05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“AGF Trophy” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib. Azərbaycan idmançıları da mükafatçılar sırasında yer alıblar. Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər. Özbəkistan idmançıları Mişel Nesterova, Natalya Usova qızıl, Macarıstan təmsilçiləri Boqlarka Barkoczi və Yelena Vukmir isə bürünc medala sahib olublar. Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq. Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.xegber100.com

Aprel 15, 2023 6:14

İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində

“Mançester Yunayted” klubu antirekorda imza atıb. İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində “Sevilya” ilə keçirilən ilk oyunda iki avtoqolla bunu reallaşdırıb. Mançester təmsilçisi cəmi 8 dəqiqə 4 saniyə ərzində iki avtoqola üzülüb ki, bu da Avropa Liqası tarixində görünməmiş hadisədir. Avrokuboklarda isə belə hal bunadək sonuncu dəfə 2010-cu ildə yaşanıb. ÇFR-in futbolçuları Çempionlar Liqasında “Bavariya” ilə görüşdə 5 dəqiqə 36 saniyə ərzində iki dəfə topu öz qapılarından keçiriblər.xeber100.com

Aprel 14, 2023 6:29

Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində mübarizə başlayıb

Qrup hərəkətləri komandaları Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində mübarizəyə başlayıblar. Gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 iplə proqramlarını icra edirlər. Yarışda Azərbaycan, Özbəkistan, Polşa, İsrail, Litva, Macarıstan və Monqolustan komandaları gücünü sınayır. Daha sonra böyük gimnastlardan ibarət qrup hərəkətləri komandaları 5 halqa çıxış edəcəklər. Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq. Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.xeber100.com

Aprel 14, 2023 6:28

Azərbaycan Premyer Liqasında XXX tura start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Zirə” komandası “Səbail”i qəbul edib. Görüş “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda meydan sahiblərinin heyətində Vladislav Kulaç, Rüstəm Əhmədzadə və Eldar Quliyev fərqləniblər. Rəqibin heyətində isə Qoba Zakpa adını tabloya yazdırıb. Hesabında 41 xal olan “Zirə” turnir cədvəlində beşinci, “Səbail” isə 21 xalla sonuncu pillədə yer alıb. Günün digər görüşü “Neftçi” və “Qəbələ” komandaları arasında olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Qəbələ” 2:1 hesablı qələbəyə sevinib. “Neftçi”nin yeganə qolunu penaltidən kapitan Emin Mahmudov vurub. “Qəbələ”nin heyətində isə Ramon Maçado və İsnik Alimi rəqibi meydanın mərkəzinə dəvət ediblər. Bakı təmsilçisi 60 xalla üçüncü, “Qəbələ” isə 42 xalla dördüncü sırada qərarlaşıb. Qeyd edək ki, turun "Kəpəz" - "Turan Tovuz" oyunu aprelin 15-də, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" matçları isə ertəsi gün keçiriləcək.xeber100.com

Aprel 14, 2023 6:21

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib. Portuqaliyanın “Benfika” klubu doğma meydanda İtaliyanın “İnter” komandasını sınağa çəkib. "İnter" bu qarşılaşmada inamlı qələbə qazanmaqla cavab matçı öncəsi üstünlüyü ələ alıb - 2:0. Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bavariya” arasında baş tutub. Mançester təmsilçisi matçda rəqibini 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması aprelin 19-u oynanılacaq. Dörddəbir final mərhələsinin digər iki ilk oyunu bu gün keçiriləcək. Belə ki, "Çelsi" İngiltərədə "Real Madrid"i qəbul edəcək. "San Siro" stadionunda isə İtaliya təmsilçiləri - "Milan" və "Napoli" üz-üzə gələcəklər.xeber100.com

Aprel 12, 2023 2:29

Türkiyə Super Liqasında mövsümün başlayacağı tarix müəyyənləşib

Futbol üzrə Türkiyə Super Liqasında 2023-2024-cü il mövsümünün başlayacağı tarix müəyyənləşib. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Türkiyə Futbol Federasiyası İdarə Heyətinin qərarına görə, yeni mövsüm avqustun 11-də start götürəcək. 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına görə Super Liqanın son turu mayın 19-da olacaq.xeber100.com

Aprel 12, 2023 2:27

Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib. Görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İclasda ilk olaraq baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb. Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir. Müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilib.xeber100.com

Aprel 12, 2023 2:25

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk matçında

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk matçında “Mançester Siti”yə İngiltərədə 0:3 hesabı ilə uduzub. Münxen təmsilçisi bununla da İngiltərədə ən böyük hesablı məğlubiyyət antirekordunu təkrarlayıb. Münxen klubu ilk dəfə 1971-ci ildə Yarmarkalar kuboku yarışlarının dörddəbir finalında “Liverpul”a eyni hesabla uduzmuşdu. “Bavariya” həm də 2017-ci ildən bəri ilk dəfə avrokuboklarda 3 cavabsız qolla məğlub olub. Altı il əvvəl Fransa təmsilçisi PSJ Almaniya klubuna 3:0 hesabı ilə qalib gəlib. Xatırladaq ki, “Bavariya” ilə “Mançester Siti” arasında cavab qarşılaşması Almaniyada baş tutacaq. Lakin Münxen təmsilçisi tarixi ərzində heç vaxt avrokubokların ilk matçındakı 3 top fərqli məğlubiyyətdən sonra cavab qarşılaşmasında geridönüş edə bilməyib.xeber100.com

Aprel 12, 2023 2:20

UEFA Çempionlar Liqasında final mərhələsinə start veriləcək

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə “Mançester Siti” ilə Almaniyanın “Bavariya” komandası arasında keçiriləcək. Oyunu ispaniyalı FIFA referisi Xesus Hil Mansano idarə edəcək. Digər görüşdə isə İtaliyanın “İnter” klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. Görüş ingiltərəli baş hakim Maykl Oliverə həvalə olunub. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, dörddəbir finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.xeber100.com

Aprel 11, 2023 3:17

“Lester” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

İngiltərənin “Lester” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Brendan Rocersin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Din Smit təyin edilib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. Mütəxəssisin məşqçilər heyətində Kreyq Şekspir və “Çelsi”nin sabiq futbolçusu Con Terri də yer alacaqlar. Qeyd edək ki, "Lester" İngiltərə Premyer Liqasında 30 turdan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.xeber100.com

Aprel 11, 2023 3:15
    Page 36 of 830« First«...102030...3435363738...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az