07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasında ən yaxşı namizədlərin adları açıqlanıb

Fevralın 27-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Kevin de Brüyne (“Mançester Siti”), Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bavariya”) və Ussem Aya (“Lion”) iddialıdırlar.xeber100.com

Fevral 27, 2020 1:24

Azərbaycan Premyer Liqasının XX turunun təqvimi müəyyənləşib

Fevralın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura martın 8-də “Qəbələ” - “Sumqayıt” oyunu ilə start veriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edəcək. “Bakcell Arena” stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.Turun üçüncü oyunu martın 9-da “ASCO Arena”da “Səbail” və “Zirə” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq.Premyer Liqanın XX turuna həmin gün saat 18:00-da başlayacaq “Keşlə”-“Qarabağ” matçı ilə yekun vurulacaq. Görüş “ASK Arena”da oynanılacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.xeber100.com

Fevral 27, 2020 1:22

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatı

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyi prinsiplərinə riayət edərək Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) üzgüçülük üzrə komandasına daha iki lisenziya ayırıb.AMPK-dan Azərtac-a bildiriblər ki, lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və 2019-cu ildə Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər.Beləliklə, “Tokio-2020”yə Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı üzgüçülük üzrə üçə, ümumilikdə isə doqquza çatıb.xeber100.com

Fevral 27, 2020 1:18

Azərbaycan Super Liqasında iki oyun keçirilib

Fevralın 25-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində əvvəlcə “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə bitib.Günə “Mübariz”-UNEC matçı ilə yekun vurulub. Bu dəfə “Mübariz” fərqlənib – 3:0.Aktivindəki xalların sayını 18-ə çatdıran “Azərreyl” turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron” isə 15 xalla ikincidir.xeber100.com

Fevral 26, 2020 11:28

“La Gazzetta dello Sport” qəzeti yazır…

İtaliyada çıxan “La Gazzetta dello Sport” qəzeti “Ferrari” komandasının bu ölkədə koronavirus ocağının yaranmasına necə reaksiya verməsindən yazıb. Ölkədə koronavirusa 200 yoluxma faktı qeydə alınıb. Artıq 7 nəfər bu xəstəlikdən dünyasını dəyişib.Azərtac xəbər verir ki, nəşrin yazdığına görə, “Ferrari” Maranelloda muzeyini bağlayıb, bazaya turları ləğv edib və biznes səfərlərindən, demək olar, imtina edib.Həmçinin məlumatda deyilir ki, məhdudiyyətlər bilavasitə yürüş komandasına da aid edilə bilər. İstisna deyil ki, Qran-prilər zamanı avtodromda olmasına ehtiyac duyulmayan bəzi əməkdaşlar məsafədən işləyəcəklər.Xatırladaq ki, daha əvvəl Çin Qran-Prisi koronavirusla bağlı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni mövsümün birinci mərhələsi olan Avstraliya Qran-Prisi martın 13-15-də keçiriləcək.xeber100.com

Fevral 26, 2020 11:23

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.xeber100.com

Fevral 26, 2020 11:20

Mərakeşin Rabat şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək

Martın 6-8-də Mərakeşin Rabat şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (10 kişi, 4 qadın) təmsil edəcək.Yarışda indiyədək 95 ölkədən 611 cüdoçu iştirakını təsdiqləyib.xeber100.com

Fevral 26, 2020 11:17

İspaniyanın “Real Madrid” futbol klubu La Liqanın XXVI turunda

İspaniyanın “Real Madrid” futbol klubu La Liqanın XXVI turunda keçiriləcək 2020-ci ilin birinci “El-Klassiko”suna itkilərlə çıxacaq.Azərtac xəbər verir ki, Madrid təmsilçisinin heyətində zədəli olan Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın qanununa əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.Qeyd edək ki, “Real”–“Barselona” matçı martın 1-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.xeber100.com

Fevral 25, 2020 9:53

Beynəlxalq şahmat festivalının altıncı turunun oyunları keçirilib

Fevralın 24-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının altıncı turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, altı turda 5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 5 xalla 2-ci yeri tutur.Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı 4, Vüqar Əsədli 3,5 Vasif Durarbəyli 3, Abdulla Qədimbəyli 2,5 xal qazanıblar. B turnirində isə Read Səmədov 2,5, Elvin Bayramov 2 xal toplayıblar.xeber100.com

Fevral 25, 2020 9:49

Türkiyə Superliqasının XXIII turunun sonuncu qarşılaşmalarında

Türkiyə Superliqasının XXIII turunun sonuncu qarşılaşmalarında “Başakşəhər” səfərdə “Rizəspor”un qonağı olub.Azərtac xəbər verir ki, görüşdə qonaqlar minimal fərqlə qalib gəlib - 1:2.Günün digər matçında isə “Kasımpaşa” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib.Türkiyə çempionatında hazırda turnir cədvəlinə 46 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (37 xal) və digər komandalar gəlir.xeber100.com

Fevral 25, 2020 9:41
    Page 308 of 831« First«...102030...306307308309310...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az