03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları başlayıb

Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına “Liverpul” - “Bormunt” qarşılaşması ilə start verilib.Azərtac xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.Oyunda hesabı qonaqlar matçın 9-cu dəqiqədə Callum Vilson sayəsində açıblar. Qoldan sonra hücumları artıran “Liverpul” qarşılaşmanın 25-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Məhəmməd Salah Sadio Manenin ötürməsini qolla tamamlayıb.Oyunun 33-cü dəqiqəsində Sadio Mane adını tabloya yazdıraraq komandasını fasiləyə üstün aparıb.Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.Beləliklə, “Liverpul” Premyer Liqada növbəti qələbəsini qazanaraq xal ehtiyatını 82-yə çatdırıb və birinci pillədəki yerini möhkəmlədib. “Bormunt” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.xeber100.com

Mart 7, 2020 7:46

Türkiyə Superliqasında XXV tur çərçivəsində

Martın 7-də Türkiyə Superliqasında XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” səfərdə "Qaziantep”in qonağı olub.Azərtac xəbər verir ki, “Hüseyin Avni Aker” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib (1:1).Günün digər matçında isə "Başakşəhər" səfərdə "Göztəpə"nin qapısından üç cavabsız qol keçirib və ilk pilləyə yüksəlib. "Yeni Malatyaspor”-“Konyaspor” oyununda isə heç-heçə qeydə alınıb - 1:1.Günün digər oyununda isə "Fənərbağça” “Dənizlispor” ilə qarşılaşacaq.Bu tur çərçivəsində “Kasımpaşa”-“ Kayserispor”, “Rizəspor”-“Alanyaspor”, “Sivasspor”-Qalatasaray” və “Gənclərbirliyi”-“Antalyaspor” görüşləri keçiriləcək.xeber100.com

Mart 7, 2020 7:32

AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq oyuna təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Ukrayna–Şimali İrlandiya oyununun hakim-inspektoru F.Stuçlik olacaq.Ukrayna–Şimali İrlandiya oyunu martın 31-də Lvov şəhərində təşkil ediləcək.xeber100.com

Mart 6, 2020 1:46

Beynəlxalq Şahmat Federasiyasının məlumatı əsasında…

Azərbaycan şahmatçısı Teymur Rəcəbov iddiaçılar turnirində çıxışdan imtina edib.Azərtac Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, şahmatçı şəxsi səbəblərdən bu turnirdə iştirak etməyəcəyinə qərar verib. Şahmatçı bu barədə FIDE-ni xəbərdar edib.Teymur Rəcəbovu turnirdə on iki ay ərzində ən yüksək orta reytinqə sahib olan fransalı şahmatçı Maksim Vaşe-Laqrav əvəz edəcək. Oyunçu artıq məlumatlandırılıb və turnirdə iştirak etməyə hazırdır.Qeyd edək ki, Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi olmaqla iddiaçılar turnirində iştirak hüququ da qazanmışdı.İddiaçılar turnirində amerikalı Fabiano Karuana, Çinin iki təmsilçisi - Liren Dinq və Hao Yanq, rusiyalı şahmatçılar Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Kiril Alekseyenko, Niderland təmsilçisi Aniş Giri və fransalı Maksim Vaşe-Laqrav iştirak edəcəklər. Turnir martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.xeber100.com

Mart 6, 2020 1:43

“Çelsi” futbol klubunun hücumçusu mükafata layiq görülüb

İngiltərənin “Çelsi” futbol klubunun hücumçusu Tammi Abraham “Willow” fondu tərəfindən iki mükafata layiq görülüb.Azərtac xəbər verir ki, 22 yaşlı ingiltərəli hücumçu Londonda keçirilən mərasimdə həm İngiltərə çempionatında ilin gənc oyunçusu, həm də paytaxt klubları arasında ən yaxşı futbolçu mükafatına layiq görülüb. Hücumçuya mükafatları “Çelsi”nin sabiq müdafiəçisi Eşli Kol təqdim edib.Qeyd edək ki, T.Abraham cari mövsümdə London təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com

Mart 6, 2020 1:40

Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində

Futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində martın 11-də keçiriləcək Azərbaycan–Polşa oyununa hakim təyinatları açıqlanıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristiana Mariana olacaq. Ona Petruta İuqulesku və Daniela Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını İuliana Demetresku yerinə yetirəcək.Azərbaycan–Polşa oyunu “ASK Arena”da saat 18:00-da başlayacaq.xeber100.com

Mart 6, 2020 1:34

XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib

Bakıda Boks İdman Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın birinci günündə böyüklər və veteranlar mübarizə aparıblar. Belə ki, kişilərin kata yarışlarında Həsənəli Həsənov, qadınların mübarizəsində Neda Rezai qalib olublar. Veteranlar arasında Anar Əhmədov (36-45 yaş) və Rəfael Məmmədov (46-55 yaş) qızıl medal qazanıblar.Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.xeber100.com

Mart 5, 2020 2:58

Futzal üzrə Yüksək Liqanın XVIII turuna start verilib

Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turuna “Xızı”-EKOL oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Olimpik Star”da təşkil olunan oyunda EKOL 6:5 hesabı ilə qalib gəlib. EKOL-un heyətində Faiq Əliyev və Oktay Rüstəmli dubl ediblər, Samir Həmzəyev və Əsgər Abasov hərəyə 1 dəfə fərqləniblər. Digər komandanın qollarını Xəyal Quliyev (3 top), Fərid Abbaslı və Şahin Əliyev vurublar.Gün ərzində “Yasamal”-“Marafon”, “Bakı”-“Baku Fire”, “Premier”-“Neftçi” və “Araz”-“Record” matçları keçiriləcək.Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.xeber100.com

Mart 5, 2020 2:56

“Trabzonspor” klubu “Fənərbağça” komandası ilə qarşılaşıb

Martın 3-də futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Trabzonspor” klubu doğma meydanda “Fənərbağça” komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Medical Park Arena”da keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşün 46-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot hesabı açıb. Trabzon təmsilçilərinin müdafiəçisi Filip Novak 66-cı dəqiqədə hesab arasındakı fərqi artırıb. Matçın 82-ci dəqiqəsində qonaq komandanın hücumçusu Vedat Muruqi fərqlənsə də, istanbulluların bundan artığına gücləri çatmayıb.Beləliklə, görüş 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.Yarımfinal mərhələsinin digər oyunu martın 4-də “Antalyaspor” ilə “Alanyaspor” komandaları arasında keçiriləcək. Cavab qarşılaşmaları isə aprelin 21-22-də oynanılacaq.xeber100.com

Mart 4, 2020 12:24

Futbol üzrə UEFA Millətlər Liqası turnirində oyunların təqvimi açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandasının yer aldığı 1-ci qrupun oyunlarının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.Millimiz ilk oyununu doğma meydanda sentyabrın 5-də Lüksemburq yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Kipr seçməsinin qonağı olacaqlar. Oktyabrın 9-da Monteneqro millisi Azərbaycan komandasını qəbul edəcək. Üç gün sonra Azərbaycan–Kipr oyunu keçiriləcək. Noyabrın 12-də Azərbaycan millisi Monteneqro yığmasını qəbul edəcək. Millimiz turnirin qrup mərhələsində sonuncu oyununu səfərdə Lüksemburqa qarşı keçirəcək. Matç noyabrın 15-də keçiriləcək.xeber100.com

Mart 4, 2020 12:21
    Page 305 of 830« First«...102030...303304305306307...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az