı keçirəcək. Matç noyabrın 15-də keçiriləcək.xeber100.com

Mart 4, 2020 12:21

Azərbaycan Futzal Federasiyasının məlumatına görə…

Futzal üzrə Yüksək Liqada XVIII turun oyunlarına hakim təyinatları açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları martın 5-də keçiriləcək.Tura “Xızı”-EKOL oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Əli Cəbrayılov olacaq.Saat 14:00-da start götürəcək “Yasamal”-“Marafon” qarşılaşması Anar Fərəcova tapşırılıb.“Bakı”-“Baku Fire” oyununda Rahin Heybətov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.“Premier”-“Neftçi” arasında keçiriləcək oyuna Kənan Məlikov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.Tura “Araz”-“Record” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Knyaz Əmiraslanov olacaq.Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.Qeyd edək ki, on dörd turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.xeber100.com

Mart 4, 2020 12:18

“AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil ediləcək

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.Azərtac AGF-yə istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.Turnirdə ölkəmizi Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edəcəklər.Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.xeber100.com

Mart 4, 2020 12:15

“Yuventus”–“İnter” oyunu martın 9-da keçirilə bilər

İtaliya A Seriyasının 26-ci turunun koronavirusa görə təxirə salınmış “Yuventus”–“İnter” qarşılaşması martın 9-da keçirilə bilər.TASS informasiya agentliyi xəbər verir ki, bu haqda İtaliya Futbol Federasiyası (İFF) öz saytında bəyanat yayıb.Həmçinin bildirilib ki, “Milan”-“Genoa”, “Parma”- SPAL, “Sassuolo”-“Breşiya” və “Udineze”-“Fiorentino” oyunları martın 7-dən 9-dək keçirilə bilər.Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı min nəfəri ötüb.xeber100.com

Mart 3, 2020 11:57

Futzal üzrə 1/8 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb

Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, görüşlər martın 11-12-də “Olimpik Star”da keçiriləcək.Martın 11-də “Premier”–“Red Line”, “Marafon”–“Atletiko Baku”, “Araz”–“Baker Tilly”, “Advokat”–“Star kargo-2”, ertəsi gün isə “Neftçi”–“Badamlı”, EKOL–“Standard”, “Nəqşicahan”–“Baku Fans” və “Hövsan”–“Yurd” oyunları keçiriləcək.xeber100.com

Mart 3, 2020 11:32

İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib

Martın 1-də futbol üzrə İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, maraqla gözlənilən və “El klassiko” adlanan görüşdə “Real Madrid”–“Barselona” komandaları üz-üzə gəlib. “Santiaqo Bernabeu” stadionunda 75 min 557 nəfərin izlədiyi görüşdə “Real Madrid” qələbə qazanıb (2:0).Oyunda birinci hissədə hesab açılmasa da, “Real Madrid” fasilədən sonra ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb. Vinisius Junior (71) və Mariano Diaz (90) fərqləniblər.Bu qələbədən sonra aktivinə 56-cı xalı yazan madridlilər turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 55 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” və “Real Madrid”in çempionatdakı ən yaxın izləyicisi “Sevilya”nın 46 xalı var.Bu, La Liqada 180-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73 dəfə, “Barselona” isə 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.xeber100.com

Mart 2, 2020 1:51
    Page 306 of 831« First«...102030...304305306307308...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az