03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.Sonuncu klubu “Maşinsazi”nin (2016-2017, 2019) kapitanı olmuş Saman İranın “Naft Tehran”, “Gostareş Fulad”, “Traktor”, “Persepolis” və “Peykan” klublarında çıxış edib. İran çempionatının qalibi olmuş futbolçu ölkəsinin U-23 milli komandasında 6 oyun keçirib, 1 qola imza atıb.xeber100.com

Yanvar 11, 2020 6:22

Formula 1 şirkəti yeni mövsümün cədvəlini açıqlayıb

Formula 1 şirkəti dünya çempionatının yeni mövsümü üçün mərhələlərin dəqiq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, iyunun 5-7-də təşkil olunacaq Azərbaycan Qran-Prisinin sərbəst yürüşlərdən ikisi birinci yarış gününə saat 13:00-14:30-a və 17:00-18:30-a təsadüf edəcək. Sonuncu sərbəst yürüş isə iyunun 6-da saat 14:00-dan 15:00-dək davam edəcək. İkinci yarış günündə həm də təsnifat yürüşü keçiriləcək. Saat 17:00-da start götürəcək yürüş 1 saat davam edəcək. İyunun 7-də isə saat 16:10-da Azərbaycan Qran-Prisinə start veriləcək.Qeyd edək ki, Azərbaycan Qran-Prisi bu il ardıcıl 5-ci dəfə təşkil olunacaq.xeber100.com

Yanvar 11, 2020 6:19

Azərbaycan Yüksək Liqasında birinci dövrənin növbəti oyunu keçirilib

Yanvarın 11-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci dövrənin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Neftçi” debütant “Ekspress”lə üz-üzə gəlib. FHN-in İdman-Sağlamlıq Kompleksində baş tutan görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.“Neftçi” ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. İkinci set də onların üstünlüyü ilə keçib. “Express” bu dəfə 20:25 hesabı ilə uduzub.Üçüncü hissə isə daha tez başa çatıb. “Neftçi” 25:8 hesabı ilə qalib gələrək, matçın hesabını müəyyənləşdirib - 3:0.Çempionatda ikinci qələbəsini qazanan “Neftçi” komandasi 6 xalla liderliyə yüksəlib. “Ekspress” isə ilk oyununu xalsız bitirib.xeber100.com

Yanvar 11, 2020 6:17

Sumo üzrə Avropa kuboku turnirinə start verilib

Yanvarın 11-də Macarıstanın Erd şəhərində sumo üzrə Avropa kuboku turnirinə start verilib.Azərtac xəbər verir ki, qitə kubokunda Azərbaycanı 12 idmançı təmsil edir. Komandamız yarışlarda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparır.Qeyd edək ki, turnirdə 2 hakimimiz ədaləti qoruyur. Yarışa yanvarın 12-də yekun vurulacaq.xeber100.com

Yanvar 11, 2020 6:15

Şahmat üzrə sonuncu turun oyunları keçirilir

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorial çərçivəsində A (qrossmeyster və beynəlxalq usta) və B (Open) qruplarında sonuncu turun oyunları keçirilir.Azərtac xəbər verir ki, A qrupunda 15,5 xalla “Sofiya” komandası liderlik edir. B qrupunda isə 5 xalla Şəhriyar İsgəndərov ilk pillədə qərarlaşıb.Yanvarın 11-də memorialın rapid yarışları keçiriləcək.Qeyd edək ki, yarış çərçivəsində artıq blits və uşaq turnirləri başa çatıb. Blits turnirində ümumi nəticələrə görə birinci yeri 12,5 xalla İran komandası tutub. Sonrakı iki pillədə 9,5 və 9 xalla Azərbaycan komandaları qərarlaşıblar. Uşaq turnirində isə Azərbaycan komandasının üzvləri Tunar Davudov 12 yaşlı oğlanların (7 xal), Ayan Hüseynli (5 xal) isə qızların mübarizəsində birinci yeri tutublar. Doqquz yaşlıların mübarizəsində oğlanlar arasında Murad Xəlilzadə (6 xal), qızlardan Dinarə Hüseynova (4 xal) qalib olublar. Memoriala Azərbaycanla yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 100-dən çox şahmatçı qatılıb.Xatirə turnirinə yanvarın 11-də yekun vurulacaq.xeber100.com

