03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.xeber100.com

Fevral 26, 2020 11:20

Mərakeşin Rabat şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək

Martın 6-8-də Mərakeşin Rabat şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (10 kişi, 4 qadın) təmsil edəcək.Yarışda indiyədək 95 ölkədən 611 cüdoçu iştirakını təsdiqləyib.xeber100.com

Fevral 26, 2020 11:17

İspaniyanın “Real Madrid” futbol klubu La Liqanın XXVI turunda

İspaniyanın “Real Madrid” futbol klubu La Liqanın XXVI turunda keçiriləcək 2020-ci ilin birinci “El-Klassiko”suna itkilərlə çıxacaq.Azərtac xəbər verir ki, Madrid təmsilçisinin heyətində zədəli olan Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.Braziliyalı yarımmüdafiəçi “Real”ın ikinci komandası olan “Kastilya”nın heyətində 3-cü liqada “San Sebastian Reyes”lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın qanununa əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.Qeyd edək ki, “Real”–“Barselona” matçı martın 1-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.xeber100.com

Fevral 25, 2020 9:53

Beynəlxalq şahmat festivalının altıncı turunun oyunları keçirilib

Fevralın 24-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının altıncı turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, altı turda 5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 5 xalla 2-ci yeri tutur.Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı 4, Vüqar Əsədli 3,5 Vasif Durarbəyli 3, Abdulla Qədimbəyli 2,5 xal qazanıblar. B turnirində isə Read Səmədov 2,5, Elvin Bayramov 2 xal toplayıblar.xeber100.com

Fevral 25, 2020 9:49

Türkiyə Superliqasının XXIII turunun sonuncu qarşılaşmalarında

Türkiyə Superliqasının XXIII turunun sonuncu qarşılaşmalarında “Başakşəhər” səfərdə “Rizəspor”un qonağı olub.Azərtac xəbər verir ki, görüşdə qonaqlar minimal fərqlə qalib gəlib - 1:2.Günün digər matçında isə “Kasımpaşa” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib.Türkiyə çempionatında hazırda turnir cədvəlinə 46 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Alanyaspor” (39 xal), “Fənərbağça” (38 xal), “Beşiktaş” (37 xal) və digər komandalar gəlir.xeber100.com

Fevral 25, 2020 9:41

Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, hazırlıq prosesi martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.Yunan-Roma güləşi üzrə millimiz yarışın startınadək toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirirlər.xeber100.com

Fevral 25, 2020 9:38

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə…

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo komandası Tbilisidə keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edib.AMPK-dan Azərtac-a bildiriblər ki, 15 ölkədən idmançıların iştirak etdiyi yarışda millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.Qızıl medalı ölkəmizin aktivinə Hüseyn Rəhimli (81 kq) yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Murad Əliyev (60 kq) və Namiq Abbaslı (66 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Fevral 24, 2020 1:37

Sumo üzrə Bakı çempionatı keçirilib

Abşeron Olimpiya İdman Kompleksində 2004-2006-cı il təvəllüdlü idmançılar arasında sumo üzrə Bakı çempionatı keçirilib.Azərtac xəbər verir ki, paytaxt birinciliyində 5 komandadan 50-ə yaxın idmançı iştirak edib.Yarışda Azad Cəfərov (50 kq), İlkin Məmmədov (55 kq), Əli Ağayev (60 kq), Nihad Rüstəmov (65 kq), Sənan Rüstəmov (75 kq) və Yunus Rəhimli (75 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.xeber100.com

Fevral 24, 2020 1:34

Beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib

Fevralın 23-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, beş turda 4,5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 4,5 xalla 1-2-ci yerləri bölüşür.Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı, Vasif Durarbəyli və Vüqar Əsədli hərəyə 3 xal, Abdulla Qədimbəyli 2 xal qazanıblar. B turnirində isə Elvin Bayramov 2 xal, Read Səmədov 1,5 xal toplayıblar.xeber100.com

Fevral 24, 2020 1:29

“Barselona” futbol klubu hücum xəttini gücləndirmək niyyətindədir

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Kataloniya təmsilçisi İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martinesi transfer etmək istəyir. Klub artıq argentinalı futbolçuya beşillik müqavilə və 7 milyon avro illik məvacib təklif edib. Həmçinin Lautaronun illik maaşı müqavilədə göstərilən müxtəlif bonuslar səbəbindən arta da bilər.xeber100.com

Fevral 24, 2020 1:25
    Page 308 of 830« First«...102030...306307308309310...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az