03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib

Azərbaycanda karatenin kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi çempionatda 63 kiloqram çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) ikinci kurs tələbəsi Əli Abdullazadə təmsil edib.AzTU-dan Azərtac-a bildiriblər ki, Ə.Abdullazadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Universitetin rektoru Vilayət Vəliyev Ə.Abdullazadə ilə görüşüb və ona uğurlar arzu edib.Xatırladaq ki, Ə.Abdullazadə 2019-cu ilin mayında kempo üzrə dünya çempionu adını qazanıb.xeber100.com

Dekabr 17, 2019 1:09

Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub.Azərtac xəbər verir ki, səkkizinci turun ilk oyununda U-18 və “Təhsil” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş nominal qonaqların qələbəsi ilə nəticələnib. Çempionatın autsayderi olan “Təhsil” çox çalışsa da, növbəti məğlubiyyətdən qurtula bilməyib - 24:27.Günün ikinci görüşü - “Məhsul”–“Bakı” daha böyük maraqla gözlənilirdi. Bu tur ərəfəsində eyni xala malik olan rəqiblərin oyunu gərgin idman mübarizədən xəbər verib. Bu cür düşünənlər yanılmayıblar. Çempionluğa əsas namizədlərin növbəti duelində də azarkeşlər maraqlı idman tamaşasının şahidi olublar. Qarşılıqlı hücumlardan daha səmərəli faydalanan “Məhsul” görüşü qələbə ilə başa vurub – 28:25.Əsas rəqibi üzərində qələbə qazanan “Məhsul” 14 xalla turnir cədvəlinin lideridir. “Bakı” 12 xalla ikinci yerdə qərarlaşıb. “Təhsil” 3 xalla üçüncü pillənin sahibidir. U-18 komandasının aktivində isə cəmi 1 xal var.Dekabrın 21-də keçiriləcək doqquzuncu turun oyunlarında “Məhsul” U-18 komandasını, “Bakı” isə “Təhsil”i sınağa çəkəcək.xeber100.com

Dekabr 17, 2019 9:47

Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə turnir keçirilib

Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə üzgüçülük üzrə açıq turnir keçirilib.Azərtac xəbər verir ki, turnirdə 28 klubdan 150-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.Açıq turnirdə 2008–2012-ci il yaş qrupunda olan üzgüçülər 200 metr məsafəyə qarışıq, 100 metr məsafəyə isə baterflay, arxasıüstə, bras və krol üsulları üzrə yarışıblar.İlk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub.xeber100.com

Dekabr 17, 2019 9:45

İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib

Dekabrın 15-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” səfərdə “Arsenal” komandasının qonağı olub. Görüş “Mançester Siti”nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Kevin De Brüyne (2) və Rahim Sterlinq fərqləniblər.Bu qələbədən sonra “Mançester Siti” xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Arsenal” isə 22 xalla 9-cu pillədə yer alıb.Turun ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunub. “Mançester Yunayted” öz meydanında “Everton” klubu ilə heç-heçə (1:1), “Tottenhem” isə səfərdə “Volverhemton” komandasına qalib gəlib (2:1).Tura dekabrın 16-da “Kristal Palas” - “Brayton” oyunu ilə yekun vurulacaq.xeber100.com

Dekabr 16, 2019 11:22

“Beşiktaş” futbol klubu “Yeni Malatyaspor” komandasını qəbul edib

Dekabrın 15-də Türkiyə Superliqasının XV turunda “Beşiktaş” öz meydanında "Yeni Malatyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunda Malatya təmsilçiləri istanbulluları 2 cavabsız topla məğlub ediblər. Qonaqların qollarını Tievi Bifouma (85) və Adis Jahoviç (90) vurub.Günün digər oyununda “Qaziantep” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib. “Fənərbağça” isə səfərdə “Sivasspor”a 3:1 hesabı ilə uduzub.XV tura dekabrın 16-də keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq.Hazırda “Sivasspor” turnir cədvəlinə 33 xalla liderlik edir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.xeber100.com

Dekabr 16, 2019 11:20

İspaniya La Liqasının 16-cı turunun növbəti oyunları keçirilib

Dekabrın 14-də İspaniya La Liqasının 16-cı turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, sonuncu çempion “Barselona” klubu səfərdə “Real Sosiedad” komandasının qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Kataloniyalıların heyətində Antuan Qrizman, Luis Suares, “Real Sosyedad” klubunda isə Mikel Oyarzabal və Aleksander İsak fərqləniblər.“Barselona”nın əzəli rəqibi “Real Madrid” klubu dekabrın 15-də səfərdə “Valensiya” komandası ilə qarşılaşacaq.Xatırladaq ki, “El-Klassiko” dekabrın 18-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.xeber100.com

Dekabr 15, 2019 11:40

Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib

Dekabrın 15-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib.Azərtac xəbər verir ki, günün ilk oyununda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub.Cavab görüşü iyunun 19-da “Bank Respublika Arena”da keçiriləcək.Qeyd edək ki, hazırda “Səbail” – “Zirə” matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0.xeber100.com

Dekabr 15, 2019 11:39

“Sivasspor” futbol klubu “Fənərbağça”nı qəbul edib

Dekabrın 15-də Türkiyə Superliqasının XV turunda “Sivasspor” doğma meydanda “Fənərbağça”nı qəbul edib.Azərtac xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunda Sivas təmsilçiləri istanbulluları 3:1 hesabı ilə məğlub ediblər. Meydan sahiblərinin qollarını Fernando Andrade (32), Emre Kilinç (59) və Ziya Erdal (90) vurub. İstanbul klubunun heyətində isə Deniz Türüç fərqlənməyi bacarıb.Qeyd edək ki, “Fənərbağça”nın heyətində Qarri Rodrigez və Ozan Tufan qırmızı vərəqə alaraq komandasını oyunda azlıqda qoyublar.Günün digər oyununda “Qaziantep” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib.XV tura dekabrın 16-da keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq. Hazırda “Sivasspor” turnir cədvəlinə 33 xalla liderlik edir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.xeber100.com

Dekabr 15, 2019 11:31

Türkiyə Superliqasının XV turunun ilk oyununda

Dekabrın 14-də Türkiyə Superliqasının XV turunda "Alanyaspor" doğma meydanda "Antalyaspor"u qəbul edib.Azərtac xəbər verir ki, oyunda qapılar toxunulmaz qalıb.Turun digər oyunları dekabrın 14-15 və 16-da keçiriləcək.Hazırda "Sivasspor" klubu 30 xalla vahid liderdir. "Beşiktaş" 27 xalla ikinci, "Trabzonspor" isə 26 xalla üçüncü pillədə yer alıb.xeber100.com

Dekabr 14, 2019 5:44

FİFA DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün dörd sifariş alıb.Azərtac FİFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin turnirin keçirilməsinə Braziliya, Kolumbiya, Yaponiya, həmçinin Avstraliya və Yeni Zelandiya (birgə sifariş) iddia edirlər.Yanvar və fevral aylarında FİFA dünya çempionatına ev sahibliyi etməyə namizəd ölkələrdə yoxlama səfərləri təşkil edəcək. Çempionatın keçiriləcəyi yer 2020-ci ilin iyununda FİFA Şurasının iclasında seçiləcək.Xatirladaq ki, qadınlar arasında 2019-cu ildə Fransada keçirilmiş futbol üzrə dünya çempionatında ABŞ yığması qalib gəlib.xeber100.com

Dekabr 14, 2019 5:08
    Page 330 of 830« First«...102030...328329330331332...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az