03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan birinciliyinin üçüncü gününün yarışları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin üçüncü gününün yarışları keçirilib.Azərtac xəbər verir ki, yarışın üçüncü günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, Əli Hacıyev (55 kq), Nahid İsmayılov (73 kq), Məhəmməd Məmmədzadə (+90 kq) oğlanlar arasında keçirilən yarışlarda birinci yeri tutublar. Qızlar arasında isə Nigar Şahməmmədova (44 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (+70 kq) ilk pillədə qərarlaşıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Beləliklə, birinciliyin fərdi yarışları başa çatıb.Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də komanda yarışları ilə yekun vurulacaq.Xatırladaq ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.xeber100.com

Yanvar 17, 2020 1:37

Tokioda Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb

Yanvarın 17-də Tokionun Odayba adasındakı dənizkənarı parkda Olimpiya Oyunlarının mavi, sarı, qara, yaşıl və qırmızı rəngli halqalardan ibarət nəhəng loqosu quraşdırılıb.Azərtac xəbər verir ki, Yokohama şəhərində quraşdırılan loqo səhər saatlarında sahil rayonuna gətirilərək triatlon yarışlarının keçiriləcəyi ərazidə yerləşdirilib. Olimpiya Oyunlarının rəmzinin rəsmi açılış mərasimi yanvarın 24-də keçiriləcək.Yaponiya paytaxtında iyulun 24-də başlayacaq Olimpiya Oyunlarının bu nəhəng loqosunun eni 32,6, hündürlüyü isə 15,3 metrdir. Rəmzin quraşdırıldığı sahil parkı gözəlliyi ilə yanaşı, buradan açılan paytaxt mənzərəsi, “Göyqurşağı körpüsü” və “Tokio qülləsi” ilə də diqqəti cəlb edir.xeber100.com

Yanvar 17, 2020 1:34

“Fənərbaxça” futbol klubu növbəti transferini açıqlayıb

Yanvarın 16-da Türkiyənin “Fənərbaxça” klubu növbəti transferi açıqlayıb.Azərtac İstanbul klubunun saytına istinadla xəbər verir ki, bu, İtaliyanın “Milan” klubunun isveçrəli müdafiəçisi Rikardo Rodrigezdir.Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Transferin dəyəri 9 milyon avrodur. Müqavilə barədə yaxın günlərdə təfsilatı ilə məlumat veriləcək.xeber100.com

Yanvar 17, 2020 1:29

Türkiyə kubokunun səkkizdəbir final mərhələsində

Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin son oyunları keçirilib.Azərtac xəbər verir ki, üçüncü oyun günündə iki görüş olub. “Trabzonspor” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib. “Göztəpə” isə səfərdə “Antalyaspor”a 3:4 hesabı ilə uduzub.Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları yanvarın 21, 22 və 23-də keçiriləcək.xeber100.com

Yanvar 17, 2020 1:23

Veyk-an Zee şahmat festivalının beşinci turunun oyunları keçiriləcək

Yanvarın 16-da Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda yerli idmançı Jan Smitslə üz-üzə gələcək.Qeyd edək ki, təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu göstərici ilə 2-5-ci yerləri bölüşür.xeber100.com

Yanvar 16, 2020 1:11

Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate turniri keçiriləcək

“Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 17-19-da uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək və sayca 5-ci olacaq açıq beynəlxalq turnirdə 900-dək idmançı iştirak edəcək.Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Mərakeş və Omandan olan idmançılar da mübarizə aparacaqlar.Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarına qatılacaqlar. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim də idarə edəcək.Turnirin açılış mərasimi yanvarın 18-də keçiriləcək.xeber100.com

Yanvar 16, 2020 1:07

Latviyada cüdo üzrə çempionat start götürüb

Latviyanın paytaxtı Riqa şəhərində cüdo üzrə çempionat start götürüb. Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov yarışda çempion olub.Azərtac xəbər verir ki, kişilər arasında 73 kiloqram çəkidə mübarizə aparan Latviya vətəndaşı, Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb və qızıl medala layiq görülüb.Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov idmançını qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.xeber100.com

Yanvar 15, 2020 2:21

“Səbail” futbol klubu “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu bu gün Qazaxıstanın “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, “Spice Otel Belek”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.Qeyd edək ki, yanvarın 26-dək Antalyada qalacaq “Səbail” bu müddətdə daha 3 yoxlama görüşü keçirəcək.xeber100.com

Yanvar 15, 2020 2:18

“Neftçi” komandası təlim-məşq toplanışının ikinci mərhələsində

Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.Azərtac xəbər verir ki, komandamız Antalyada məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.Təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), dörd gün sonra isə “Desna” klubu ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 15, 2020 2:12

“Sabah” futbol klubu növbəti yoxlama oyununu keçirəcək

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da Belekdəki “Titanik Mardan” stadionunda başlayacaq.Qarşılaşma “Sabah” futbol klubunun “YouTube” kanalı ilə canlı yayımlanacaq.Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.xeber100.com

Yanvar 15, 2020 2:10
    Page 320 of 830« First«...102030...318319320321322...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az