Aprelin 18-24-də İsrailin Hayfa şəhərində kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Avropa çempionatı və birincilikləri keçiriləcək.
Azərbaycan Sambo Federasiyası xəbər verir ki, ölkəmiz yarışlarda 23 idmançı ilə təmsil olunacaq.
Kadetlər arasında İsmayıl Əlipənahov (49 kq), Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Sadiq Nadirov (64 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) güclərini sınayacaqlar.
Amin İsmayılov (53 kq), Nicat İsmayılov (58 kq), Elsevər Verdiyev (64 kq), Ricad Nadirov (71 kq) və Sülhan Süleymanlı (79 kq) yeniyetmə samboçular arasında mübarizə aparacaqlar.
Gənclərin mübarizəsində Sahib Babayev (58 kq), Abdurrahman Səbzəliyev (64 kq), Canəli Əlizadə (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yarışacaqlar.
Kişilərin yarışında Mehman Xəlilov (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) ölkəmizin idman şərəfini qoruyacaqlar.
Yarışlarda Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar iştirak edəcəklər.
Millimiz baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimovun rəhbərliyi altında mübarizə aparacaqlar.xeber100.com