07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Voleybol Federasiyasının məlumatı

Noyabrın 23-28-də Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri üz-üzə gələcəklər.Qeyd edək ki, yarışa hazırlıq davam edir. Çempionatda çıxış edəcək millimizin baş məşqçisi gənc, təcrübəli və voleybol üzrə qadınlardan ibarət yığmamızın məşqçisi Emin Əbilovdur.xeber100.com

Noyabr 13, 2019 2:09

2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib

Noyabrın 13-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda turnirin 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşk 18 komanda arasında atılıb. İlkin mərhələdə keçiriləcək “Zaqatala”-“Qaradağ Lökbatan” və “Kəpəz”-“Ağsu” qarşılaşmalarının qalibləri Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinə yüksələcəklər. Premyer Liqada çıxış edən klublar isə mübarizəyə birbaşa səkkizdəbir final mərhələsindən başlayacaqlar.Püşkün nəticəsinə görə, “Sabah” - “Ağsu” duelinin qalibi “Qəbələ”, “Zirə” - “Qaradağ Lökbatan” qarşılaşmasında üstün tərəf isə “Səbail” komandası ilə üz-üzə gələcəklər. Bundan başqa, “Sumqayıt” - “Zaqatala” görüşündə qələbə qazanan tərəf “Neftçi” komandasının rəqibi olacaq. “Keşlə” - “Kəpəz” qarşılaşmasının qalibi isə “Qarabağ” klubu ilə görüşəcək.Turnirin birinci mərhələsinin oyunlarının təqvimi yaxın günlərdə açıqlanacaq.xeber100.com

Noyabr 13, 2019 2:07

“CONDENSATE Kazakhstan International Series 2019” turnirində

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Qazaxıstanın Uralsk şəhərində keçirilən “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib.Azərtac xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan idmançımız ilk görüşdə Qazaxıstan badmintonçusu Vyaçeslav Vlassova 2:0 hesabı ilə qalib gəlib. E.Dviçayo səkkizdəbir final mərhələsində Avstraliya təmsilçisi Keiz Mark Edisonu 2:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Badmintonçumuzun dörddəbir finalda turnirin qalibi olmuş Ditlev Yaeqer Holm ilə görüşü üç set davam edib. E.Dviçayo gərgin keçən oyunda danimarkalı rəqibinə 1:2 hesabı ilə uduzub.xeber100.com

Noyabr 12, 2019 10:43

Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Lixtenşteyn oyununun hakimləri müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Lukas Sotiriou olacaq. Ona həmyerliləri Çaralambos Çaralambous və İoannis Lazarou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kiriakos Çristodoulou yerinə yetirəcək.Azərbaycan–Lixtenşteyn matçı noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.xeber100.com

Noyabr 12, 2019 10:40

Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

Kişi həndbolçuların Azərbaycan çempionatında dördüncü turun görüşləri keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, yarışın əsas favoriti sayılan “Məhsul” komandası “Təhsil” ilə oyunda da azarkeşlərini sevindirib. Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.Günün digər matçında imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da, daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib - 42:22.Kişilərin ölkə çempionatında növbəti turun oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün “Bakı” “Məhsul”la, “Təhsil” isə U-18 ilə üz-üzə gələcək.Aktivində 8 xalı olan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” iki xalla üçüncü pillədə qərarlaşıb. U-18 komandasının hələ də xalı yoxdur.xeber100.com

Noyabr 12, 2019 10:31

Tamblinq və batut gimnastikası üzrə yerli yarışlar təşkil edilib

Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə yerli yarışlar təşkil edilib.Azərtac xəbər verir ki, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və birinciliyi isə Bakı Olimpiya İdman Kompleksində keçirilib.İki günlük yarışlarda Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunu təmsil edən tamblinqçilər uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər. Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar çıxışlarını nümayiş etdiriblər.İlin yerli yarışlar mövsümü Sumqayıtda başa çatacaq. Belə ki, kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son yerli yarışlar Sumqayıtda təşkil olunacaq.xeber100.com

Noyabr 11, 2019 10:28

Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

Noyabrın 10-da qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, futbolçularımız Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Alina Dorofeyeva fərqlənib.xeber100.com

Noyabr 11, 2019 10:08

İspaniya La Liqasında 11-ci turun növbəti oyununda

Noyabrın 9-da İspaniya La Liqasında 11-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, son çempion “Barselona” öz meydanında “Selta Viqo” komandasını qəbul edib.Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.“Barselona”nın heyətində Lionel Messi (3) və Serxio Busqets fərqləniblər. “Selta Viqo”un heyətində isə yeganə qolun müəllifi Lukas Olaza olub.Bu qələbədən sonra xallarını 25 çatdıran “Barselona” turnir cədvəlində əzəli rəqibi olan “Real Madrid” ilə xal fərqini bərabərləşdirib.xeber100.com

Noyabr 10, 2019 9:58

“Grand Chess Tour 2019” seriya turnirinin oyunları keçiriləcək

Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının ikinci dairəsinin oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin 9 turunda mübarizə aparacaq. Bununla da “Grand Chess Tour 2019” seriyası çərçivəsində blits yarışları başa çatacaq.Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyası çərçivəsində artıq rapid yarışı başa çatıb. Ş.Məmmədyarov rapid və blits turnirlərinin yekununa görə 13,5 xalla 6-cı pillədədir. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin bundan əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib. Növbəti mərhələ Kəlkətə şəhərində baş tutacaq. Londonda isə final seriyanın matçları təşkil ediləcək.xeber100.com

Noyabr 10, 2019 9:25

Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib.Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra - 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib.Qarşılaşma bu hesabla başa çatıb.“Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb.xeber100.com

Noyabr 10, 2019 9:11
    Page 341 of 831« First«...102030...339340341342343...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az