Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

Fevralın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, “Sumqayıt” komandası doğma meydanda - “Kapital Bank Arena”da “Zirə” klubunu 2:1 hesabı ilə məğlub edib.Görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Elvin Cəfərquliyev fərqlənib. Qonaqlar 35-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Ağabala Ramazanov çərçivəni dəqiq nişan alıb. Lakin cəmi iki dəqiqə sonra qonaq komandanın yarımmüdafiəçisi İlkin Muradov ikinci sarı vərəqəni alaraq komandasını meydanda azlıqda qoyub. Birinci hissə bu hesabla yekunlaşıb – 1:1.Görüşün 66-cı dəqiqəsində Sumqayıt təmsilçisinin yarımmüdafiəçisi Xəyal Nəcəfov komandasını yenidən hesabda önə keçirib. Bu, oyunda vurulan sonuncu qol olub. Görüşün 68-ci dəqiqəsində “Zirə”nin daha bir futbolçusu - Ağabala Ramazanov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Qeyd edək ki, XVI tura “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq. Çempionatın XVI turunun ilk iki matçında “Sabah” doğma meydanda “Qəbələ”ni (3:2), “Səbail” isə səfərdə “Keşlə”ni (0:1) məğlub edib.Hazırda turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.xeber100.com

Fevral 8, 2020 8:56

Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun birinci oyun günündə iki görüş keçiriləcək. Açılış matçında “Sabah” və “Qəbələ” komandaları “Bank Respublika Arena”da qarşılaşacaqlar. Saat 19:00-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.Günün ikinci matçı isə “ASK Arena”da təşkil olunacaq. Çempionluğa iddialılardan olan - ikinci pillənin sahibi “Keşlə” autsayder “Səbail”i qəbul edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanın idarə edilməsi Əliyar Ağayevə həvalə olunub.Fevralın 8-də “Kapital Bank Arena”da “Sumqayıt”–“Zirə” oyunu keçiriləcək. Baş hakim Orxan Məmmədov idarə edəcəyi qarşılaşma 17:30-da başlayacaq.Premyer Liqanın XVI turuna həmin gün saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda ədaləti Rauf Cabbarov qoruyacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.xeber100.com

Fevral 7, 2020 2:28

Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 5 oyun keçirilib.Azərtac xəbər verir ki, mərhələnin ilk matçı “Star-karqo”ların dueli olub. Görüş “Star-karqo-2”nin qələbəsi ilə başa çatıb – 6:4.İkinci matçda “Yasamal” və “Yurd” komandaları qarşılaşıblar. “Yasamal” ardıcıl 4 qol vursa da, ikinci hissədə toparlanan “Yurd” 5:4 hesabı ilə qələbə qazanmağı bacarıb.“Red Line”–“Borçalı” dueli də kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Hər hissədə bir qol vuran Birinci Liqa təmsilçisi “Red Line” minimal hesablı qələbə sayəsində cavab matçına cüzi də olsa, üstünlüklə çıxacaq – 2:1.Günün növbəti matçında “Araz” komandası “Baker Huges” ilə qarşılaşıb. “Araz”ın rəqibini böyük hesabla yenəcəyi isə gözlənilən idi. İkinci matçı formallığa çevirən Yüksək Liqa təmsilçisinin heyətində debüt edən Eşaq Soorgali qol hesabını açıb. Qarşılaşma 17:2 hesabı ilə qələbə qazanıb.Günün sonuncu oyununda da qələbəni Yüksək Liqa təmsilçisi – “Marafon” qazanıb. Fasiləyə qədər cəmi bir qol vuran “Marafon” ikinci hissədə fərqi artırsa da, 26-cı dəqiqədə “Altay” sona qədər mübarizəsini davam etdirib. Nəticədə İkinci Liqa klubu fərqi minimuma endirməklə intriqanı ölməyə qoymayıb. Amma son dəqiqədə daha iki dəfə rəqib torunu silkələyən “Marafon” ikinci oyuna üstünlük qazanıb – 4:1.Fevralın 7-də “Premier Quba”–“Bibi-Heybət”, “Bakur Fire”–“Advokat”, “Neftçi”–“Gənclik”, “Record club”–“Hövsan”, “Baku Fans”–“Zəngilan”, ertəsi gün “Forza Neftçi”–“Badamlı”, “Bakı”–“Nəqşicahan”, EKOL–NTD, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa” və “Xızı”–“Baker Tilly” oyunları təşkil olunacaq.xeber100.com

Fevral 7, 2020 2:00