07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir.Azərtac xəbər verir ki, hazırlıq prosesi martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.Yunan-Roma güləşi üzrə millimiz yarışın startınadək toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirirlər.xeber100.com

Fevral 25, 2020 9:38

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə…

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo komandası Tbilisidə keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edib.AMPK-dan Azərtac-a bildiriblər ki, 15 ölkədən idmançıların iştirak etdiyi yarışda millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.Qızıl medalı ölkəmizin aktivinə Hüseyn Rəhimli (81 kq) yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Murad Əliyev (60 kq) və Namiq Abbaslı (66 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Fevral 24, 2020 1:37

Sumo üzrə Bakı çempionatı keçirilib

Abşeron Olimpiya İdman Kompleksində 2004-2006-cı il təvəllüdlü idmançılar arasında sumo üzrə Bakı çempionatı keçirilib.Azərtac xəbər verir ki, paytaxt birinciliyində 5 komandadan 50-ə yaxın idmançı iştirak edib.Yarışda Azad Cəfərov (50 kq), İlkin Məmmədov (55 kq), Əli Ağayev (60 kq), Nihad Rüstəmov (65 kq), Sənan Rüstəmov (75 kq) və Yunus Rəhimli (75 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.xeber100.com

Fevral 24, 2020 1:34

Beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib

Fevralın 23-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, beş turda 4,5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 4,5 xalla 1-2-ci yerləri bölüşür.Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı, Vasif Durarbəyli və Vüqar Əsədli hərəyə 3 xal, Abdulla Qədimbəyli 2 xal qazanıblar. B turnirində isə Elvin Bayramov 2 xal, Read Səmədov 1,5 xal toplayıblar.xeber100.com

Fevral 24, 2020 1:29

“Barselona” futbol klubu hücum xəttini gücləndirmək niyyətindədir

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Kataloniya təmsilçisi İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martinesi transfer etmək istəyir. Klub artıq argentinalı futbolçuya beşillik müqavilə və 7 milyon avro illik məvacib təklif edib. Həmçinin Lautaronun illik maaşı müqavilədə göstərilən müxtəlif bonuslar səbəbindən arta da bilər.xeber100.com

Fevral 24, 2020 1:25

Futzal üzrə Yüksək Liqada XVI turun hakim təyinatları açıqlanıb

Futzal üzrə Yüksək Liqada XVI turun oyunlarına hakim təyinatları açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları fevralın 24-də keçiriləcək.Tura “Baku Fire”-“Record” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramiz Məhərrəmov olacaq.Saat 14:00-da start götürəcək “Araz”-“Neftçi” qarşılaşması Ceyhun Hüseynova tapşırılıb.“Yasamal”-“Premier” oyununda Anar Fərəcov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.“Bakı” və EKOL arasında keçiriləcək oyuna Hikmət Qafarlı təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.Tura “Xızı”-“Marafon” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Rahin Heybətov olacaq.Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.Qeyd edək ki, on dörd turdan sonra hesabında 42 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. EKOL komandası 36 xalla ikinci, “Marafon” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 22, 2020 6:35

İngiltərə Premyer Liqasının 27-ci turuna start verilib

Fevralın 22-də “Çelsi” – “Tottenhem” oyunu ilə İngiltərə Premyer Liqasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, London derbisi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 14-cü dəqiqədə “Çelsi”nin fransalı hücumçusu Olivye Jiru açıb. Fasilədən sonra Frenk Lampardın yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Markos Alonso komanda yoldaşı Ros Barklinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:0.Lakin qonaqlar matçın son dəqiqələrində təsəlli qolunu vura biliblər. Görüşün 89-cu dəqiqəsində Erik Lamelanın cinah ötürməsindən sonra top “Çelsi”nin müdafiəçisi Antonio Rudigerin ayağına toxunaraq qapıdan keçib.Beləliklə, “Çelsi” dörd oyundan sonra qələbə qazanıb. “Tottenhem” isə yeddi oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib.Bu qələbədən sonra “Çelsi” 44 xalla turnir cədvəlində dördüncü, “Tottenhem” isə 40 xalla beşinci yerdə qərarlaşıblar.Turun digər oyunları bu gün və fevralın 23-də keçiriləcək.xeber100.com

Fevral 22, 2020 6:28

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb

Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.Azərtac xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunur. Turnirin birinci günündə səkkiz cüdoçumuz mübarizəyə qatılıb. Kişi cüdoçularımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq) turnirin birinci günündə tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayırlar.Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.xeber100.com

Fevral 21, 2020 3:47

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

Fevralın 21-də Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azərtac-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin, AAAF-ın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.Çempionatda körpücük üzərinə əvvəlcə qadınlar çıxıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kiloqram (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219,7 xalla qızıl medala layiq görülüb. Günel Vəliyeva toplam 161 kiloqram (71+90) nəticə və 217,3 xalla ikinci, Gülçin Əlizadə isə 139 kiloqram (62+77) nəticə və 199,1 xalla üçüncü pillədə qərarlaşıblar.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com

Fevral 21, 2020 3:44

FIFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib

Fevralın 20-də FIFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Aktivində 1177 xal olan Azərbaycan millisinin siyahıdakı əvvəlki mövqeyi dəyişməyib və komandamız 114-cü sırada qərarlaşıb.Azərtac xəbər verir ki, dünyanın 210 yığmasının yer aldığı siyahıya aktivində 1765 xal olan Belçika millisi başçılıq edir. Sonuncu dünya çempionu Fransa komandası 1733 xalla ikinci, beşqat dünya çempionu Braziliya isə 1712 xalla üçüncü yerdədir. Reytinq cədvəlində ilk onluğu İngiltərə (1661), Uruqvay (1645), Xorvatiya (1642), Portuqaliya (1639), İspaniya (1636), Argentina (1623) və Kolumbiya (1622) komandaları qərarlaşıblar.xeber100.com

Fevral 20, 2020 2:26
    Page 309 of 831« First«...102030...307308309310311...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az