Yanvar 10, 2020 1:46

III Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi yanvarın 9-da axşam saatlarında başlayacaq.Azərtac xəbər verir ki, 15-18 yaşlı 1872 idmançının mübarizə aparacağı Oyunların proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan atletlərin sayı bərabərdir.Azərbaycan, Albaniya, İtaliya, Pakistan, Qətər, Sinqapur və digər ölkələrdən gələn və 79 Olimpiya Komitəsini təmsil edən qonaqları Cenevrə aeroportunda Oyunların rəsmi talismanı ilə Lozanna rəsmiləri qarşılayıblar.İtaliya təmsilçiləri San-Marino bayrağı altında çıxış edəcəklər. Onlar 69 nəfərlik heyətlə təmsil olunublar.Oyunlar yanvarın 22-də yekunlaşacaq.xeber100.com

Yanvar 10, 2020 1:31

Futzal üzrə təlim-məşq toplanışı təşkil olunacaq

Bu il keçiriləcək dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən 25-dək Bakıda təlim-məşq toplanışı təşkil olunacaq.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız hazırlıq prosesində yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Həmin oyunlar üçün təlim-məşq toplanışına 14 futzalçı dəvət olunub. Futzalçılardan yeddisi “Araz” klubunun üzvləridir. Heyətə bu klubdan Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Amir Şocaei, İsa Atayev, Ramiz Çovdarov, Hadi Ahmadi və Xətai Bağırov dəvət alıblar. Bundan başqa, Emin Kürdov (EKOL), Oliveira Da Nasimento, Conatan Luiz De Angelis (hər ikisi “Alarabi Sportinq Club”, Küveyt), Eduardo Borges (“ACCS Futsal Club”, Paris), Tiaqo Telles Martins (“Norilsk Nikel”), Eshaq Surgali (“Azaraxş”, İran) və Tofik Mikayılov (“Marafon”) milli komandanın toplanışına cəlb ediliblər.xeber100.com

Yanvar 10, 2020 1:29

İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib

Yanvarın 9-da İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, ikinci oyunda “Barselona” “Atletik Madrid” komandası ilə üz-üzə gəlib.“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.Oyunda hər beş qol ikinci hissədə vurulub.Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.“Real Madrid” yanvarın 8-də “Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.xeber100.com

Yanvar 10, 2020 1:20

2019-2020-ci il mövsümünün hazırlığı davam edir

2019-2020-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer pəncərəsində ilk futbolçu keçidini rəsmiləşdirib.Azərtac kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb. İyirmi üç yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan E.Şahverdiyev üçillik fasilədən sonra komandaya qayıdıb. 2017-2019-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı il mövsümündə “Qəbələ”nin əsas komandasında 2 oyun keçirib.xeber100.com

Yanvar 9, 2020 1:31

İspaniya Super kubokunun ilk yarımfinal oyunu keçirilib

Yanvarın 8-də İspaniya Super kubokunun ilk yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, ilk oyunda “Valensiya” komandası “Real Madrid”lə üz-üzə gəlib.“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:1 hesab ilə qələbə qazanıb. Zinəddin Zidanın rəhbərlik etdiyi kollektivdə Toni Kros, İsko və Luka Modriç fərqləniblər.“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub. Bu qələbə “Real Madrid”i finala yüksəldib.Digər yarımfinal görüşü yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da “Barselona” və “Atletiko Madrid” klubları arasında baş tutacaq.Qeyd edək ki, İspaniya Super kuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir. Turnirin final görüşü yanvarın 12-də reallaşacaq.xeber100.com

Yanvar 9, 2020 1:28
    Page 322 of 830« First«...102030...320321322323324...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az